Ya düşmən diz çökəcək,
Ya da ki,
məhv olacaq!
"Müharibə
və uşaqlar" silsiləsi
Sülhü neyləyirik biz...
Qəşəm-Şəm açdı qapımı,
Pərt
durdu qabağımda:
- Necə sakit oturmusan,
Necə rahatsan, baba?!
- Nə olubdur, ay oğul?!
- Sənə pis xəbərim var -
Hələ şəhidlərimizin
Alınmayıbdır qanı,
Televizor
deyir ki,
Müharibə dayanır.
Axı Prezidentimiz
Şəhid analarına
Söz vermişdi o günü:
"Sonacan gedəcəyik,
Düşməni Qarabağdan
Vurub rədd edəcəyik!".
İndi
bəs bu nə işdi,
Torpaqlarımız yanır,
Müharibə dayanır?!
- Sən deyən deyil, bala,
Düşmənlə aramızda
Sülh
elan olunubdur...
- Nə danışırsan,
baba,
Sülhü neyləyirik biz?!
Məgər azad olubdur
İşğaldan Vətənimiz?!
- Müvəqqəti sülhdü
bu.
- Müvəqqəti nə demək?
- Döyüş meydanlarından
Meyitləri götürüb,
Əsirləri dəyişmək...
Sonra düşmən çıxmasa
Xoşluqla Qarabağdan,
Toplar guruldayacaq,
Mərmilər partlayacaq...
Ya düşmən diz çökəcək,
Ya da ki, məhv
olacaq!
İntiqam
- Ay ata, ermənilər
vurubdur
Gecə
yatdığı yerdə
Gəncəni.
Qanına
bələyibdir
Neçə-neçə ananı,
Neçə-neçə uşağı,
Neçə-neçə qocanı,
Gəncini.
- Oğul, intiqamını
Beş-on
qat almışıq
biz!
- Nə xeyri varmış,
ata,
Diriləcəkmiş məgər
Ölüb-itənlərimiz?!
Cavabsız sual
- Erməni də müsəlmandı
ay baba?!
- Nə pis sözlər
deyirsən,
Ağlın azıbdır, nədir?!
- Tutaq ki, ağlım
azıb,
Sözlərim də pisdi lap.
Mənə başa sal barı,
Niyə
bəs Qarabağa
Silah daşıyan rusu
Sərhədindən buraxır
İran müsəlmanları?!
Şəhid uşağı
Şair
dostum Tariyel Ümidin
təzəcə şəhid
olmuş yeznəsi Mayisin
övladları - Məleykə
və Süleymana
Bizimlə bir sinifdə
Şəhid uşağı oxuyur.
Partasının qarşısında
Atasının şəklidi, -
Azərbaycan bayrağıyla
Qoşa durur.
Elə ki, dərslərindən
"Əla" alır, sevinclə
Dik baxır atasına -
Bir anlıq gülümsünür.
Sonra da ah çəkərək,
Əllərinin dalıyla
Göz yaşlarını silir.
Qəşəm İsabəyli
Ədəbiyyat qəzeti.- 2020.- 17
oktyabr.- S.21.