"Nizami Gəncəvi
və Şota Rustaveli"
Beynəlxalq layihəsinin
yekunları müzakirə edilib
Nizami
Gəncəvi adına Ədəbiyyat İnstitutu, Şota
Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutu və
Kembric Universitetinin birgə həyata keçirdiyi "Nizami Gəncəvi
və Şota Rustaveli" beynəlxalq layihəsinin
yekunları müzakirə olunub.Xatırladaq ki, layihə
üç ildən bəri keçirilir və proqramda Ədəbiyyat
İnstitutunu akademik İsa Həbibbəyli və
Nizamişünaslıq şöbəsinin əməkdaşları
təmsil edirlər.
Onlayn şəkildə “Zoom” proqramı vasitəsilə
gerçəkləşən iclasda
çıxış
edən Nizami Gəncəvi adına
Ədəbiyyat
İnstitutunun direktoru, akademik İsa Həbibbəyli layihə üzrə görülən işlər barədə məlumat
verib.
Akademik İsa Həbibbəyli Azərbaycan-Gürcüstan
ədəbi əlaqələrinin
son illərdə inkişaf
etdiyini vurğulayıb. O, çıxışında
Nizami Gəncəvi və Şota Rustavelinin Qafqaz renessansının baniləri
adlandırıb. Akademik
Qərb və Şərq renessansı ilə bərabər Qafqaz renessansının da mövcud olduğunu və Azərbaycandan Xaqani Şirvani, Nizami Gəncəvi, Məhsəti
Gəncəvi, Gürcüstandan
Şota Rustaveli bu böyük hərəkatın əsas
yaradıcıları olduğunu
nəzərə çatdırıb.
İclasda çıxış edən
Ədəbiyyat İnstitutunun
Nizamişünaslıq şöbəsinin
aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə
doktoru Zəhra Allahverdiyeva Azərbaycan-Gürcüstan
ədəbi əlaqələrindən,
Gürcüstandan nizamişünaslığın
inkişafından danışıb. O qeyd edib ki, akademik
İsa Həbibbəylinin
"Böyük Azərbaycan
şairi Nizami Gəncəvi" adlı
tədqiqatı ilə
yanaşı, Nizamişünaslıq
şöbəsinin müdiri,
AMEA-nın müxbir üzvü Nüşabə
Araslı və digər şöbə əmədaşları layihədə
üzərinə düşən
mövzuları tamamlayaraq
təqdim ediblər.
İclasda layihənin Gürcüstan
tərəfindən icraçıları
professor İrma Ratiani,
Gürcü ədəbiyatı
İnstitutunun direktoru,
professor Maka Elbakidze və İnstitutun əməkdaşları, Kembric
Universitetinin professoru Çarlz Melvil, Firuzə Melvil və digərləri layihənin icrası istiqamətində öz qənaətlərini bölüşüblər.
Ədəbiyyat qəzeti.- 2020.-
17 oktyabr.- S.25.