El sol dispersa las sombras
sobre las calles, donde un dia,
hace tiempo,
la esperanza y las flores
han sido fusiladas
por el odio
y aplastadas bajo los escombros.
El aire esta saturado por la destruccion y la muerte.
Mi mirada se desliza entre las ruinas
que parecen haber sido arrasadas
por las huestes barbaras.
Busco en
la memoria el eco de las risas,
la imagen de los ninos jugando en los patios,
los pasos transeuntes,
apurados para llegar a algun lugar...
el aroma
del te, de la carne en el asador...
pero solo veo el dolor
coagulado en la maleza
sobre las paredes rotas.
Te ahogas, Ciudad asesinada,
en el silencio,
impuesto a fuerza y violencia.
Pero no pierdas la esperanza
en el amanecer,
ya llegan las manos
que van a devolver la vida a los patios
y los cristales a las ventanas,
que van a poner los techos sobre las
casas,
limpiaran tus aceras
del dolor
dejando florecer en ellas como antes,
como hace tantos anos,
el amor y la verdad.
Cəbrayıl
Günəş şəhərin boş
qırışları üzərindən
kölgələri qovur,
Burda nə vaxtsa ümidlər və güllər
nifrət tərəfindən
güllələnmişdilər,
uçmuş evlərin
altında gizlənmişdilər.
Ölüm və dağıntı
havaya hopubdu,
Baxışlarım, sanki barbar ordusunun keçdiyi,
yolunun üstündə
hər şeyi yıxıb biçdiyi
evlərin xarabalığı
üzərində gəzir.
Uşaq
gülüşlərinin
əks-sədasına qulaq kəsilirəm yaddaşımda,
yoldan ötənləri,
harasa tələsənləri
axtarıram,
küçələrin uğultusunu,
çayın ətrini,
kababın qoxusunu.
Əvəzində yalnız ağrı
hiss edirəm,
yıxılmış divarlardan
boy atan
gicitkan kimi dalayır.
Yarıcan şəhər,
sənə sırınmış
sükutda boğulursan,
sabaha inamını itirmə,
az qalıb, sənə uzanmış xilaskar əllər
çathaçatdadır,
həyətlərə həyat,
çərçivələrə şüşə
qayıdacaq,
dirəyin dikələcək,
damın örtüləcək,
eşq və həqiqət otuz il əvvəlkitək
yenidən cücərəcək
səkilərindən yuyulacaq
ağrı və dərd.
Aleksandr Səlimov
Ədəbiyyat qəzeti.- 2020.-
24 oktyabr.- S.28.