Dirəyin dikələcək, damın örtüləcək
Aleksandr Səlimovun "Cəbrayıl"
şeiri
Aleksandr Səlimov 1963-cü ildə Dağıstanda dünyaya gəlib. Sovet İttifaqı dağılan
dövrlərdə ABŞ-a köçüb. Müvafiq təhsili və
ispan dilinə sevgisi bu gün
onu ispandilli şeir dünyasında xeyli populyar edib. Aleksandr hal-hazırda Delaver
Universitetində ispan dili və ədəbiyyatından
dərs deyir. ABŞ Pen Mərkəzinin,
ABŞ, Boliviya yazıçı
və sənət təşkilatlarının üzvü,
YUNESKO-nun fəxri mədəniyyət
səfiridir. Xocalı hadisələrinə
həsr edilmiş silsilə şeirləri
var. Şeirləri Azərbaycan
dilinə tərcümə
edilib.
Azərbaycan Ordusunun uğurlu
əks-hücumu nəticəsində
işğal olunmuş
torpaqların azad olunması soykökü və uşaqlığı
ilə Azərbaycanla,
Bakıyla bağlı
olan Aleksandrı bu hadisələrə biganə qalmağa qoymayıb, Cəbrayılın
işğaldan azad olunması münasibətilə
təsirli bir şeir yazıb.
"Ədəbiyyat qəzeti"nin baş redaktoru, hörmətli Azər Turandan ana dilimizə çevirdiyim həmin şeiri (şeiri müəllifin hazırladığı
sətri tərcümə
əsasında çevirmişəm)
eyni zamanda ispan dilində təqdim etməsini xahiş etdim. Qoy yaşadığımız tarixi
hadisələrin bir maraqlı cizgisi kimi yadda qalsın.
Səlim Babullaoğlu
Ədəbiyyat qəzeti.- 2020.-
24 oktyabr.- S.28.