Körpüsalan
Görkəmli şair və tərcüməçi Siyavuş
Məmmədzadənin 85 yaşı
tamam oldu. Ona cansağlığı
və yeni yaradıcılıq uğurları
arzulayır, Xalq yazıçısı Anarın
2006-cı ildə rusca
yazdığı və
Siyavuş müəllimə
həsr etdiyi “Körpüsalan” məqaləsini
Azərbaycan dilində
ilk dəfə təqdim
edirik.
Siyavuş Məmmədzadənin 70 yaşı
tamam oldu. Şair və tərcüməçi, araşdırıcı
və publisist kimi Siyavuşun çağdaş ədəbiyyatımızda
özünəməxsus yeri
var. Moskvada Qorki adına Ədəbiyyat
İnstitutunu bitirən
Siyavuş ömrünü
Azərbaycan-rus ədəbi
əlaqələrinin möhkələndirilməsinə
həsr etmişdir. Bu əlaqələrin başlıca sahəsi isə şübhəsiz bədii tərcümədir.
Məlumdur ki, Azərbaycan
poeziyasını rus dilinə çevirməklə
bir sıra rusdilli şairlərimiz məşğul olmuşlar:
Vladimir Qafarov, İmran
Seyidov, Tofiq Ağayev, Mənsur Vəkilov, Alla Axundova, Dinara Gərəkməzli, Zümrüd
Quliyeva, Alina Talıbova və başqaları. Siyavuşu onlardan fərqləndirən
cəhət odur ki, o ikidilli şairdir - həm rus dilində, həm Azərbaycan dilində şeir yazır.
Uzun illər
boyu Siyavuş Azərbaycan şair və nasirlərinin əsərlərini uğurla
rus dilinə çevirir. Eyni zamanda hər
iki dildə yazdığı şeirləriylə
ədəbiyyatımız zənginləşdirir.
S.Məmmədzadə səviyyəsində bədii tərcümə
ustası lazım gəldikdə bəzilərinin
yuxarıdan aşağı
baxdıqları bir sahədə - sətri tərcümə sahəsində
çalışmaqdan da
boyun qaçırmır.
Siyavuş ömrünün bu ahıl sinnində də ədəbiyyatlar arasında körpü salmaq işini davam etdirir.
Bədii tərcümə ədəbiyyatlar
arasında ən etibarlı körpüdür
və Siyavuş Məmmədzadə bu sahədə ən peşəkar və ardıcıl körpüsalanlarımızdandır.
Sənətin başqa sahələrinin
- musiqinin, rəssamlığın
əhəmiyyətini azaltmadan
hər halda etiraf etməliyik ki, xalqları ən çox bir-birin tanıdan Sözlə bağlı sənət növləridir
- ilk növbədə ədəbiyyat
və eyni zamanda da teatr,
kino. Elə buna görə
də mən uzun illərdir hər fürsətdə rus dilində çoxcildlik Azərbaycan
poeziyası, Azərbaycan
dilində çoxcildli
rus şeir antologiyalarının yaradılması
məsələsini qaldırıram.
Xatırladım ki, rus dilində son çoxcildlik
Azərbaycan şeir antologiyası 1960-cı ildə
çıxıb. Rus şeirinin
Azərbaycan dilində
çoxcildlik antologiyası
isə ümumiyyətlə,
heç vaxt çıxmayıb. Doğrudur, Azərbaycanın
tanınmış şairlərinin
tərcümələrində Puşkinin, Lermontovun, Nekrasovun, Blokun, Mayakovskinin, Yeseninin və bir çox
başqa şairlərin
şeirləri Azərbaycan
dilində dəfələrlə
nəşr olunub.
Amma bütün bu sərvətin toplantığı
böyük antologiya dilimizdə yoxdur.
Azərbaycan poeziyasını da
rus dilinə müqtədir şairlər
çeviriblər - B.Pasternak
və A.Axmatova, V.Luqovskoy və İ.Seşlvinski, N.Tixonov
və K.Simonov, P.Antakolski və A.Adalis, M.Aliqer, Y.Smelyakov, A.Tarkovski, B.Slutski, D.Samoylov, Y.Yevtuşenko, Y.Kuznetsov, Rimma Kazakova, Yunna Morits, T.Streşneva,
M.Pavlova və başqaları. Göründüyü kimi, bu adların arasında
1939-cu ildə nəşr
olunmuş ilk və
1960-cı ildə çıxmış
ikinci şeir antologiyasını çevirənlərin
adlarıylı bir sırada daha sonrakı dövrün şairləri də sadalanır.
