Məmməd
Arazın sufi həqiqətinə çatmış
"Dünya"sı...
Turqut
Ozalın 80-ci illərdə səsləndirdiyi bir fikrə rast
gəlirəm.
"Şəriətdə
bu sənindir, bu mənim, təriqətdə bu həm sənindi,
həm də mənim. Həqiqətdə isə bu nə sənindi,
nə də mənim".
Sonra
bu fikir haqqında Bu ifadələr hər şeydən əvvəl
təsəvvüf (sufilik) inanışı içində
keçərli olan bir ölçüdür.
Mehmet
Demirçidən bir yazı oxuyuram.
O
deyir ki, şəriət deyincə, dindəki zahiri hökmlər,
hüquqi qanunlar, insanın bədəni və dünyası
ilə bağlı xüsusiyyətlər ağıla gəlir.
Təriqət
"gediləcək yol, üsul, hal və gediş" mənasına
gəlir. Təsəvvüf termini olaraq təriqət Allaha
çatmaq istəyənlərə məxsus adət, hal və
davranış deməkdir. Təsəvvüfdə təriqət
insanların mənəvi qabiliyyətlərini inkişaf etdirmək
üçün qurulmuş dini-mənəvi yola deyilir.
Həqiqət
təsəvvüfdə "zahirin arxasındakı
örtülü və gizli məna, dini həyatı ən
yüksək səviyyədə yaşayaraq ilahi sirlərə
çatmaq" kimi mənaları ifadə edir. Bu isə dini
hökmlərin məqsəd və hikmətinə uyğun bir
şəkildə şərh olunması, əskiksiz tətbiq
olunması və yaşanması deməkdir.
Dində
mülkiyyət haqqı var. Eyni zamanda hüquq deməkdir
şəriət. Şəriət ölçülərinə
görə hər kəsin malı özünə aiddir. Ondan
istədiyi kimi istifadə edə bilər. Sənin malın səninki,
mənim malımsa mənimkidir.
Təsəvvüf
bir mənəvi olğunlaşmaq yoludur. Təriqət bunun
qurumlaşmış şəklidir. Bu yola girən hər kəs
paxıllıqdan, xəsislikdən can qurtarıb comərd
olmağa çalışar. Nəticədə şəxsi
malından lazım olduğu qədər ehtiyacı olanlara
paylamalıdır. Buna görə də sənin malın həm
sənindir, həm də mənim.
Təsəvvüf
yolunda olan birisi nəfsini o qədər tərbiyə edər
ki, elə bir nöqtəyə gələr ki, kainatda
gerçək varlığın Allah olduğunu,
dolayısı ilə hər şeyin sahibinin Allahın
olduğunu dərk edər. Anlayar ki, biz bir əmanət sahibləriyik.
Əşya, mal-mülk, dünya varlığı həqiqətdə
heç birimizə aid deyil. Hər şey Onundur.
Bura
qədəri yəqin ki, sizə də aydın oldu. Dünya
malı ilə bağlı bir çox buna oxşar fikirlər
var. Məsələn, "Sultan Süleymana qalmayan dünya, sənə
də qalmaz" kimi.
Bütün
bunlar sizə bir mahnını, bir şeiri
xatırlatmadımı?
"Dünya sənin, dünya mənim,
dünya heç kimin"...
Gəlin
bu misranın mənasını açaq.
Demək,
nəymiş? Dünya həm sənindi, həm mənimdi, həm
də heç kimin. Bir misrada şəriət + təriqət
+ həqiqət!
Bəs,
şeirin bütöv halı?
Başlayaq
birinci bənddən...
Bir
taleyin oyununda cütlənmiş zərik,
Yüz
il qoşa atılsaq da qoşa düşmərik.
Bir zərrənin
işığına milyonlar şərik,
Dünya
sənin,
Dünya
mənim,
Dünya
heç kimin...
Allah təkdir, hər şeyi cüt
yaradıb. Gecəni gündüzə, qaranı ağa,
qadını kişiyə, həyatı ölümə,
xeyiri şərə yoldaş bilib. Və Allah özü elə
bir zərrədir ki, milyonlar onun işığına şərikdir.
İnsanlar yalnız onun işığına bənd olub həyat
tapa bilər. Əsl Günəş Allahın
özüdür. O bizi qoşalaşdırıb atıb Yer
adlı nərdtaxtanın üzərinə. Bəs bu oyunun nəticəsi
necə olacaq?
Bir
başqa şeirində Məmməd Araz cavabı özü
verir:
Bu
oyunda kim uduzdu, kim uddu,
Peşimanı
kim olacaq, nə bilim?
Şeirin
birinci bəndində yaradılış, Yaradan və onun
axırı açılır...
Çevrəsindən
çıxsa əgər sevda fırfıran,
Bir
ümidin ətəyindən tutub da fırlan,
Eşidərsən:
pıçıldayır yıxılan, duran,
Dünya
sənin,
Dünya
mənim,
Dünya
heç kimin...
Sevda nədir? Şeirin məntiqilə
sevda dünyadır. Bəs bu sevda kimədir, kimin
üçün fırlanır? Yadınıza
düşürmü Yusiflə Züleyxanın sevdası?
