Mənə zəfər yaraşır!
Şanlı Azərbaycan əsgərinin dilindən
Gözləyirəm illərdi,
İndi çox səbirsizəm.
Bu gün qisas günüdü
Mübarizəm, Təbrizəm…
Vətənimdə toy tutub
Yallı gedən sənmisən?
Bu gün zəfər mənimdi,
Qarşımda əyilmisən!
Xocalıda körpəmin
Nədən oydun gözünü?..
Otuz ildi qəlbimdə
Daşıyıram bu zülmü..
Sənə ölüm yaraşır
Bu haqsız savaşında
Mənə zəfər yaraşır
Alnıaçıq, üzüağ,
Üçrəngli bayrağımla
Doğma
Qarabağımda!!!
Əsgər, sənə salam olsun!
“Qarabağ şikəstəsi” üstündə
yazılıb
Əsgər, sənə salam olsun,
Xoş gəlmisən, Qarabağa!
Bu yurd sənin vətənindi,
Qalx bu dağa, qalx o dağa.
Qartal kimi zirvəyə çıx
Göydə bayrağım sevinsin.
Torpağımı azad eylə,
Elim-oymağım sevinsin...
Qardaşımın canındadı
Hələ də düşmən qəlpəsi.
Otuz ildi ürək yaxır
Anaların ah-naləsi.
Atamı
düşmən gülləsi,
Anamı həsrət apardı.
Məni
Xocalı ağrısı
Dünyadan çəkib qopardı.
Otuz ildi, dərd dağıyam,
Əsir yurdam - qolubağlı.
Adına
"qaçqın" deyəndə
Utanıb
hər qarabağlı...
Allahın ədalətiylə
Düşmənin çırağı söndü.
Mən daha qaçqın deyiləm
Düşmənlərim qaçır indi.
Ay yurdumun şan-şöhrəti,
Qazi əsgər, qalib əsgər...
Zalımları qov sonadək,
Var ol, yaşa, igid əsgər!
Mina RƏŞİD
Ədəbiyyat qəzeti.- 2020.-
17 oktyabr.- S.28.