XX əsrin 50-ci-60-ci illərində
ədəbiyyata gəlmiş
şairlərin əsərləri
Moskvada nəşr olunurdularsa keçən əsrin son onilliklərinin
və artıq XXI əsrdə yaradıcılığa
başlamış şairlərimiz,
nadir istisnalarla, rus dilinə demək olar ki çevrilməyib. Arzu edərdim
ki məhz bu yeni nəsillərin
şeirlərindən ibarət
olan antologiya meydana çıxsın.
Amma mənim bu arzum
həyata keçənəcən
Siyavuş tək başına bu işi görüb.
2005-ci ildə Siyavuş Məmmədzadənin iki yeni kitabıyla tanış oldum: "Vexi veka" ("Əsrin mərhələləri") rus
dilində öz orijinal şeirləridir. "Pıltsa s tsvetov
bessmertnoqo dobra"" adlı
ikinci kitabı isə əski və yeni Azərbaycan
şeirinin yığcam
anlologiyasıdır. "Əsrin mərhələlər"
kitabında toplanmış
şeirləri müəllifin
oxucuya səmimi etirafıdır. Bu kitabda Siyavuşun keçmiş SSRİ-nin və dünyanın çeşidli yerlərinə
səpələnmiş tanışlarına
- məktəb və institut dostlarına sədaqəti diqqəti cəlb edir. Nisgilli duyğularla aşılanmış
bu poeziya Qarabağ dərdinə, Qara yanvar müsibətinə
həsr olunmuş sətrləriylə faciəvi
çalarlara boyanır.
Belə arzu etdiyimiz azadlıq və müstəqilliyimizin bu qədər ağır bədəllərlə ödənməsinin
ağrıların qələmə
alır, Qəlb və saxta beynəlmiləlçilik
pafosuna qarşı xalqlar arasında səmimi dostluq, yaxınlıq, həmdərdlik
duyğuları tərənnüm
olunur. Ukrayna və Bolqarstan
təəssüratlarıyla bağlı şeirlər
bu qəbildəndir.
Adətən tərcüməçilər çevirməkçün
şeir seçəndə
öz estetik zövqlərinə, üslub
meyllərinə əsaslanırlar. Siyavuş 37 Azərbayan
şairinin şeirlərini
və üstəlik folklor örnəklərini
rus dilinə çevirmişdir. Aydındır ki, bunlar ən
müxtəlif səpkili
poeziya nümunələridir.
Amma bu kitabda müxtəlif
şairlərin, müxtəlif
üslubların rus dilində layiqli təmsil olunmaları bir nəfərin - Siyavuş Məmmədzadənin
xidmətidir.
Füzulinin həzin lirikası,
Sabirin qəzəbli satirası, Hadinin fəlsəfi dərinliyi,
Müşfiqin saf romantikası, Səməd
Vurğunun epik vüsəti və oğlu Vaqifin sırf çağdaş
üslubu, Molla Pənah Vaqifin, Vidadinin, Zakirin, Aşıq Ələsgərin
ənənəvi qoşmaları
və Rəsul Rzanın, Əli Kərimin, Fikrət Sadığın, Fikrət
Qocanın sərbəst
vəzni, Bəxtiyar Vahabzadənin, Əhməd
Cəmilin, Nəbi Xəzrinin, Qabilin, Söhrab Tahirin, Məmməd Arazın, Cabir Novruzun, Xəlil Rza Ulutürkün, Tofiq Bayramın, Nəriman Həsənzadənin şeirləri,
Nigar Rəfibəyli və Mirvarid Dilbazi kimi şairələrin,
Balaş Azəroğlu
kimi ağsaqqalın misraları Siyavuşun çevirilərində rus
dilində təbii səslənir. Tərcüməçinin
öz nəslindən
olan ya az
sonra ədəbiyyata gələnlərin - Məmməd
İsmayılın, Abbas
Abdullanın, Çingiz
Əlioğlunun, Hidayətin,
Nüsrət Kəsəmənlinin,
Davud Nəsibin, Xeyrulla Camalın, Vilayət Rüstəmzadənin
şeirləri də rus dilində səlis səslənir. Bütün bunlara folklor örnəklərini, Hüseyn
Cavidin mənzum pyeslərini, Abdulla Şaiqin
uşaqlarçün yazdığı
əsərləri də
əlavə etsək,
tərcüməçinin miqyasları göz qabağındadır. Bu qədər fərqli nümunələri bir məxrəcə gətirmək,
rus dilində səsləndirməyi bacarmaq
- Siyavuşun qurduğu
ədəbi körpünün
nə qədər etibarlı və möhkəm olduğunu göstərir. Siyavuşa
bir də ona görə minnətdaram ki, mənim də "Otel otağı" və "Ağ qoç qara qoç" povestlərimi
uğurla çevirərək
rus oxucusuna çatdırmışdır.
25 dekabr
2006
Ədəbiyyat
qəzeti.- 2020.- 10 oktyabr. S. 3.