Məslək vuruşunda, səngər
başında
Kişi qeyrətindən doğulan Vətən
27 sentyabr Azərbaycanda Vətən müharibəsinin başlandığı tarixi gündür. Bu gündə xalqımız Azərbaycan Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi ilə erməni faşizminin torpaqlarımıza etdiyi basqınların qarşısını almaq və torpaqlarımızı işğaldan azad eləmək naminə ayağa qaxıb.
Mən həmin gün inandım qüdrətinə xalqımın.
Xalq - qasırğa, önündə çör-çöp dayana bilməz.
Heyran qaldım yenilməz vəhdətinə xalqımın.
Ehkamları kül eylər bu ehtiras, bu nəfəs.
Bu günlər bütün Azərbaycan xalqı ayağa qalxıb. Burada milli, irqi, dini
ayrı-seçkilik yoxdur. Hamı Azərbaycan naminə birləşib,
hamı Azərbaycan deyir:
Lahıc
da, ləzgi də, talış da, tat da,
Kürd,
udin, rutul da var-dövlətimdir!
Azərbaycanımın
qucaqladığı,
Bağrına
basdığı can sərvətimdir!
Fəxrim,
qol-qanadım, şan-şöhrətimdir!
Artıq
Ali Baş Komandan, cənab İlham Heydər oğlu Əliyev
qürurla, inamla, heç kimə baş əymədən Azərbaycan
adından əmr edib: - Silahlan!
Bu günlər Milli Ordumuz kinlə, topdan, tüfəngdən,
tankdan, raketdən güclü olan qeyrətilə
silahlanıb.
Alışan nəfəsilə Səttar
xanların, Xiyabanilərin ruhunu alışdırıb.
Bu günlər Milli Ordumuzun gözləri qoşa lülə,
kirpikləri güllə, oxdur!
Bu günlər şanlı Ordumuz baxışıyla,
qanıyla, vicdanıyla, Səməndər quşuna dönən
oduyla silahlanıb. Nəğməylə, marşla,
nümayişlə silahlanıb. Humanizm
adlanan ən böyük sərvətilə, bayrağıyla
silahlanıb. Dünyaya məhəbbəti,
eşqilə silahlanıb. Bu
döyüşdə aləm ona pənahdır. O, qalib gələcəkdir!
Vur-çatlasın içində düşmən pərən-pərən
düşməkdə, hərbi sursatlarını qoyub
qaçmaqda, məğlub olmaqdadır. Biz zəfər
çalacağıq! Bu günlər yer də,
göy də Azərbaycanımızın, Milli Ordumuzundur.
Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
Xalqın iradəsi
Bu
günlər bizim azadlığımızın rəmzi,
simvolu Ali Baş Komandanla bərabər, Xalqın iradəsidir!
Bu gün qəzəb seli kimi coşan millət erməni
faşizminin - cəmi satqınların, cəlladların
arxasından təpəcəkdir! Ali Baş Komandanın sonsuz
gücü, qüdrəti yalnız xalqın
özüdür! Bu günlər Ali Baş Komandan,
məğrur xalqımız, qalib Ordumuz zəfərlər
çaldıqca, fərəhdən gözləri
yaşarır. Sevinir, fərəhlənir!..
Bəli,
düşmənlərimiz torpaqlarımızdan qovulur:
Göyçə mahalında qan gölləri yaradanlar, Ələsgərin,
Üzeyirin, Bülbülün, Natəvanın, Vurğunun
yaqut heykəllərini bir kənara fırladanlar, göz
çıxaranlar, baş kəsərlər, İrəvanın,
Qursalının üz-gözünə çamur atanlar, Altunkəndin,
Zəngəzurun sinəsini qanadanlar indi avtomatla, pulemyotla,
tankla, tüpürcəklə qovulurlar. Bu günlər topla,
tüfənglə, raketlə, bomba ilə, zəhrmarla bizə
qarşı vuruşanlar yurdumuzdan qovulurlar... Bu
günlər Azərbaycanın, Türkiyənin
sınırlarına toxunanlar, sürtünənlər tarixin
təkərlərini daha geri döndərə bilməzlər.
Bu günlər xalq tarixin, zamanın
yürüşüdür! Bizim Milli Ordumuz, Ali Baş Komandanın
döyüş planları, döyüşləri yalnız ədalətə,
haqqa, azadlığa sığınıb qəsbkarlara, fitnəkarlara
ölüm deyir! Bu gün xalqın iradəsinə
qoşulmuşuq hamılıqla. Hər şey cəbhə
üçün, hər şey zəfər üçün!
