Böyük qələbəmizin
Ali Baş Komandanı
Silahlı
Qüvvələrimizin Ali Baş Komandanı İlham
Əliyevə
Otuz
ildir gözləyirdik bu günü,
Ərşə
bülənd olmuşdu
məsum
şəhid anasının
Fəryadı,
ahı, ünü.
Kim kəsdi
kəsilməyən
bu kor
düşmüş düyünü?
Söyləyirəm:
Yaxşı
bax, yaxşı gör, yaxşı tanı!
Mənim,
sənin və onun Ali Baş Komandanı!
Azərbaycan
Ordusunun Ali Baş Komandanı
Qüdrətli
əllərilə kəsdi, doğradı, qırdı,
Qat-qarışıq
rəngləri bir-birindən
ayırdı.
Hayqırdı
təmkin ilə: Budur Həqiqət anı!
Basılmaz
dövlətimin,
Minnətdar
millətimin
Ali
Baş Komandanı.
Dünya
baş əydi onun
Sarsılmaz
inamına.
Həqiqətə
tapınan andına, imanına.
Dedi
nahaq tökülmür
Torpağa
şəhid qanı!
Yenilməyən
xalqımın,
Hüququmun,
haqqımın
Ali
Baş Komandanı!
And
içdi Vətən, torpaq
Bir vəhdətdir,
bir candır.
Damarlarımda
axan
Qan
yox, Azərbaycandır!
Hər
bir azərbaycanlının,
Qarabağdadır
canı!
Üçrəngli
Bayrağımın,
Əbədi
növrağımın
Ali
Baş Komandanı!
Dedi
Zəfər rənglidir
Atdığımız
hər mərmi.
Söylədiyim
hər bir söz
düz hədəfə
dəymirmi?
Atdığım
hər bir addım həqiqəti demirmi?
Məhv
etdi hər sözüylə
hər
dığanı, hər "yanı",
Hər
sözümün, şeirimin Ali Baş Komandanı!
Söylədi
tarix boyu tarix bizi anacaq,
Bizim
Zəfər günəşimiz əbədilik yanacaq.
Son Qələbə,
son Zəfər bizim, bizimdir ancaq!
Qarabağda
görünür qızaran Zəfər danı!
Şuşa,
Laçın həsrətli sevdalı qəlbimizin
Ali
Baş Qəhrəmanı!
Böyük
Qələbəmizin Ali Baş Komandanı!
Bakı,
3 oktyabr 2020
Azərbaycan ordusu
Süngün yağıların
gözünə batır,
Yarandın
haqq eşqi, haqq sevdasından.
Sakit
qəzəbində şimşəklər yatır,
Yarandın
xalq eşqi, xalq sevdasından -
Azərbaycan
ordusu.
Qızıl
bayrağında günəşin odu,
Atandır,
anandır bu Odlar yurdu.
Qarşında
daşnaklar lal-mat qurudu,
Azərbaycan
ordusu.
Mərhəmət
məsləkin, ədalət andın,
Sən
ancaq həqiqət eşqilə yandın.
Yağılar
önündə dağtək dayandın,
Azərbaycan
Ordusu.
Arxanca
uzandı dualı qollar,
Qarşında
sıldırım çınqıllı yollar.
Sıranda
qranit qaya oğullar,
Azərbaycan
ordusu.
Sənə
yol göstərən cəsarətindir,
Arxanda
dayanan mətanətindir.
Zəfər
dastanları nəqarətindir,
Azərbaycan
ordusu.
Başının
üstündə parlar al danın,
Sınaq
məktəbidir döyüş meydanın.
And
yeri sən Ali Baş Komandanın,
Azərbaycan
ordusu.
Bayraqdar
hədəfi sərrast tuşlayır,
Yağının
səfini əzir, xışlayır.
Qələbə
yolların təzə başlayır,
Azərbaycan
ordusu.
Önündə
titrəyir, əsir dağ-dərə,
Qarşıda
Füzuli, Ağdam, Ağdərə.
İmza
atmalısan qələbələrə,
Azərbaycan
ordusu.
Daşnakı
sər yerə sən daraq-daraq
Səpələ
dağlara onu qıraraq.
Başın
üstdə Günəş üçrəngli bayraq,
Azərbaycan
ordusu.
Susmayıb
gurlayır döyüş təbili,
Haqqın
dərgahında millətin əli.
Zəfər
yollarına güllər səpili,
Azərbaycan
ordusu.
Dərələrdən
yellən, yarğanları aş,
Kirs
ilə tən dayan, Murova yaraş.
Dayanma
Laçına, Şuşaya birbaş,
Azərbaycan
ordusu.
Atəşi
sönməsin qisas odunun,
Əsr-əsr
qalxsın alovu onun.
Qəhrəman
ordusu Odlar yurdunun -
Azərbaycan
ordusu.
Ölümə məhkumsan...
Erməni
daşnak faşistlərinə
Necə
yaşamısan min sifət ilə,
Ölümə
məhkumsan, məhvə məhkumsan.
Bu təbiət
ilə, bu xislət ilə
Ölümə
məhkumsan, məhvə məhkumsan.
Xəyanət,
cinayət, satqınlıq, riya...
"Böyük
Ermənistan" gördüyün röya.
Məkr
ilə tökdüyün qan dərya-dərya...
Ölümə
məhkumsan, məhvə məhkumsan.
Nəfsin
qurd nəfsidir, nəfəsin şaxta,
Keçmişin,
bu günün, tarixin saxta.
Keçdiyin
yollarda qan laxta-laxta,
Ölümə
məhkumsan, məhvə məhkumsan.
