Qarabağda yeni tarix yazılır
Savaş ayələrindən seçmələr
"O, Azərbaycan
dövlətçiliyini yaşatdı,
Azərbaycan yaşayırsa
itirilən torpaqlar da
bir gün
qayıdar. Azərbaycan olmasa hər şey itəcəkdi. Azərbaycan varsa,
həmişə
itirilən torpaqları qaytarmaq əzmi də
olacaq".
(Heydər Əliyev barədə bahar düşüncələri.
"Ədəbiyyat qəzeti.
10.05.2020)
Qarabağda yeni tarix yazılır. Şanlı ordu qorxu yeyən
düşməni, döyə-döyə, xınca-xınva yürüyür. Bu ordu nə böyük ordudur, bu Komandan
nə böyük komandandır. Gözün aydın Azər Turan,
ruhun şad olsun Arif Əmrahoğlu. Yurdumuzun ermişləri. "Savaş
ayələri" həm də sizin əsərinizdir.
Bu zəfər həm də sizin zəfərinizdir. Bu
zəfər qılınc və qələmin zəfəridir,
çünki bir əlində
qılınc, birində Quran, dünyaya həqiqət sunmağa
gəldik.
Azərbaycan ordusu
Bayrağında Ay gəlir... Çök!
Ölümə qənşər duran
Basılmaz alay gəlir... Çök!
Ərənlər gözündə qan,
Nə yağma var, nə talan,
Ölümsüzlük axtaran,
İgidlər qolay gəlir...
Çök!
Türkdür türkün qardaşı,
Cəng
gününün yoldaşı,
Hücum
deyir minbaşı,
Min ağızdan hay gəlir...
Çök!
Gözəldir savaş tamı,
Bu yurdun var İlhamı,
Tanrıdağdan atamın,
Ruhuna
lay-lay gəlir... Çök!
Doğma
duyar ərkimi,
Tanrı,
qoru türkünü,
Yürüyən hünər kimi,
Ən böyük kurmay gəlir... Çök!
***
Hey turan atları, turan atları,
Öndə qalalar var bürcü-bürcü.
Könlündən fatehlik keçirsə
Qızıl qandır xərci.
Cəng
mələyi qan istəyir,
Nə deyək?
Bu torpaqlar bizimdirsə
Bədəlini ödəyək.
***
Yürü, qardaşım yürü,
Ərin yorulmaz dizi.
Əbədi bir çağırış,
Cəngə səsləyir bizi.
Alplar zamanı gəldi,
Hızlı əsrin başıdır.
Ölümlə ölməzliyin,
Sonuncu savaşıdır.
Savaş
var, ölməz savaş,
Yuxuda gör dincliyi.
Savaşın bitən yerdə,
Başlayır köləliyin.
Cəng təbili
Cəngin
zamanı gəldi,
Tonqalı yandır!...daram!
Daram, daram,
dam-daram.
Yuxlamış ruhumuzu,
Titrət,
oyandır...daram!
Daram, daram,
dam- daram.
Cəng
səsi nurdan incə,
Ölüm türkə əyləncə,
Dözümü qoyub dincə,
Qorxunu dandır…daram!
Daram, daram,
dam- daram.
Atlananda
ruhumuz,
Bulud deşir tuğumuz,
Çağırır baş buğumuz,
Gedək,
Bayandur...daram!
Daram, daram,
dam- daram.
Tanrı
türklüyə başdı,
Bu savaş, son savaşdı,
Bozqurdların ulaşdı,
Nə qutlu andır...daram!
Daram, daram,
dam- daram.
Tanrıdağdan Təbrizə,
Bir yol uzanır bizə,
Axırıncı dənizdə,
Əmri
dayandır...daram!
Daram, daram,
dam- daram.
Savaş
qılınca qındır,
Dünya
elxanlığındır,
Sən bizə haqqı qandır,
Ardı
əyandır...daram!
Daram, daram,
dam- daram.
Şuşa həsrəti
Tufan keçdi, qar əridi,
Yollarını açdı yaylaq.