Səhiyyəmiz, təhsilimiz, təsərrüfatımız,
sənayemiz, kəndimiz, şəhərimiz, - bütün hər
şey cəbhə üçündür! Ümumi səfərbərlik,
bütün yardımlar, könüllülər, dəstələr
cəbhəmiz, Milli Ordumuz üçündür!
Biz
Türküstan elləriyiz,
Qeyrət, qüdrət selləriyiz.
Daşnakları
qovan bizik,
Dargözləri ovan bizik.
Yetər,
meydan suladılar,
Yurdumuzu taladılar.
Bakımızı
əzizləyək,
Əqrəblərdən
təmizləyək!
Şölə
versin bu ləl, mərcan,
Ermənisiz
Azərbaycan!
Artıq fonendoskop əlində dar ağacına, ilgəyə
ehtiyac qalmayıb. İndi bütün göstəbəklər
tamamilə yurdumuzdan, torpaqlarımızdan
çıxarılmaqda, qovulmaqdadır.
Yalnız qismən humanitar atəşkəs
üçün möhlət olub. Biz azadlığın
karvanıyıq, yürüşdəyik!
Döyüş
gedir cahanda, şərəf naminə döyüş,
Silah
düşsə əlindən dişlə, dırnaqla
döyüş!
Dırnaqların
üzülsə, kirpiklərinlə döyüş,
Kirpiyin
külə dönsə, yan, ciyərinlə döyüş!
Sənin
ki od nəfəsin bir az dərindən gəlir.
Alov, atəş yurdunun öz təndirindən gəlir.
Nəfəs
haqdan gələndə sal qayanı da dəlir!
Azərbaycan, Ali Baş Komandan bu günlər
sarsılmaz inamla haqlı, ədalətli müharibə
aparır. İndi düşmən bizi hərbcular dəstəsi
ilə hədələməyə qadir deyil. İndi Azərbaycanın Ali Baş Komandanı
BMT-ni, AŞBA-nı, siyasiləri, havadarları
danışıqlar stoluna çəkir, söz
danışıqlarına dəvət edir. Məcbur edir!Tələb edir!Təkliflər verir! Xarici telekanallara müsahibələr verir. Azərbaycanın ədalətini, onun haqq işini
dünyaya bəyan edir. Haqqa çağırır!
Sülhə səsləyir!
Şuşa,
Xankəndi, Laçın, Kəlbəcər, Ağdərə,
Ağdam, Xocavənd, Füzuli, Cəbrayıl -
Qarabağın neçə-neçə yurdu-yuvası hələ
bundan sonralar nurlanacaq, güllənəcək. Qönçə-qönçə,
çiçək-çiçək bəzənəcək.
Bakımızın qoynundasa yeni Bakı
doğulacaq. Ər nəfəsli, ər idraklı, yeni
Bakı! Doğransaq da parça-parça, tikə-tikə,
zirə-rizə, Mübarizə! Mübarizə! Mübarizə!
Mübarizə!
Xəlil
Rza Ulutürkün də bu mübarizədən kənarda
olmağa, büdrəməyə, ləngiməyə haqqı
yoxdur! O, ölməyib! Bu günlər Xəlil
Rzanın özü yox, bütün Avropanı tuta bilən, nəfəs
qarsan poeziyası döyüşür. Döyüş
amansızdır, - yoxdur orta yol!
Daş
asfaltda ildırımlar çatlasa da, ağ qasırğa
uğuldasa, sal qayalar partlasa da, düşmənimiz,
düşmənlərimiz bağırsa da, özlərinə
havadarlar çağırsa da, paşinyanlar dabanları yalasa
da, vay-şüvən qoparsa da, ora-bura zəng vursa da, yalvarsa
da, lap ayaqlardan, dabanlardan öpsə də, xeyri yoxdur, yenə
onları Ali Baş Komandanımız, Milli Ordumuz - bütöv xalqımız
rüsvaylıqla qovacaqdır. Qarabağda qızğın
döyüşlər gedir.Qarabağ vuruşur!Azərbaycan
zəfərlər yazır!
Darmadağın
ediləcək yağı düşmən, daşnak erməni,
faşist xunta rejimi, xunta başçıları,
yırtıcı terroristlər! Erməni faşistlərinin
binalara, evlərə, həyətlərə, mülki əhaliyə,
dinc ailələrə atdığı mərmilərdən,
güllələrdən, qradlardan, raketlərdən qorxumuz
yox! Hər ev, hər bina, hər məscid
Kremlin top lüləsindən qüvvətlidir! Allah ucadır!
