Erməni xisləti - Dəyişməz
xarakterin bütün dövrlərdə təkrarı
Millət yoludur,
haqq yoludur tutduğumuz yol.
Ey haqq! Yaşa, ey
sevgili millət, yaşa, var ol!
Tofiq Fikrət
İş otağımda sənədlər
dolabının önündə bir stend dayanır. Bu stend il
ərzində iki dəfə kollecimizin foyesinə aparılaraq
tələbələrimiz üçün sərgilənir. Mən "Qan yaddaşımız" adlı bu
stendlə və onun üzərindəki fotoşəkillərlə
hər gün üz-üzəyəm. Bəzən otaq
boyu gəzişəndə gəlib bu fotoların - Xocalıda
qətlə yetirilmiş, cəsədləri tanınmaz hala
düşmüş vətəndaşlarımızın, vəhşiliklə
öldürülmüş balalarımızın fotoları
önündə saatlarla dayanıram və hər dəfəsində
də "Bizi bağışlayın" deyirəm...
Otuz ilə yaxın bir müddətdə bu fotoları sərgiləməkdə
məqsədimiz qan yaddaşımızı təzələməkdir,
bəli. İldə bir neçə dəfə olsa da tələbələrimizə,
bu vəhşilikləri törədən düşmənimizin
adı ermənidir, deyirik. Bu düşmən
barbar, faşist mahiyyətlidir, söyləyirik. Ruhu,
iç dünyası barbarlıqdan yoğrulmuş bir toplumdan
başqa nə gözləmək olar ki?!
Öz nökərinə "zaman keçdikcə birdən
düşmənimə qarşı nifrətim azalar, hər səhər
mənim üçün süfrə açanda filankəs sənin
düşmənindir. Kinini, qəzəbini unutma" sözlərini mənə
söylə, deyən hökmdar misalı
kimi biz də yaddaşımızın korşalmaması
üçün başımıza gətirilən tarixi hadisələrdən,
olaylardan dərs almaq üçün ağrılı olsa belə
bu fotoları sərgiləyirik.
Tarixin hansı səhifəsini vərəqləsək
düşmənin eyni taktika nəticəsində
başımıza gətirdiyi müsibətlərin şahidi
olacağıq. Daima tolerantlığımızı, dinlərə,
mədəniyyətlərə dözümlü
olmağımızı, həm də erməni mahiyyətindən
fərqli olaraq daxilimizdə nə qədər erməni milliyyətindən
olanların yaşamasını dilə gətiririk. Amma
hər dəfə eyni zərbəni kürəyimizdə hiss
edirik.
Gəncə hadisəsindən sonra bir fikri dilə gətirdim. Niyə
içimizdə yaşayan ermənilər bir olub, Ermənistana
"Dayan! Faşistliyinə son qoy!" demir, "Geri
çəkil, Qarabağ sənin deyil" demir? Niyə Ermənistana Bakı erməniləri
adından bir bəyanat ünvanlanmır? Məgər
susmaq, olanlara qarşı lal olmaq, laqeyd olmaq zülmü edənlə
razılaşmaq demək deyilmi? Axı
laqeydlik ən böyük fəlakətdir. Bəli, humanizm bizim mədəni,
əxlaqi səviyyəmizin göstəricisidir. Amma humanizm, sadəlövhlük demək deyil,
düşmən. Əsrlər boyu sənin
dinc şəraitdə millətimin başına hansı vəhşətləri
gətirdiklərini görmədikmi? Gördük.
İnsanlığa yaraşmayan bütün hərəkətləri
sənin timsalında gördük. Bizləri
məscidlərə toplayıb odun kimi yandıran sən oldun.
Yanar samovarı belinə şəllədiklərin,
hamilə qadının qarnını yarıb "türk
balasıdır" deyibən süngüyə keçirən
sən oldun. Uzaq keçmişdə də,
yaxın Xocalı timsalında da yırtıcı xislətini,
qana susamış mahiyyətini gördük. Səninlə
birgə Qarabağda yaşayaqmı, əsla!
Buqələmun kimi hər rəngə bürünməyi
bacaran erməni toplumu, "vətəninizə xoş gəldiniz"
ifadəsini dilinə alar da, sonra asanlıqla alnımıza
silah da tuşlaya bilər. Adam dostunu da,
düşmənini də bir dəfə tanıyır. Sən
həmişə düşmənsən, erməni!
Əslində,
1903, 1905 qırğınlarından sonra 1907, 1907
qırğınından sonra 1918-ci il
qırğınlarının başımıza gətirilməsinin
əsas səbəbi tarixi olaylardan yaxşı dərs ala bilməməyimizdir.
1918-ci il Mart qırğınlarından
sonra Əhməd bəy Ağaoğlu yazdığı məqalələri
vasitəsilə hayqırırdı. Bəlanı
başımıza gətirənlər elə o vaxtlar da rus mətbuatında
meydan sulayırdı. İkili standartlar elə
o vaxtlar da mövcud idi. Tarix təkrarlanırmı?
