Başını
uca saxla
Şəhid
atasının şeiri
Hər
damla şəhid qanı
Yüz
kafirə əvəzdir.
Evə
girmiş ilanın
balan
başını əzdi.
Qiyamətə
qalmadı
Bu vətənin
qisası.
Başını
uca saxla
daha,
şəhid anası!
Qoy
kafirlər görməsin
yanağında yaşını,
Torpaq
azad olunur,
bir də
əymə başını.
Yağı
düşmən olubdu
öz
haqqına çatası,
Başını
uca saxla
daha,
şəhid anası!
Bu
müqəddəs torpaqdan
mənfur
izlər pozulur,
Torpaqda
Vətən sözü
indi
qanla yazılır.
Silinməsin
əllərdən
gəlinlərin
xınası,
Başını
uca saxla
daha,
şəhid anası!
Hər
damla şəhid qanı
bitirəcək
bir lalə,
gülüstana
dönəcək
torpağımız
gör hələ.
Günəşdən
nur alacaq
Azərbaycan
səması,
Başını
uca saxla
daha,
şəhid anası!
Bilirəm
bala dağı
bir
dözülməz dağ olur
Hər
yadına düşəndə,
ürəyin
dağ-dağ olur.
Ondan
ağır dərd də var,
vətən
dərdi, bəlası,
Başını
uca saxla
daha,
şəhid anası!
Ağ
buludun gözündən
torpağa
nur sığılır,
indi
səma aydındır,
qara
bulud dağılır.
Yayılacaq
dünyaya
Azərbaycan
sədası,
Başını
uca saxla
daha,
şəhid anası!
Bu
xalqın sinəsində
yatmış
pələng oyandı
Düşmən
özü tökdüyü,
naxaq
qana bulandı.
Çatdı
tanrı dərgahına
milyonların
duası,
başını
uca saxla,
daha,
şəhid anası!
Kəsiləcək
bu yurddan
yağıların
ayağı!
Kəlbəcərdə,
Laçında,
Xankəndində,
Şuşada
Ucalacaq
Azərbayan
bayrağı!
O
gün deyil uzaqda,
Başdan-başa
vətən
cənnət olacaq!
Ulu
öndər demişkən,
"Azərbaycan
dünyaya
Günəş
kimi doğacaq!!"
Mirsəyyaf Zamanlı
Ədəbiyyat qəzeti.-
2020.- 10 oktyabr. S. 25.