Allah böyükdür! Biz qalib gələcəyik.
Qarabağ əzəli, əbədi Azərbaycan
torpağıdır. Haqq-ədalət
bizimdir. Zəfər bizimdir! Qarabağ bizimdir, Qarabağ
Azərbaycandır!
Qanlı
cəllad, faşist cəllad olan baş nazir bu günlər
Ermənistanın, Qarabağın havadarı yox, cəllad
xalqının qənimi, düşmənidir! Baş
nazir bu günlər Ermənistanda, Qarabağda
qırmızı qan göllərinin səbəbkarı,
baisidir. Fransa, Yunanıstan, Minsk qrupunuun həmsədrləri
mənfur xunta rejiminin yanındadır. Sülhün,
Haqqın düşmənidir. Azərbaycanın,
türkün, insanlığın düşmənidir.Yer
üzünün əhriməni erməni, insanlığın
düşmənidir, düşməni!
Türkü
burunlayanlar həm dönük,
həm
sönükdür.
Ərzin
yarısı Türkdür,
Türk dünyadan
böyükdür!
Müqəddəs
yurdlarımız, kəndimiz, şəhərimiz,
dağımız-daşımız dağıdılsa da,
çölümüz, çəmənimiz al qanlara bələnsə
də, tank tırtılları, pulemyot lülələri
üstümüzə yerisə də, biz qalib gələcəyik!
Əlləri dəyənəkli, avtomatlı,
pulemyotlu min-min kəlpeysər yurdumuzdan qovulacaq. Biz qalib
gələcəyik!
Körpə
uşaqlara, qocalara, boylu gəlinlərə belə qıyan
kor qüvvətə biz qalib gələcəyik!
Daş-torpağım
qan gölü,
Daş-torpağımdan
əl çək!
Viran
qaldı bağlarım,
Viran
bağımdan əl çək!
Təbrizimdən,
Bakımdan,
Qarabağımdan
əl çək!
Əl
çək, ey qara köpək,
Əl
çək, ey sarı köpək!
Azadlığımız
- dövlət sərhəddimizdir, - Xəlil Rza belə deyib.
- Onu heç kimə, heç bir kəmfürsətə vermək
olmaz! Bu hökmün siyasi iradəsi, büllur təcəssümü
bu günlər Ali Baş Komandan, cənab İlham Heydər
oğlu Əliyevdir! Bizim
azadlığımız könül riqqətimizdir.
İndi İlham Heydər oğlu Əliyevin özü təmkinlə
hərlənən yer kürəsidir! Bütün cahan onun səsini
eşidir, iradəsini görür! Gücünün,
qürurunun şahidi olur. İndi dünya onunla hesablaşmaq
zorundadır! Ali Baş Komandanın
azadlığı onun siyasi qüdrətidir. Onun
azadlığı bu günlər qansoranların mənfur
maskasını yırtmaq üçündür!
Fəqət!.. Ölkələrdə, siyasilərdə
diplomat tək hərlənənlər var. Yarımdüşmənlər,
yarımdostlar var. Böyük tarix qatarının təkərlərinə
ilişənlər var. Macal tapıb rütbələri
bölüşənlər var. Fərarilər, bitərəflər,
yayınanlar, başgirləyənlər var. Var. Sədd heyf ki
var!
Kimin tərəfindəsən, söylə, səngərin
harda?
Tapmısanmı yerini sən bu vuruşmalarda?
"Hara gedir bu
dünya?"
İndi cənab
İlham Heydər oğlu Əliyev göylər boyda
azadlığını heç kəsə güzəştə
getmək fikrində deyil! Bu siyasi nüfuz sahibi bu günlər
yalnız Ana Vətəni, müqəddəs torpağı
özünün atası, qardaşı bilir! Təmiz,
sağlam Vətən havasına köks verib, sinə gərən
Ali Baş Komandan dünyada heç kəsə baş əymir!
Dünya diplomatiyasını danışıqlara, sülhə,
əmin-amanlığa səsləyir! Onun azadlığı
yalnız dodaqları yanıq-təşnə Azərbaycandır!
Dahi Heydər Əliyev!
Dünya sivilizasiyasının elit şəxsiyyətidir. Ümumilli
liderdir, ulu öndərdir. Tarixin sərkərdəsi,
diplomatiyanın fatehi, siyasi iradənin təcəssümü,
timsalıdır!
Azərbaycanın simvolu, memarı, şəriksiz
hakimidir. Milli poeziyamızın canlı, müdrik
obrazıdır. Xəlil Rzanın poetik qəhrəmanıdır.