Yaşayır
ruhunda iblis şakəri,
Adın
imperiya qulu, nökəri.
Bir
gün əzər səni haqqın təkəri -
Ölümə
məhkumsan, məhvə məhkumsan.
Torpaq
qəsb etmisən, yurd talamısan,
Talayıb
yerində od qalamısan.
Duz-çörək,
düz çörək tapdalamısan -
Ölümə
məhkumsan, məhvə məhkumsan.
Dilsiz
çağaları tutdun qurşuna,
Atdın
gəlinləri od ağuşuna.
Dərin
quyu qazdın öz od qonşuna,
Ölümə
məhkumsan, məhvə məhkumsan.
Mən
dağam qarşımda təpələnmisən,
Dağılıb,
ovulub qəlpələnmisən.
Sən
bütün dünyaya səpələnmisən,
Ölümə
məhkumsan, məhvə məhkumsan.
Ləkə
"Daşnaksütun", cinayət "Qnçak",
Əməlin
bəşərə xəyanət ancaq.
Mum
kimi min şəklə düşən oyuncaq,
Ölümə
məhkumsan, məhvə məhkumsan.
Əməlin,
taleyin, siyasətin qan
Özgə
yuvasına yumurta qoyan
Bir
Ququ quşusan... Dünyaya bəyan...
Ölümə
məhkumsan, məhvə məhkumsan.
Qurtara
bilməzsən haqq tənəsindən,
Xilas
yox məhkumluq məngənəsindən.
Tarix
atar səni öz səhnəsindən,
Ölümə
məhkumsan, məhvə məhkumsan.
Arxalı
köpəksən... arxan uçurum,
Yox,
yox, uzun sürməz bu qanlı durum!
Sən
qondarma dövlət, qondarma qurum,
Ölümə
məhkumsan, məhvə məhkumsan.
Sən
ağalı millət... Özün deyilsən,
Əzilən,
ovulan, tozlanan gilsən.
Dünyanın
üzünə çıxan
ziyilsən -
Ölümə
məhkumsan, məhvə məhkumsan.
Nəfsini
boğmağa çatmadı gücün,
Yeridin
ağzına qanlı ülgücün...
Özünü
satdığa qoyduğun üçün,
Ölümə
məhkumsan, məhvə məhkumsan.
Varlığın,
yoxluğun özünə yükmü?
Ölümə
məhkumsan... Günahkar türkmü?
Bu fərman
mənim yox, tarixin hökmü...
Ölümə
məhkumsan, məhvə məhkumsan.
Allahsız,
tanrısız, dinsiz, imansız,
Adamyeyən
qatil, qaniçən qansız!
Bəşərə
yaman şiş, dərdsən dərmansız,
Ölümə
məhkumsan, məhvə məhkumsan!
Sənə and
içirik, Şuşa qalası
Sənə
and içirik, Şuşa qalası,
Daşnakı
qanıyla yoğuracağıq.
Güllələr
oduyla qovuracağıq,
Külünü
başına sovuracağıq.
Qoymarıq
yaş gələ yaşının üstə,
Şimşək
tək çaxarıq başının üstə,
Bir
daş qala bilməz daşının üstə,
Sənə
and içirik, Şuşa qalası.
Sənə
and içirik, Şuşa qalası,
Qayaları
yaran sel tək gəlirik,
Dəryalar
çevirən yel tək gəlirik,
Dağları
oynadan sel tək gəlirik.
Gözünə
qum töküb qumladacağıq,
Ağzına
daş basıb mumladacağıq,
Yurdunu
tanklara şumladacağıq -
Sənə
and içirik, Şuşa qalası.
Sənə
and içirik, Şuşa qalası,
Yağı
qan sulayır yurd-yuvamız qan...
Körpələr
doğrayan dığa daşnakyan,
Ölüncə
içəcək tökdüyü qandan.
Murazı
gözündə dönəcək külə,
Arsax
- qan qusacaq o, ölə-ölə...
Qələbə
günündə bəy edəcəyik,
Sarı
bülbülünü
"Xarı Bülbülə",
Sənə
and içirik, Şuşa qalası.
Sənə
and içirik, Şuşa qalası,
Qoymarıq
bir daşın küsə, küsünə.
Qurban
Daşaltına, Cıdır Düzünə!
Tezliklə
çıxarıq günəş üzünə.
Göylərin
altında büllur çil-çıraq!
Olar
zülüm, qada, qan səndən iraq.
Açılar
üstündə Üçrəngli
Bayraq!
Sənə
and içirik, Şuşa qalası.
Sənə
and içirik, Şuşa qalası,
Sən
şirin keçmişsən, şirin sabahsan,
Ürəklər
yandıran yanıqlı ahsan.
Pənahəli
xansan, Molla Pənahsan...
Daşını,
qayanı gözlərinə sox,
Özünü
tox saxla, əzizim, tox, tox!
Bu
anddan geriyə bir addım yol yox,
Sənə
and içirik, Şuşa qalası.
Sənə
and içirik, Şuşa qalası,
Dumana
bürünə-bürünə gəllik,
Pərişan
görünə-görünə gəllik.
Diz
üstə sürünə-sürünə gəllik,
Üz
üstə sürünə-sürünə gəllik.
Başına
dolanar əzizləyərik,
Kədər
naxışlayar, qəm üzləyərik.
Səni
yağılardan təmizləyərik,
Səni
dığalardan təmizləyərik.
Sənə
and içirik, Şuşa qalası!
Sənə
and içirik, Şuşa qalası!
Bakı,
5 oktyabr 2020
Ramiz DUYĞUN
Ədəbiyyat qəzeti.-
2020.- 10 oktyabr. S. 24.