Gəncəlilər ana bətnindən silahla doğulur -
Gəncə və gəncəlilər
tarixən öz rəşadətini və
mərdliyini nümayiş
etdirmişlər. 2020-ci il
də istisna olmadı.
Belə ki, 4 oktyabr ermənilər
uduzmaqlarını hiss edərək,
əlacsızlıqdan müharibəyə
üçüncü tərəfi
cəlb etməyə cəhd etdilər və Gəncəyə bir neçə hərbi raket atdılar. Mərkəzi yollara aparan
Əli Nəzmi küçəsinə böyük
zərər vurulmuşdu.
Orada yerləşən bəzi
evlər dağınıq
vəziyyətdədilər. Əfsuslar olsun ki, bu
təxribatın bir nəfər qurbanı oldu, 32 nəfəri isə yaralandı. Atəş elə güclü idi ki, paralel
küçələrə də zərbə vurulmuşdu. Həmçinin, 20 yanvar küçəsində
yerləşən bir
neçə evlərə
də, mənim ana nənəmin evinə də, zərbə endirilmişdi.
Qonşuluğumuzda olan
bir ailənin uşağı oktyabrın
dördündə atəş
səslərini eşidən
kimi və biləndə ki ailəsi ayrı şəhərə müvəqqəti
köçmək istəyir,
o, ağlayıb "Mən
burada qalajam!" dedi. Ailə Gəncədə qalmağa məcbur oldu.
Vurğulamaq istəyirəm ki, Gəncədə yaşayan
erməni də yaralanıb. Bu yenə
də onu sübut edir ki, bizim xalqımız
digər millətlərə
həmişə hörmətlə
yanaşıb, hətta
müharibə başlayandan
sonra da, düşmən ölkənin
millətindən olan vətəndaş ərazimizdə
yaşamağa davam edib. Ona görə də,
ermənilərin təbliğatı
yenə də sıfıra endirilmişdi.
Mən bu məqaləni yazarkən, 5 oktyabr günorta saatlarında 12-ə qalmış düşmənlər şəhərimi yenə bombaladılar. Yazmağa davam edirəm. İçimdə heç qorxu da yoxdu, çünki mən çox yaxşı bilirəm ki, hər bir zülmət gecənin - səhəri var. Aldığım məlumata görə, avtovağzalın həyətinə, 34 saylı və 41 saylı məktəblərin yanına,"Böyük Qafqaz Bazar"ın kənarına raketlər düşüb, lakin açılmayıb. Orada alver eləyən satıcıların sözlərinə görə, onlar gürultu səsləri eşidən kimi binalardan dərhal çıxdılar və raketin hara düşdüyünü bilmək istədilər. Bir birlərindən kim ölü, kim yaralı olduğunu soruşurdular. Bəzilərinin dediklərinə görə ikinci gün Gəncəyə zərbə vurulması gözlənilməz idi. İnsanların əksəriyyəti isə buna hazırlıqlı idilər, onların bir yarısı isə vəziyyəti anlayaraq həmin gün iş yerlərində deyildilər.
Baxmayaraq ki, ordumuz cavablı ölçülər görürlər, Gəncə öz tarixi və strateji mövqeyinə görə, hələ də təhlükə altındadı.
Buna rəğmən, gəncəlilərin həmrəliyi daim qalır. Biz həmişə ordumuzun gücünə inanmağa davam edirik və heç bir qüvvə bu ümidi sındırmayacaq. Böyük Ziya Bunyadovu sitat gətirərək, "Gəncəlilər ana bətnindən silahla doğulur".
İndi də, sakinlər əllərindən gələni edirlər. Cəbhəyə yollanmağı xoşbəxtlik bilirlər, yaralılara qan verməyi borc bilirlər. Müharibə şəraitində olan ölkədə baş verən hadisələrin təbii olmasını başa düşürük. Müharibəni fakt kimi qəbul edirik, onun labüd olmasına inanırıq, milli ruhumuz çox yüksəkdir.
Əlavə: 19:55-də şəhərin "ikinci hissə"si deyilən yerdə 2 dəfə dalbadal çox güclü gürultu eşitdim. Bildim ki, şəhərim yenə atəşə məruz qalıb. 5 saniyə sonra 2 partlayış yenə səsləndi, amma bu zaman zəif gəldi. Yenə qonşu uşağın səsini eşitdim: "Mən burada qalajam!"
Sonda, bunu
yenə qeyd etmək istərdim ki, biz Cavad
xanın əməllərini davam edən
millətik, axıra qədər vuruşacayıq. Zərbə
endirilsə də, biz Simurq
quşu kimi küldən
yenidən doğulacayıq. Bunu nə silmək,
nə də unutmaq mümkün
deyil, çünki bu bizim qan
yaddaşımızdadır. Cavad xanın
səpdiyi toxumlar vaxtında cücərib,
indi isə nübar gətirib.
Ürəklərimiz sevinclə döyünür
ki, torpaqlarımızı azad
edə bilirik!..
Kamran YUSİFZADƏ
Ədəbiyyat qəzeti.-
2020.- 10 oktyabr. S. 2.