Azərbaycanın baş qəhrəmanıdır.
Çağdaş Dövlətçiliyimizin qurucusu,
memarı və banisidir! Cümhuriyyətimizin siyasi varisidir!
Türkçülüyün dədəsidir! Onun
Xəlil Rza poeziyasında qüdrətli, qalib portreti var.
"Heydər Dədə-Atatürk". Əvvəlcə
əbədi An, Məqam! Sonra Simvolun, rəmzin hərəkəti,
mübarizliyi, müzəffərliyi. Daha sonra əzəmətli
birliyi və bəlirliyi! Əbədiliyi!
Ulu
Öndər azadlıq heykəli tək öz yerində əyləşib
- An və Məqam! Təmkinli
gözlərində Yerin, Göyün nuru var. Sadəliyi nur
saçır, əzəməti dərindədir. Dədə Heydər-Atatürk polad çiynində
Kəpəz, Qoşqar boyda yük gedir, irəliləyir,
qaranlıqlara yol açır - hərəkət
başlayır. Dərin, mavi gözləri
sakit yanan od-ocaqdır. Qaranlıqda gur işıqdır.
Bu alov işığında satqınlar
yanıb kül olur. Məsləki
varlığından min qat böyük olan Həydər
Əlirza oğlu böyüklük timsalıdır. Dörd tərəf qar-qiyamətdir, sərt
qışdır. O isə güllü yazdır. Dinc, mülayim səsi qaynar bir ehtirasdır -
mübarizliyi. Dədə Heydər-Atatürk
Ərzurumdan Xəzərə şığıyan xan
Arazdır - müzəffərliyi. Dönüklər
dalğasında ağ köpükdür,
boz köpükdür. Dədə Heydər-Atatürk
dalğalanan nəhrdir!
Bir səhər...
Bir səhər Sədərək
körpüsünə qanadlananda üç addımlıqda
Türiyəni görüb. Hər
çınqılı bir gövhər olan Türk yurdunu.
Daş qala, qoşa çəngər olan
Türkiyəni. Azərbaycan - Türkiyə! Atatürklə Dədə Heydər bütün
qasırğalara sinə gərən güc olub, birlik olub.
Bu birlik qarşısında indi bütün düşmənlər
tük salır, məğlub olur!
Dədə Heydər-Atatürk iki sahili birləşdirən
Qüdrətdir. Gələcəkdir! Bu günlər bu
inamın möhtəşəm rəmzi İlham Heydər
oğlu Əliyevlə Rəcəb Tayyib Ərdoğandır.
Bu birliyə, qardaşlığa eşq olsun! Xəzan, zaval
görməsin bu qadir birliyimiz! Amin!
Milli Ordumuz!
Ümummilli lider Heydər Əlirza oğlu Əliyev
hakimiyyətə gəldiyi gündən Milli Ordu quruculuğu
ilə ardıcıl məşğul olub. Qəhrəman,
rəşadətli Ordu yaradıb. Cənab
Ali Baş Komandan İlham Heydər oğlu Əliyev isə
Milli Ordu quruculuğunu inamla inkişaf etdirib, onu daha da möhkəmlədib.
Hazırda dünyada müasir silahlarla təchiz olunmuş
müzəffər Milli Ordumuz var! Öz müəqddəs
yurdunu xilas etməyə qadir Milli Ordumuz! Nəfəsi alov,
addımları ildırım olan Milli Ordumuz! Daşnak
qurdlarını, göstəbəklərini məhv etməyə
qadir Milli Ordumuz! Qan içində olan Qarabağımızda,
tufan içində olan Şuşamızda nifrəti şahə
qalxan Milli Ordumuz var! Yurdları qorumaq üçün
dünyaya gəlmiş xilaskar Milli Ordumuz! Rəşadətli,
qəhrəman, cəsur Milli Ordumuz! İldırım buludun,
tufan dənizindirsə, cəsarət də, zəfər də
Milli Ordumuzundur!
Nə etməli?! Müharibədir! Döyüşdür! Təəssüf
ki, nə acı ki şəhid itkilərimiz də olur. Tabutlar altında dağ çiyinlərimiz əyilir.
Ata çiyinləri, qardaş çiyinləri əyilir!
Bu
dağlar ulu dağlar,
Çeşməli,
sulu dağlar.
Burda bir
igid ölüb,
Göy
kişnər, bulud ağlar!
Bu günlər saç yolan bacılarımızın,
analarımızın bağrı, beyni alışıb
yanır. Bu
günlər Azərbaycana qara tabutlar gəlir! Dağlardan
ağır olan qara tabutlar! Ataların,
qardaşların çiyinləri əyilir. Fəqət...