"Erməni-müsəlman
münaqişələrinin ilk kədərli günlərindən
başlayaraq, Rusiyanın mütərəqqi mətbuat
orqanlarının əksəriyyəti müsəlmanlara
münasibətdə düşmən mövqeyi tutmuş,
onları irticaçılıqda, mütləqiyyətin
dayağına çevrilmək cəhdlərində,
qaragüruhçuluq meyillərində, vəhşiliklərdə
və daha nələrdə, nələrdə ittiham etmişlər...
Rusiya paytaxtının mətbuatında qaldırılmış
bu hay-küy, təbii ki, Avropa mətbuatında və
ümumiyyətlə, dünya mətbuatında da müvafiq əks-səda
doğurmuş, müsəlman haqqında elə təsəvvür
yaranmışdır ki, guya onlar Qustav Emarın romanında təsvir
edilən qırmızı dərili adamların
tayıdır... Mütəmadi və planlı
xarakter almış bu təhrikçiliyin təşkilində
kadetlərdən tutmuş bolşeviklərədək,
daşnaklardan tutmuş sosialistlərədək bütün
ünsirlər heyrətamiz və mütəəssiredici bir həmrəylik
nümayiş etdirirlər. ("Əhməd bəy
Ağaoğlu. "Azərbaycan" qəzeti, 8
dekabr 1918, ¹ 55"). Eynilə
bugünkü hadisələrə bənzəmirmi?
1988-ci il deportasiyası. Azərbaycanlıların
öz doğma yurd-yuva yerlərindən qovulması. İlahi, belə vandalizmmi olar? Yersiz bir xalq gəlib
desin ki, dur evindən çıx, bura mənimdir. Bəlkə dilimizdə dolaşan "Yersiz gəldi,
yerli qaç" ifadəsi elə bu olayların təsirindən
yaranıbdır? Hə, onda rus
imperiyası elədən-elə, belədən-belə istədiyi
oyunu başımıza açırdı. Müsəlman balaları hərbə
alınmırdı, müasir silahlarla davranmağı
bacarırdı. Ona görə
qıranı qırırdınız, yerdə qalanı yerindən
qovurdunuz. İndi bu keçməz!
"İrəvan iğtişaşlarında məlum
oldu ki, müsəlmanlar hərb fənninə yaxşı bələd
deyillər və bundan əlavə, hamılıqla
döyüş silahından məhrum olduqlarından mahalda ermənilərin
təcavüzünə məruz qalan camaata əsla bir köməkdə
bulunmadılar.
Buna görə ermənilər qol-qanad
açıb, Qırxbulaq mahalına hücuma keçib
müsəlmanları son dərəcə pərişan etdilər".
(M.S.Ordubadi "Eçmiədzin. Üçkilsə
hadisələri").
İndiki Azərbaycan başqa Azərbaycandır. İndiki Azərbaycan
Ordusu başqa ordudur. Axı sənin,
düşmən, əvvəlki taktikaların bu gün
üçün keçərli deyil. Sən isə
"ulularından", keşişlərin tərəfindən
cızılmış kordinatlar üzrə XXI əsr üzərində
yerimək istəyirsən, alınmaz!
Tarixə
diqqət yetirək, sanki indiki olaylardır... Məkrli
siyasət. Bütün dövrlərdə üzə
çıxan erməni xisləti, soyqırım taktikası,
qaraqışqırıq, həyasızlıq... Kardaşyanlarına "Xalqın anası" deyənlərin
təfəkkürü bütün zamanlarda eynidir.
"Müsəlmanların ziyalıları və
adlı-sanlı adamları heç bir başqa məqsəd
güdmədən camaatı sidq ürəklə sakitləşdirdikləri,
ona bu qardaş qırğınının bütün
çirkinliklərini anlatdıqları halda, qəzetlərdə
təbliğat təşkil edən ermənilər ortaya
çıxdılar və bütün dünyaya hadisələrlə
bağlı heyrətamiz dərəcədə
şişirdilmiş araqızışdırıcı
teleqramlar yaymağa başladılar. Onlar
öldürülmüş 10-15 min nəfərdən
danışır, müsəlmanları qaniçən vəhşilər
kimi təsvir edirdilər. Bütün
Rusiya və Avropa ayağa qaldırılmışdı".
("Bakı hadisələri haqqında həqiqət"
- Əhməd bəy Ağaoğlu).
Xalqımız həmişə rəşadətiylə,
döyüşkən ruhuyla seçilib. Əslində,
danışıqlar uzandıqca hər bir azərbaycanlı,
"qılıncımız qınında qalınca pas
atar", deyə düşünürdü. Mən də bu qorxunu keçirənlərdən
biri idim. Elə bilirdim biz doxsanların
uşaqları olaraq o dövrlərin canlı şahidiyik.
