Elif Şəfəqə açıq məktub
Sizə
çoxsaylı azərbaycanlı
oxucu auditoriyası adından mürəciət
edirik.
Dünən sizin rəsmi
Tvitter səhifənizdə
paylaşdığınız foto və erməni
dostunuza təşəkkürünüzü
böyük təəssüf
hissiylə qarşıladıq.
Bu paylaşımı nə üçün etdiyinizin səbəbini araşdırmaq istəmirik.
Sadəcə, onu bildirmək
istəyirik ki, bu hərəkətiniz əzəldən Azərbaycan
torpağı olan Qarabağın aqressor ölkə Ermənistanın
işğalından azad
olunması uğrunda Vətən müharibəsi
aparan Azərbaycanda böyük narazılıq
və etiraz dalğası doğurmuşdur.
Sizə onu da bildirmək istəyirik ki, Ermənistanın ölkəmizin
dinc əhalisinə qarşı yönətdikləri
raket zərbələri
nəticəsində hər
gün məsum uşaqların qanı tökülür, onlarla mülki şəxs qətlə yetirilir və yaralanır, minlərlə adam
evindən məhrum olur.
Əgər siz hansısa
səbəbə görə
Qarabağ münaqişəsinin
səbəblərini bilmək
və öyrənmək
istəmirsinizsə bu
barədə biz yalnız
təəssüflənə bilərik. Ümid edirik ki, sizin
düşünülməmiş və məsuliyyətsiz paylaşımınızdan sonra,
çoxsaylı haqlı
şikayət və narazılıqları nəzərə
alaraq siz Qarabağ münaqişəsinin
kim tərəfindən
başlandığını və nəyə gətirib çıxardığını
öz erməni mənşəli məsləhətçilərinizin
köməyi ilə yox, əsl tarixi
faktlar və səndlər əsasında
formalaşdıracaqsınız. İşinizi yüngülləşdirmək
üçün sizə
Azərbayacan ərazisinin
20 faizinin Ermənistan
tərəfindən işğal
olunması və 1 mln qaçqınının
acı taleyi barədə bir neçə link də göndərəcəyik.
Yəqin ki, bu paylaşımınızı edərkən
siz sülhpərvər
məramınızı nümayiş
etdirmək istəyirdiniz.
Amma onu bildirmək istəyirik ki, əksinə olaraq, tamamilə başqa bir reaksiya doğurdunuz: nəticə olaraq minlərlə insanın əzəli torpaqlarını
erməni işğalından
qəhrəmancasına azad
etmək, qaçqınları
doğma ocaqlarına qaytarmaq, tarixi ədaləti dünyanın
gözü qarşısında
bərpa etmək arzusuna köklənmiş
ən ülvi hisslərini təhqir etdiniz.
Siz yazıçı və qadınsınız və
anlamalısınız ki,
sülhə çağırış
edərək siz təkcə öz dostlarınızın gözündə
yaxşı görünmək
məqsədini güdməməli,
həm də bu həssas zamanda hər gün, hər gecə düşmənin
raket zərbələrinə
məruz qalan Gəncənin, Tərtrərin,
Ağdamın, Bərdənin,
Mingəçevirin və
Azərbaycanın digər
şəhərlərinin yüzlərcə
dinc sakininin, övladlarını və
valideynlərini itirən,
yaralanan və ev-eşiklərindən məhrum
olan onlarla mülki vətəndaşın
acı taleyi haqqında da düşünməlisiniz. Azərbaycan xalqının hazırda apardığı Böyük
Vətən Müharibəsi
özünü türk
hesab edən hər kəs üçün müqəddəs
anlayışdır və
biz təəssüf edirik
ki, bu məsələdə
siz özünüzü
“sülhpərvər” kimi
yox, məhz məsuliyyətsiz və qərəzli müşahidəçi
kimi göstərdiniz.
Ümid edirik ki, səhvinizi anlayıb ermənilər tərəfdən
maliyyələşdirilən sosial şəbəkələrdəki
digər ulduzlar kimi Azərbaycan xalqından üzr istəməyə özünüzdə
qüvvə tapacaqsınız.
Xalq yazıçısı Anar
Xalq şairi Fikrət Qoca
Xalq yazıçısı Çingiz
Abdullayev
Xalq şairi Nəriman Həsənzadə
Xalq yazıçısı Elçin
Xalq yazıçısı Kamal
Abdulla
Xalq yazıçısı Afaq
Məsud
Xalq şairi Ramiz Rövşən
Xalq şairi Vahid Əziz
Xalq yazıçısı Natiq
Rəsulzadə
Xalq yazıçısı Elmira Axundova
Yazıçı Günel Anarqızı
Şair-publisist Rəşad Məcid
Yazıçı İlqar Fəhmi
Şair-publisist Xəyal Rza
Tənqidçi, tərcüməçi İntiqam Qasımzadə
Şair
Qulu Ağsəs
Şair-tərcüməçi Səlim Babullaoğlu
Tənqidçi, publisist Azər
Turan
Yazıçı, tərcüməçi Vaqif Əlixanlı
Yazıçı Əjdər OL
Şair-publisist Mehmet Nuri Parmaksız
Yazıçı Prof.dr Nurullah Çetin
Yazıçı İlter Yeşilay
Ədəbiyyat qəzeti.- 2020.- 17
oktyabr.- S.6.