Hər damla göz yaşının da bir ildırım
gücü olur! Nə acı ki, nə ağır ki, nə fəci
ki belədir! Fəqət cəmi şəhidlərimizin
qızıl qanı yerdə qalmır, qalmayacaq! Onların
layiqli cəzası verilir, veriləcək! Qisası,
intiqamı alınır, alınacaq! Milli Ordumuz düşmənə
qan uddurur, qan udduracaq! Qarabağ - bizimdir! Qarabağ - Azərbaycandır!
Ey müqəddəs
analar, ey şəfqətli bacılar! Qurban gedən
şəhidlərinizin yeri-yurdu behiştdir, cənnətdir.
Onların müqəddəs ruhlarının məkanı
göylər aləmidir! Onlar uca Allahın dərgahındadır.
Qurbanlarımız üçün Uca Allah
xatirinə, darılmayın. Onlara Allahdan rəhmətlər
diləyirik! Bir daha yerləri, yurdları behiştlik olsun!
Yaralı övladlarınıza, əsgərlərinizə isə
Allah şəfa versin! Onlara Uca Allahdan səbr
diləyirik. Onlar artıq ziyarət yerlərimiz,
and yerlərimizdir. Zaman gələcək, onlar
nümunəyə, rəmzə çevriləcək. Hər evdən yeni-yeni oğullar, nəvələr,
nəticələr, kötükcələr pöhrələyəcək,
neçə-neçə nəsillər boy verəcək.
Bax onda:
Dağılar
həsrətin bəndi-bərəsi,
Oğullar gələr ki dağdır hərəsi.
"Koroğlu
"Cəngisi", Nəbi nərəsi
Addımında
gedər, marşında gedər!
"Gedər"
Azadlıq meydanı
Milyon-milyon
insanın tarixən ülfət bağladığı bir
meydan var. Azadlıq meydanı! Fəqət bu meydanda uzun illər
bu ülfətin, bu birliyin qarşısını alan tanklar saxlanılıb, uzun illər ağ,
qara çadırlarda qəzəb, hiddət səngəri yaranıb.
2 milyon ağız bir vaxtda Azərbaycan söyləyib! Buradan Azərbaycanın alovları ulduzlara
işıq verib. Bu azadlıq meydanında
dünənəcən boş şüarlar külə
dönüb, satqınlar, səfillər və şaxtalar
burada yanıb-kül olub. İndi bu meydanda
şərəfli Milli Ordumuz inamla, qürurla addımlayır.
Cənab Ali Baş Komandan indi onun raportunu fərəhlə, əminliklə
qəbul edir!
İndi bu rəmzi Meydandan - meydanlardan, məhlələrdən,
küçələrdən bağrı tonqal igidlər
döyüş yerlərimizə, torpaqlarımıza yol
alır, rəşadətli ordumuza kömək, dəstək
olurlar. Nəinki qəhrəman oğullarımız, "mələk
kimi, quru kimi qızlarımız" da şir olub, aslan olub
döyüş zonalarına atılırlar,
şığıyırlar. İndi qartal
Bakımız göylər boyda Azərbaycan doğur.
İndi pirani Xəlil Rza Ulutürk: "Dağlar yıxan bir
qüvvəti sən mərdlərin qanında gəz! - deyə hayqırır, öyünür,
söyünür və... köks ötürür!.. - Göyə
dayaq, yerə mərkəz bahadırlar ölə bilməz! Azərbaycan
bu günlərdə özü boyda Azərbaycan doğur!
Azərbaycan,
can vermişik adına.
Canımızdır
adındakı can sənin.
Soyuq qəlblər
yana bilməz oduna.
Namus sənin, şərəf sənin, şan sənin.
Azərbaycan,
mənim tacım, taxtım oy!
Oyanmazmı
kor olası baxtım, oy!
Sarsılmazdır
qüdrətimiz
Cənab Prezident İlham Heydər oğlu Əliyev Ali
Baş Komandan kimi dəfələrlə bildirib ki, Azərbaycanın
qeyrətini qırmaq, Azərbaycanın qüdrətini
boğmaq, qürurunu sındırmaq olmaz. Bilirik ki, Azərbaycan
dövlətinin qart köpəkləri, yırtıcı
canavarları var. Bəli, torpaqlarımızdakı
düşmənlərimizin dişlərini qırırıq,
murdar cəmdəklərini gəbərdirik, onları it kimi
qovuruq. Buz baxışlı "robotlar" Gəncəyə,
Mingəçevirə, Ordubada raketlər atsa da, heç nəyə
nail olmayacaq, darmadağın edilib yurdlarımızdan qovulur və
qovulacaq.
