Təəccüblənməyə bilmirəm...
Əlif
Şəfəq ilin-günün bu vaxtında, Qarabağda
terrorçu Ermənistanın 30 ildən bəri
işğalda saxladığı torpaqlarımızın
azadlığı uğrunda mübarizə
apardığımız bir vaxtda Tvitter hesabınızda erməniləri
dəstəkləyən paylaşımınızı
gördüm, çox pis oldum. Bir azərbaycanlı, qarabağlı
yazıçı, nəhayət,
oxucunuz kimi (kitabxanamda "Eşq",
"İsgəndər" romanlarınız var) buna görə etirazımı bildirir, sizi kəskin qınayıram.
Doğrudanmı, erməniləri tanımırsınız? Doğrudanmı,
ermənilərin 1992-ci ildə
Qarabağda, Xocalıda
törətdikləri soyqırımdan
(25 fevral gecəsi onlar 613 azərbaycanlını
vəhşicəsinə qətlə
yetiriblər), bu günlər terrorçu,
işğalçı Ermənistanın
Gəncədə gecə,
insanların yatdığı
vaxt qadağan edilmiş raketlərdən
dinc əhaliyə qarşı törətdiyi
terror aktından (10 nəfər
ölüb, 40 nəfər
yaralanıb) xəbəriniz
yoxdur? İnanmıram.
Gərək, heç olmasa,
bu günlər Gəncə teraktını
eşidəndə bir
insan, bir yazıçı kimi özünüzü eşitməməzliyə
vurmayaydınız, ermənilərin
dinc əhaliyə qarşı terroruna səsinizi qaldıraydınız,
dünya yazarlarını,
öz oxucularınızı
bu vəhşiliyi lənətləməyə haraylayaydınız!.
İşğalçı Ermənistan 30 ildir ki, Azərbaycanın ən gözəl guşəsini, Qarabağımızı,
torpaqlarımızın 20 faizini
işğal altında
saxlayır. Bilmirsiniz, eşitməmisiniz? İnanmıram!
Mən Qarabağın
Ağdam şəhərindənəm. Kaş onun
o gününü də,
bu gününü də görəydiniz.
Bilirsiniz
Ağdam necə gözəl şəhər
idi? Mənfur ermənilər 27 ildir ki, məni
öz torpağımdan
didərgin salıblar.
Peyk vasitəsilə, ermənilərin mənim dünya boyda şöhrətli Ağdamımı
necə xarabalığa
çevirdiklərini görəndə
az qalır
ürəyim partlasın.
Atamın, əzizlərimin qəbri orda yerlə-yeksandı. 30 ildir,
terrorçu Ermənistanın
terrorçu başçıları
xalqımın qüruru
ilə oynayır... Yoox, görünür, siz belə şeyləri anlamır, dərk etmirsiniz. Ona görə də
torpaqları işğal
altında qalanları
deyil, adətən özünü tülkülüyə,
yazıqlığa vuran
ermənini dəstəkləyirsiniz.
Biz də bir
zaman onları aciz, məzlum sayıb torpağımızda
sığınacaq vermişdik,
çörəkləmişdik. Sonra namərd, alçaq çıxdılar,
duz-çörəyimizi tapdaladılar...
Hörmətli Əlif Şəfəq, təəccüblənməyə bilmirəm. Bu gün
hətta bəzi ayıqbaşlı ermənilər
belə terrorçu Ermənistanın işğalını,
terrorunu pisləyir, amma siz ermənilərə
dəstək verirsiniz.
Bunu heç nə ilə izah etmək
mümkün deyil.
Buna sadəcə etiraz etmək və sizin kimi
mövqe tutanları qınamaq olar!"
Eyvaz Zeynalov
yazıçı
Ədəbiyyat qəzeti.- 2020.-
17 oktyabr.- S.23.