Boyuna
qurban olum, Azərbaycan əsgəri Dünyanın ən
mübarək qələbəsi sənindir
Üç-dörd
ay bundan öncə saytlardan birinə verdiyim müsahibədə,
sanki içimə dammış kimi demişdim: Mən məğlub
millətin məğlub şairi kimi dünyadan köçməyəcəyəm.
Səsimi duyan Tanrıya şükürlər olsun. Və
dualarım Qarabağımızı qanı, canı
bahasına işğaldan azad etməkdə olan igidlərimizlədir.
Dünyanın harasında yaşamasından asılı
olmayaraq bütün Azərbaycan türklərinin gözü,
qulağı Azərbaycanda - Qarabağdadır. Allah yar və
yardımçımız olsun...
Boyuna
qurban olum, Azərbaycan əsgəri
Dünyanın
ən mübarək qələbəsi sənindir
Bu Vətənin
nəyi var - azı-çoxu döyüşür,
Dağı,
daşı, torpağı, varı, yoxu döyüşür.
Neçə
şəhid igidin nakam ruhu döyüşür,
Bir əsgərə
çevrilir burda hər məzar daşı,
Qürur
yerim, nə yaxşı başlatdın bu savaşı...
Ocağının
başına çıxmağa yad gözləmə,
Dur,
ayaqdan başa çıx, başqa imdad gözləmə.
Andın
vətənin andı qeyri bir and gözləmə, -
Adın
Vətən adıyla çəkilərsə yanaşı,
Bu
vuruş haqq vuruşu, bu savaş haqq savaşı.
Bu
insan dənizində hər insan bir adacıq,
Doğmaca
yurdumuzu viran qoydu yad acıq.
Haqdı
səni səsləyən haqq üçün cihada
çıx,
Yürü,
igid səfinin nə arxası, nə başı,
Bu
vuruş haqq vuruşu, bu savaş haqq savaşı.
Beşcə
kəlmə sözüm var, canım ey cavan əsgər,
Yoluna
uğur deyim, Xan Eyvazım, xan əsgər.
Boyuna
göz dikmişəm, boyuna qurban, əsgər
Bu
hücumun sonunda ölüm var uzaqbaşı,
Bu
vuruş haqq vuruşu, bu savaş haqq savaşı.
Ağzımda
haqq deyirəm, bu haqq səsi sənindir,
Hələ
haqqın nahaqla bəhsəbəhsi sənindir,
Dünyanın
ən mübarək qələbəsi sənindir,
Bu qələbə
yolunda nə dayan, nə yavaşı,
Bu
vuruş haqq vuruşu, bu savaş haqq savaşı.
Məmməd
İSMAYIL
Ədəbiyyat qəzeti.-
2020.- 10 oktyabr. S. 2.