Yusifin eşqindən dəliyə dönən iki adam. Biri
atası Yaqub peyğəmbər... Yusifə görə o biri
oğullarını bağışlamayan, illərlə
Yusifin yolunu gözləyən, ağlamaqdan gözlərinin
qarasını itirmiş ata. Onunla bərabər, 30 ildən
çox göz yaşı tökən, gözləri kor olan,
gözəlliyini itirən Züleyxa... Və bir gün Yusif
Allahın icazəsilə Züleyxanın fərqinə varar.
Onu sarayına gətirər. Gözlərini açar. Gözəlliyini
geri qaytarar. Və bundan sonra Züleyxa günlərlə Yusifi
unudar, Allaha ibadət edər. Ondan "Yusifin eşqindən
çöllərə düşən Züleyxa indi niyə
Yusifi görmür?" deyə soruşanda cavab verər ki,
"Mən illərdir bütün qəlbimi Allahın vəlisi
olan Yusifə bağlamışdım, amma indi başa
düşürəm ki, dünyada sevilməyə layiq olan
ondan da böyük bir qüvvə var - o, Allahdır. O Allah
ki, Yusifi yaradan odur".
Bir
yanda isə Yaqub peyğəmbər...
Allahın
xəbərçisi gözlərinə görünər. Və
deyər ki, Yusifi kim yaratdı? Yaqub deyər - Allah! Bəs o
zaman niyə Yusifə olan eşqini Allaha olan eşqindən uca
tutursan?
İbrahim
peyğəmbər oğlu İsmayıldan keçib onu Allaha
qurban verdi. Məhz onun oğlundan imtinası yenidən onu
oğluna qovuşdurdu. İndi sən də oğlundan imtina
etməlisən Allah üçün. Beləcə Yaqub
peyğəmbər Yusifi Allaha qurban edər. Və
sonrası... Yaqub peyğəmbər oğluna qovuşar.
Yəni
sevda fırfıran o vaxt çevrəsindən çıxar
ki, Allah eşqi sənin qəlbində o biri eşqlərdən
cılız qalar. Və o an sən bir ümidin ətəyindən
yapışmalısan. O ümid də elə Allahın
özüdür. Və eşidərsən:
pıçıldayır yıxılan, duran. Dünya sənin,
dünya mənim, dünya heç kimin...
Bu
get-gəllər bazarına dəvədi dünya,
Bu
ömür-gün naxışına həvədi dünya.
Əbədiyə
qəh-qəh çəkər əbədi dünya,
Dünya
sənin,
Dünya
mənim,
Dünya
heç kimin...
Və
elə həmin dünya özü dəvə kimidir.
Dözümlüdür. İnsanları susuz aparıb, susuz gətirər.
O dəvə ki, bunca illər ərzində nələrə
şahidlik etmiş. Nə sultanlar taxtından enmiş, nə
padşahlar ölmüş və bu dünyadan əliboş
getmiş. O, dünya malına aludə olan fironlara, dünya
malını əbədi sayanlara qəh-qəh çəkmiş
və əbədi yoluna davam etmiş...
Necə
ki, sufilik - islamın canından qorxunu, hərfi, ehkamı
dartıb çıxarır, yerini onun susuzluq çəkdiyi
sevgi, həqiqət və vəhdətlə doldurur. Necə
ki, sufilik "Mən öz mövcudluğumu
dayandırmış, Allaha qərq olmuş, Onunla vəhdətə
gəlmişəm!" - deyərək yer üzü məhəbbətinin
yönünü yalnız Xaliqə tuşlayır, Məmməd
Araz da bu şeirlə bu dünyanın ancaq özünün əbədi
olduğunu, qalan hər şeyin faniliyini, ötəriliyini bir
daha göstərir.
Ayaq saxla, dövrənə bax ötəri
belə,
Min
illərdir Araz belə, Həkəri belə.
Axşamların,
səhərlərin təkəri belə,
Dünya
sənin,
Dünya
mənim,
Dünya
heç kimin...
Ayaq saxlayıb öz ətrafına
göz gəzdirsən görərsən ki, Araz da, Həkəri
də elə hey gah axır, gah quruyur. Axşamlar səhərləri,
səhərlər axşamları yola salır. Və
bunların hamısı insanın iradəsindən kənardadır
və onu idarə etmək mümkün deyil.
Gülünclərə
gülünc gələn bu ada güldüm,
Yüyəninə
hər əl yetən bu ata güldüm,
Mən
özümlə oynadığım şahmata güldüm...
Dünya
sənin,
Dünya
mənim,
Dünya
heç kimin...
Muradına
çatmaq üçün mindiyi, amma çata bilmədiyi
ata da, neçə-neçə şahları mat etdiyi
Allahın dünya adlı şahmat taxtasına da Məmməd
Araz gülməklə heyrət edirmiş.
Baxmayaraq
ki, bu şeir 1976-cı ildə yazılıb və bundan sonra
o, dünya haqqında başqa şeirlər də yazıb və
mənə elə gəlir ki, bu şeir Məmməd
Arazın dünya ilə bağlı başqa şeirlərindən
ən üstdə durur.
Hər
bir halda, şairin özü demiş:
Dünya gözəl, dünya
gözəl dünyadı...
Eminquey
Ədəbiyyat qəzeti.-
2020.- 10 oktyabr. S. 15.