Qaranlıqda oğru kimi yurda gecə girdi onlar.
Ulduzları güllələyib göydən yerə sərdi
onlar.
Beşiklərdən tər qönçəni, ilk
nübarı dərdi onlar.
Cocuqlara əmzik
deyil, od lüləsi verdi onlar.
İsti külə döndərdilər bar üstündə
min budağı.
Unutmazsan
o alçağı, Odər yurdu, Od
torpağı!
"Qaytar mənim qüdrətimi..."
Dünya artıq şahiddir ki, bu günlər Azərbaycanın
sədlərinə tamam yeni Azərbaycan sığmır. Qanımızda
olan hiss-həyəcan ümmanlardan ləngərlidir. Əsgərlərimizin biləkləri
Koroğluların qılıncı, başımız
babamız şah Xətainin tacıdır. Onun zamanındakı 2 milyon 800 min kvadrat kilometrlik
yurdumuz hanı?! Daha o vaxtlar deyil. İndi biz düşmənlərimizin başı
üstündə dağlar kimi ucalırıq. Yetər,
Şaumyanların, Mikoyanların qanımızı içdikləri,
yetər artıq! Əzəmətli bir milləti talan-talan
talayanlar, yetər artıq! Henriklərin, İqorların zəncirində
hürən Zori Balayanlar, Qarabağı gəmirdikcə
qızıl meydan sulayanlar, daha yetər! Sinəmizdə Təbriz,
Dərbənd, Borçalı, Kərkük dağları var
ki, düşmənlərimiz buna yetinmir, yetə bilməz! Üstəlik Qarabağı gözlərimizdən
kirpik kimi çəkmək istəyirlər. Daha yetər,
qarı düşmən, vaxtilə udduğun Zəngəzurumuzu,
Göyçəmizi qaytar geri! Bağrımızda
qana batmış Meğrimiz, Qafanımız, Basarkeçərimiz
var. Azərbaycanın qeyrətini heç vaxt qırmaq olmaz.
Yerlə Göyün vəhdətini qırmaq heç
vaxt mümkün deyil. Daha Azərbaycan
ayağa qalxan, ovcuyla yaralarını sıxıb ayağa
qalxan yeni məmləkətdir. Pak, müqəddəs
torpaqlarımızı parçalayıb çeynəyən
o qurdlara, həşaratlara daha can verməyəcək. Səngəri gen, ürəyi dar düşmənlərinə
daha aman verməyəcək. İndiyəcən hava udan
Azərbaycan indi alovlarla nəfəs alan məmləkətdir.
Bu günlər Azərbaycan bəxti öz əlində
olan eraların özülündə əbədi yanar
ocaqdır. İndi Azərbaycanın
şöləsi Şumerəcən, Oderəcən yayılan
göylərdir. Qoca dünya, indi o tankları, pulemyotları,
bombaları, raketləri yağılarımıza satanları,
xəyanətlə ortaq olanları, terrorçu qaniçənləri
sən də tanı!
Aləm bilir ki, doğma ölkəmiz, müdrik
xalqımız nə qədər istiqanlı, nə qədər
mehribandır.
İndi Azərbaycan bu sahildə Odlar yurdu, o
sahildə Türküstandır. İndi
onun üzündəki nura xaçpərəst də,
buddaçı da heyrandır. Daha Azərbaycan
ildırımdan sürət, qasırğadan cürət
alır. Daha Azərbaycan günəş
taclı Şah Xətai, ulu Babək, Cavidandır. Bizə
nəfəs, bəşərə can olan Azərbaycan bu
günlər ayağa qalxıb. Daha qoca vulkan,
ayağa dur, səninləyəm deyəmmərik. Qalx, ayağa Azərbaycan deyəmmərik. Bu
günlər Yeni Azərbaycan dünyanın azadlıq
paytaxtıdır!
Türklüyümüz. Biz türkləriz, vətənimiz
başdan-başa Yer kürəsidir. Bayrağımız
al günəşdir, çadırımız göy qübbəsidir.
Fəqət!..
Od
püskürən ağızları heç bir diplomatiya,
heç bir informasiya yuma bilməyəndə, həftələrlə
yuxusuz qalan insanlar bircə ağız gülməyəndə,
müqəddəs Şuşa şəhərimiz ağ
bayraqlar kəməndinə düşəndə, Ağdam
yalın əllərilə yumruqlarını düyünləyib
düşmənilə döyüşəndə ürəyimizdən
yalnız bir səs, bir nida qopub: Nə yaxşı ki
Türkiyə var!
