Azərbaycan PEN klubunun bəyanatı
Bəyanatda deyilir:
"Hörmətli həmkarlar!
Hörmətli yaradıcı birliklərin
üzvləri!
Otuz ildən
artıq davam edən münaqişə
xüsusunda sizə müraciət edirik. Bu illər
ərzində davamlı
olaraq iki dövlətin qarşılıqlı
iddiaları əsasında
dünyada səhv fikir formalaşıb. Əslində isə söhbət
təcavüzkar qonşu
dövlət tərəfindən
zəbt olunan Azərbaycan ərazilərinin
azad olunmasından gedir. Təxminən milyon nəfər
dinc sakin öz yaşayış yerlərini məcburi tərk edib, torpaqlarımızın beşdə
bir hissəsi işğal edilib. Otuz ilə yaxındır ki, bizim vətəndaşlarımız
öz doğma torpaqlarına qayıda bilmirlər. Bütün beynəlxalq
təşkilatlar işğal
faktını təsdiq
edir və Azərbaycan torpaqlarının
azad olunmasını tələb edir. Bütün dövlətlər - BMT-yə
üzv olanlar bizim ölkəmizin ərazi bütövlüyünü
təsdiq edir. Azərbaycan qonşu dövlətdən bir
metrdə torpaq iddiasında deyil. Söhbət
bizim torpaqlarımızın
azad olunmasından gedir. Biz bütün
dünya ictimaiyyətini
bu məsələdə
obyektiv olmağa və baş verən hadisələri anlayışla qarşılamağa
çağırırıq. Otuz ildən artıqdır ki, Azərbaycan səbirlə bu problemin sülh yolu ilə həll
olunmasına çalışıb.
Otuz il
səmərəsiz, heç
bir nəticəsi olmayan danışıqlar.
Dünya
ictimaiyyəti bizim ölkədə baş verənləri dərk etməli və başa düşməlidir.
Biz, bütün sağlam
düşüncəli, namuslu,
vicdanlı insanların
baş verən hadisələrə obyektiv
yanaşacaqlarına inanmaq
istəyirik"
Ədəbiyyat qəzeti.- 2020.-
3 oktyabr.- S.3.