İlham Heydər oğludu!

 

O, xalqın ümididir,

Sabaha inamıdır.

Yanında divanı da

Haqq-ədalət anıdır.

O, hər kəsin dostudu,

Xalqın qəhrəmanıdır.

Hər kəsin prezidenti

İlham Heydər oğludu!

Ulu Öndər oğludu!

 

***

 

Yolunda paşinyanlar

Paş ol - o yan! oldular.

Payını alıb sonra da

Başını yonan oldular.

İlhamlı qəhrəmanlar

Ondan qisas aldılar.

Hər kəsin prezidenti

İlham Heydər oğludu!

Ulu Öndər oğludu!

 

***

 

Siyasi şahmatçılar,

Tez imdada çatdılar.

Toplarını qurdular,

Atdılar ha - atdılar.

Aldılar cavabların

Paşinyanı satdılar.

Bəzi hələ "mat"dılar

Gördü qarşıda duran

İlham Heydər oğludu!

Yolu Heydər yoludu!

Ulu Öndər oğludu!

 

***

 

Bu zəfər, qəhrəmanlıq,

Yer üzünə yayıldı

Dünyada yatmışların

Bir çoxu da ayıldı.

Uzaq, yaxın çoxları

Oyundan payın aldı.

Bir çoxu da bayıldı...

Hər kəsin prezidenti

İlham Heydər oğludu!

Yolu Öndər yoludu!

Ulu Öndər oğludu!

 

21.10.2020

Fikrət QOCA

 

Ədəbiyyat qəzeti.- 2020.- 24 oktyabr.- S.18.