Qartal
bayraqlarım qanadlandılar,
Hardasa
tökülən qanı andılar,
Ərzi, beş qitəni Vətən sandılar,
Bənzər
bəşəriyyət bir şux türküyə,
Yaşasın
Planet, mənim Türkiyəm!
Yaşasın
Od yurdu, qardaş Türkiyə!
Var olsun Od yurdu, Atatürkiyə!
Ərşdən
endilər, təyyarədən yox,
Sevincim sığmadı yer ilə göyə.
Üçrəng
bayrağımın ucu qılınc, ox -
Hayqırdı:
- Xoş gəlib qardaş Türkiyə!
Azərbaycan
- Turan yolu -
Haqq-ədalət, iman yolu.
At
daşnakı yurd daşına,
Ey qəhrəman
Türkün oğlu!
Kürlə
Araz daşacaqdır,
Bənd-bərəni
aşacaqdır
Türkün
şanlı bayrağını
Qaf
dağına sancacaqdır!
"Yaşasın Od
yurdu, qardaş Türkiyə!"
Türkiyə Azərbaycan üçün sal daş, sərt
qaya, dəmirləşən məkan, ülvi, böyük, əzəmətli
diyardır.
Nə
yaxşı ki, bu dünyada
İstanbul
var, Ankara var.
Nə
yaxşı ki, köksümüzün
Türk
adlanan səngəri var.
Nə yaxşı ki, Azərbaycan türkləri var.
Nə yaxşı ki, Özbəkistan türkləri var.
Nə
yxşı ki, Türkmənistan,
Qazaxıstan
türkləri var.
Qırğızıstan,
Tatarıstan,
Başqırdıstan
türkləri var.
Nə
yaxşı ki Altay, Sibir,
Uyğurustan
türkləri var...
Nə
yaxşı ki, Kərkük, İraq türkləri var,
Bağdad,
Hələb türkləri var...
"Nə yaxşı ki..."
Ulu
öndər Mustafa Kamal Atatürk demişdir:"Azərbaycanın
kədəri bizim kədərimiz, Azərbaycanın sevinci
bizim sevincimizdir". Ümumilli lider Heydər Əlirza
oğlu Əliyev isə belə demişdir: "Türkiyə
və Azərbaycan bir millət, iki dövlətdir". Həm də bu günlər tarix
çağırmayırmı ki, bir millət neçə
dövlət Türkün, Turanın xilaskarı
olmalıdır?
Birləşsə
Türkuyğur, Türközbək, Tatar,
Əlim Aya, Marsa, Zöhrəyə çatar.
Haray, ey
Qaqauz, Türkkazak, Balkar,
Ey
Başqırd, ey türkmən, susursan niyə?
Qovuşsun
Türküstan, Atatürkiyə!
Çağır
Alp Təkini, Bayan Kaqanı,
İldırım qılınclı Timur Gürqanı.
Qaldırsın
Batır xan Qızıl Ordanı!
Tanı əcdadını, yenidən tanı.
Haray, qan
apardı Azərbaycanı!
"Yaşasın Od
yurdu, qardaş Türkiyə!"
Başın
sağ olsun, ölməz şəhidlərin, igid
oğulların üçün, Vətən! Nə qəm, sən
dunyamıza gələn hər körpəylə yenidən
doğulursan! Fəqət hər gedən insanla, hər gedən
şəhidlə getmirsən amma! Bu haqqa əmanət olan
ömrümüzdə, günümüzdə nə qədər
çəkişib bərkiyiriksə, bir o qədər sənə,
sənə yaxınlaşırıq, Vətən!
Ömür
baharının yolu tufandır,
Tufandan
keçənin alnı dağ gərək!
Gürzəni
gülzarda görmək asandır,
Gürzəni
gülzardan çıxarmaq gərək!
"Sarsılma"
Vətən bu günlər ağır sınaqlar
qarşısındadır. Vətən dünya
qarşısında imtahan verir. Bu günlər
Kişi mənliyindən başlanır Vətən. Kişi
qanındakı qeyrət selindən, səndən
başlanır vətən, məndən başlanır vətən.
Vətən sığmır yatağına.
Vətən birlik istəyir. Vətən birlik qüdrətində yaşayır.
Vətən - susdurulmaz kişi ruhudur. Bu
günlər Ayrılıq sədləri lay-lay sökülür,
Yurdumun yarısı mənə dar gəlir!
Vətəndaş olmasa, boş şeydir vətən.
