Az qalır
Sökülür dan yeri, sevinin, ellər,
Ömürdə bahara, yaza az qalır.
Çağırır yuvanız, eviniz, ellər,
Bir müjdə xəbərə,
sözə az
qalır.
Düşmən hikkəsindən yığışdırılır,
Öz xain boyuna sığışdırılır.
İnadı qırılır, sidqi
qırılır,
Sevincdən yaşaran gözə
az qalır.
Az qalır çiçəklər dəstələnməyə,
Təzə təranələr bəstələnməyə.
Doğma
ocaqlarda tüstülənməyə
Kösövə az qalır, közə az qalır.
Bu da bir dəhşətli
yuxuydu, keçdi,
Fələyin çovumuş oxuydu, keçdi.
Taleyimiz
üstdə ah idi, keçdi,
O yurdda, yuvada həzzə az
qalır.
Şanlı ordumuz
Hər qarışı mina xofu, güllə hədəsi,
-
O yerləri yağılardan
azad edənim,
İllərlə yad tapdağında
qalan yurdunu
Doğmalığın nəfəsilə
abad edənim!
Zərbə-zərbə yol açırsan, - qələbə
yolu,
Hər zərbən
də düşmənlərin
qatından keçir.
Oğul
yolun, əsgər yolun, tələbə yolun
"Vətən" adlı bir bayrağın
altından keçir.
Cəbhə boyu tank üstündə,
top arxasında
Dağ vüqarın
yaraşıqdı, işıqdı,
nurdu.
Yürü, gümüş zirvələri
qopar pasından,
Qoy parlasın
o zirvədə doğmaca
yurdun.
Gözü yolda Şuşam
elə, Laçınım
elə,
Xankəndinin qollarında qanadlı qalır.
Kür boyunca ümidlərim daşınır elə,
Sabahımda "Göyçə" adda
and-aman qalır.
Yürü, oğlum, hünərvərim,
milli mənliyim,
Murdarların pəncəsindən tarixi
qurtar.
Dəliqanlı, intiqamlı, kinli
mənliyim,
Mir Mövsünü, Natəvanı,
Vaqifi qurtar.
Vur deyirik, vuran qolun var olsun,
əsgər!
O yurd-yuva səni deyir bir gör
haçandı...
Ucal Şuşa zirvəsinə
həsrətinizin,
Sanc bayrağı, de: "Qarabağ
Azərbaycandır!"
Firuzə MƏMMƏDLİ
Ədəbiyyat qəzeti.- 2020.- 24
oktyabr.- S.28.