Balıqlar Adil Mirseyidin, akvarium Matisin...
Nazimi, rəssam
və şair Nazim Şahı çoxdan tanıyıram. İkimizin
də ustad bildiyimiz Adil Mirseyid tanış
eləmişdi bizi. Bir ara tez-tez görüşürdük.
Sonrası bəllidir, "hayat
iştə". Nazim mənim
sevdiyim rəssamdır.
Xoşladığım şairdir. Miqyasından və titulundan asılı olmayaraq başqa heç kimdə deyil, məhz Nazimin rəsmlərində elə
bir şey görmüşəm və
hiss eləmişəm ki,
başqa heç kimdə, heç yerdə onu sezməmişəm. Həmin "elə bir şeyin"
adını qoymaqda indi çətinlik çəkirəm, bəlkə
sənətşünaslar bilirlər,
amma mən özünəməxsusluq da
deyib keçmək istəmirəm. Ekspressionizm barədə
danışanda ümumi
şəkildə deyirlər
ki, o, reallıqdan daha çox, həmin reallığın
rəssamda yaratdığı
emosiyanı göstərməyə
çalışır - şişirtmə
və ya kiçiltmə vasitəsi
ilə, deyək ki, Munkun "Fəryad"ında olduğu
kimi. Amma bütün rəssamlar
o emosiyanı ağıl
ilə nəzarətdə
saxlayaraq ifadə edə bilirlərmi? Məncə,
Nazimi fərqləndirən
məhz bu keyfiyyətdir. Daha doğrusu,
sanki bu keyfiyyətin onda etalon kimi mövcud olması. Rəssamlar, sənətşünaslar onu "detalist" hesab edirlər. Nazim etiraz eləmir. Məncə, Nazim, ümumiyyətlə, "heç
nəyə" etiraz
eləmir. Məsələn, onunla nə
canlı ünsiyyətdə,
nə telefon söhbətində bir dəfə də olsun şikayət elədiyini eşitmədim,
görmədim. Həmişə taleyinin köynəyini əyninə düz gəldiyini gördüm.
Şeirləri də elədir. Özü kimi
"özünə bəs
edən" - Dəqiq.
Zövqlü. Yüklü. Nazimin çapa hazırlanan
kitabının bəzi
səhifələridir bu
şeirlər.
Səlim Babullaoğlu
Ədəbiyyat qəzeti.- 2020.-
17 oktyabr.- S.7.