Qarabağı yadında saxlayan sonuncu nəsil
bizik, deyə düşünürdüm. Elə
bilirdim bizdən sonra gələn yeni nəsil artıq
Qarabağı unudar. Amma zaman göstərdi
ki, vətən genetik qan yaddaşıdır və heç
vaxt unudulmur.
Böyük atəşkəs sükutundan sonra xalq, sanki
yuxudan oyanırmış kimi bir ayrı ruhla özünü
xatırladı. Əslində, ard-arda hər ilin müəyyən
tarixi dövrə və şəxsə aid olması da
xalqımızın özünədönüşünü
təmin etdi. Sanki 2018-ci ilin Azərbaycan
Respublikasının Prezidenti tərəfindən
"Cümhuriyyət ili" elan edilməsi də
yaddaşımızı, yaxın tariximizi, tarixi olayları
yenidən vərəqləməyimizə kömək etdi.
İlahi, tariximizdən kimlər gəlib keçib, bu
şəxsiyyətlər mənim ulu babalarımdır. Bizimdir! Oxuduqca
dərk etdik, dərk etdikcə oyandıq, oyandıqca
haqqımızı tələb etmək qüruru içimizdə
baş qaldırdı. Ver, mənim olanı mənə
ver!
Uzun dövrlər gizlədilmiş tarix aşkara
çıxdı, çox şükür. Əsl idrak
göstəricisi olan mətnlər, istiqlal nəğmələri
dilimizdə dolaşdı, özügüvənimizi
artırdı. Özünəhörmətə
gətirib çıxardı. İndi bu
yüksək ruhla, əzmlə məqsədimizə doğru
gedirik. Özümüzü tanıyaraq,
tariximizə bələd olaraq bizim olanı işğaldan azad
etməyə gedirik.
Azərbaycan xalqı yumruq olub birləşməyi də
bacarır, varlığı uğrunda mübarizə etməyi
də bacarır. Yeni Vətən Müharibəsi Azərbaycan
torpaqlarının bütövlüyü ilə inşallah
yekunlaşacaq. Didik-didik olmuş vətən
zərrə-zərrə öz bütövlüyünə,
tamlığına qovuşacaq. Bu əsr bizim olacaq!
2020-ci il bəşəriyyət tarixinə
Koronavirus kimi, bizim tariximizə isə zəfər kimi
yazılacaq.
Dilimizdə bir deyim var, "qonşun pisdir, köç
qurtar". Erməni adlı mənfur qonşu ilə (dilim gəlmir
qonşu deməyə) sərhəddə yaşayırıq və
əsrlərdir bu üzdəniraqların fitnəsi ilə bəlalara
düçar olmuşuq. Amma biz bu deyim kimi heç yana getməyəcəyik, onlar
qovulmalıdırlar. Tarix göstərdi ki, biz
bir yerdə yaşaya bilmirik. Biz azərbaycanlıların
ifrat humanizmi belə, onların müsəlman toplumuna, türk
millətinə qarşı qəzəbini, nifrətini soyutmur
ki soyutmur. Hər birinin məqsədi əlini
azərbaycanlı qanına bulamaqdır. Elə
bu məqsədlə döyüşü
döyüşçü ilə aparmır. Mülkü əhalini hədəfə alır.
Biz onlara məhz XXI əsrdə elə bir dərs
verməliyik ki, onlar aramızdan rədd olub öz ayaqları
ilə getsinlər.
Qarabağın
erməni əhalisi adlı məfhum olmamalıdır! Yox,
olmamalıdır! Əsrlərdir
aldığımız dərslər buna imkan verməz. Biz onlarla bir yerdə yaşamaq istəmirik. Beynəlxalq təşkilatlar buna nə ad qoyursa
qoysun. Alınmır, alınmaz. Yenə də əsrlərdir yedirdib əjdahaya
döndərə bilmərik, mənfuru. Yenə
də erməni arvadlarını övrət edib,
yarıtürk, yarıerməni dünyaya gətizdirə bilmərik.
Oljas Süleymenovun "Gil kitabı"nda
deyildiyi kimi. "Yavalarla
qaynayıb-qarışmayın. Qoy düşmənimiz
özümüzə bənzərlər olmasın!". Birdəfəlik bunu ağlımıza
yazmalıyıq!
Bizim zəif olmağa daha ixtiyarımız yoxdur. Bundan sonra daha
da inkişaf etmiş, ayaq üstə dayanmağı bacaran,
beynəlxalq, diplomatik sferada xüsusi imicə malik xalqlardan
olmalıyıq. İqtisadiyyatımız, ədəbiyyatımız,
incəsənətimizlə yeni inkişaf mərhələsinə
qədəm qoymalıyıq. Bu güc bizi
ucalardan uca edəcək. Və bu güc
düşmən fitnəsinin, xislətinin
qarşısında sipər olacaq.
Dünya
durduqca bu xalq, bu vətən yaşayacaq! Tanrı
səni qorusun, ucalardan uca xalqım.
Günel EYVAZLI
Ədəbiyyat qəzeti.- 2020.- 17
oktyabr.- S.26.