O TORPAQ

 

 

Torpaq acgözlüyü eyləyənlərin

 

Ruhunu zülmətlə örtər O Torpaq.

 

Vətən torpağını qoruyanların

 

Alnından, gözündən öpər O Torpaq.

 

Dünyada Torpağa Anamsan deyən

 

Hər kəsə, hamıya yetər O Torpaq.

 

Torpağın üstündə kinlə yaşasan

 

Ayağın altından itər O Torpaq.

 

Qonşu torpağını zorla alanı

 

Kül eylər, üstündə bitər O Torpaq!

 

Yaşarsan, görərsən gələndə vaxtı...

 

Hər kəs O Torpaqdı - O Qarabağdı!

 

 

03.10.2020

 

Fikrət QOCA

Ədəbiyyat qəzeti.- 2020.- 10 oktyabr. S. 3.