Xan qızının türbəsinə
Apar məni
qızıl daylaq.
Yelkənlərin yedəyində,
Səkkiz qırlı bir bəy ərən.
Xan Ülgənin nərəsidir,
Göydə şimşək tək böyürən.
Uçan
sular heykəlləşib,
Yerin təri
puçur-puçur.
Qəmli
qobuz havasında
Qaqqıldaşan qazlar uçur.
Şaşqın Şuşa şüşələnmiş,
Xarı bülbül qor qoxuyur.
Qubadlının gözəlləri,
Qu səsindən
tor toxuyur.
Gözü gülməz ormanların,
Göyün üzü ötkəm və sərt.
Dəfini
döy, ay Elbaşı,
Orduları yerdən dəbərt.
Bürkü basıb dağ-dərəni,
Yollarını açıb yaylaq.
Bir ər gəzir mindirməyə
Səkkiz qırlı qızıl daylaq.
***
Bu torpaqda mələz yox,
gəldi tirendə
rüzgar.
Bələklərdə bəbəklərin
bəklədiyi
bir sonuncu savaş var!
Qərənfillər qan qoxuyur,
yabançılar yurda çəkmə sancanda
yard-yard,
Güvənliyin səngərində
nə ön sıra var, nə ard.
Qara dağlar yeriyir ulu çölün zikrində,
göyə tuşlanmış
minarələr duruq,
Nə bu yurd Kolizey
meydanı deyil,
nə də biz qladiatoruq.
Yüz illərin yaxasında
yollar yorduq, kəndlər qurduq,
bir yanı Rum, bir yanı Çin.
Şəhidlərin kəmiyindən
qübbə hördük
bu yurd için.
Hürrün ardınca qaçarkən
dünya
finişə sayru çatan biz.
Hürrü almaq qəliz işdir,
hürr yaşamaq ondan qəliz.
Zamanın atom qazanında
ruhumuz mavi dilli plazma.
Yağı görüb qan
qusanı
ulular kitabına yazma.
Qoy efirdə şər deyilsin
bizə legion-legion,
qoy kitablar hucum çəksin
falanqa-falanqa,
lazım olsa Ərtoğruluq,
lazım olsa Ərtunqa.
Ərəniyin fəth atında,
arzuların qanadında,
apar bizi son savaşa,
apar bizi, apar, Ata.
Axacaıq uzaqlara,
iz qoyarıq kainata.
Kurqan-kurqan, təpə-təpə,
ulduz -ulduz,
planet-planet,
yer üstündə
əbədi yurd,
göy altında tanrı eli,
bir məmləkət
quracağıq.
***
Qaranlığa qor qonanda,
Qara qanlar qırlandı.
Ərlər yerə diz vurdular,
Yer tərsinə
fırlandı.
Yorğa
yellər yellənmədə,
Yosma yerlər
yerində.
Yeriklənən öc atlısı
Gələr günün birində.
Tanrısından üzü dönüb
Haqqı
əyəndə zorlu,
Qeybdən Qorun oğlu gəlir,
Misri qılıncı
qorlu.
Hay salanda dən Koroğlu
Qır at qırmağa
gəlir.
Düşmən, əcəl hərləyəndə
Özü qarmağa gəlir.
Yunusun sazı zəng çalır,
Qorqudun sözü
qazi.
Şəhid qanıyla yoğrulub
Torpaq olur ərazi.
Tuğlar
durur üzü göyə,
Hucum gözləyir
çəri.
Tanrıya yol ibadətdir,
Hünər ondan içəri.
Cəng
mələyi yollar açır,
Dərd devini döyənə.
Xilasçı boz qurd gələndə
Nə mutlu türk deyənə.
El bağrından ər qopardır,
Bayraqların ləngəri.
Sənə hucum əmri gəlib,
Sıraya dur cəng əri.
Elxan Zal Qaraxanlı
Ədəbiyyat qəzeti.- 2020.-
17 oktyabr.- S.8.