Beş günlük, on günlük güney
qarıdır.
Vətən məhfumunun özəyindəki.
Vətənin
vüqarlı oğullarıdır!
Ey həməsrim, bu günlər xalq sözünün
içində qalx sözünü daha möhtəşəm
görürük. Qalx sözünün içində xalq sözü daha
qürurlu səslənir!
Uzun illər həyatımızı dar bir səngərə
yerləşdirmək cəhdində olmuş erməni
faşistləri, terroristləri özlərini dünyaya quzu
cıldində göstərib, əslində canavarlar kimi kirli
caynağlarını mərd-mübariz ürəklərimizə
uzadan vəhşilər olub. Bəli, illərlə vaxt olub,
gücümüz çatmayanda bəbəklərimizin qəzəb
gülləsini hədəfə sıxmışıq... İndi zaman yetişib, sellər-sular durulub. İndi bizim azadlığımız bizim işimiz
olub. İndi bizim azadlığımız
düşmənin cındır maskasını yırtmağa
yönəlib. Ey Ana Yurdumuz, ey əziz Vətən! Sənin
Yaxınlarda, uzaqlarda nə qədər düşmənlərin
olsa da:
Çaqqallar
dalında yatan tülkülər
Ayırıb ağzını kəkələnməsin.
Bütün
əqrəbləri süpürək, ataq,
Sənin
pak torpağın ləkələnməsin!
"Sən mənə qüdrət
ver"
Bu günlər
Ali Baş Komandan, hər bir Ordu əsgəri, ön və arxa
cəbhənin hər bir fərdi, hər bir sakin, hər bir
şəxs daha inamla, daha qürurla Mən Azərbaycanam deyir:
Min illik
layların dərinliyindən
Süzülə-süzülə durulan qanam.
Günəşdən
qüdrətli dahilərimlə
Dünyanın ovcunda sökülən danam.
Göyün
kəhkəşanı çox öyünməsin
Mən də Yer üzündə bir kəhkəşanam.
Qorqudum,
Koroğlum, şah Xətaimlə
Qüdrətəm,
cürətəm, şöhrətəm, şanam!
"Mən Azərbaycanam"
Bir vaxt
istiqlal şairi Xəlil Rza Ulutürk "Şuşa səfəri"
poemasını yazanda nə qədər yanquyla, qürurla
söyləyib:
Sən mənim
bol havam, çörəyim, suyum,
Ağzımın
dadısan, Azərbaycanım!
Atamın
ağ saçı, anamın südü,
Balamın
adısan, Azərbaycanım!
Sal qayalar
kimi şöhrətin uca,
Qoy
cıdır düzünə baxım doyunca,
Durum
keşiyində ömrüm boyunca,
Şuşa,
Daşaltısan, Azərbaycanım!
Həsrətli,
haraylı kamanın, udun,
Ruhundan
süzülüb min bir buludun,
Qılınclı,
qopuzlu Dədəm Qorqudun
Əslisən,
zatısan, Azərbaycanım!
Bir daha rəşadətli Milli Ordumuza arxalanırıq. Artıq siyasi hərb
tarixində layiqli yeri olan əzəmətli, müzəffər
Ordumuza xitab edirik:
Öldü var, döndü yox, döyüş
amansız.
Bu yolda ölümü şərəf sanmalı.
Yalnız
sal qayalı ulu dağlara -
Yalnız
kişilərə arxalanmalı!
"Kişilərə arxalanaq"
Artıq
bu qadır qalib Ordu bütün Afrikaya, bütün Avropaya,
bütün dünyaya car çəkir:
Azadlığı
istəmirəm zərrə-zərrə, qram-qram!
Qolumdakı
zəncirləri qram gərək, qıram, qıram!
Azadlığı
istəmirəm bir həb kimi, dərman kimi,
İstəyirəm
günəş kimi, səma kimi, cahan kimi!
Çəkil,
çəkil, ey qəsbkar!
Mən bu əsrin gur səsiyəm!
Gərək
deyil sısqa bulaq!
Mən ümmanlar təşnəsiyəm!
İndi
Azərbaycan aləmin azadlıq meydanıdır:
İlk
Allahım, son Allahım - Mübarizə! Mübarizə!
Doğransam
da xıncım-xıncım,
zərrə-zərrə,
zirə-zirə,
Məramımdır
mübarizə! Mənə bənzə!
Kəsərli, sarsılmaz, sərt
olmalıyıq
Şükürlər
olsun uca Allaha! Daha kəndlərimiz, şəhərlərimiz
mənfur düşmənlərimizdən sürətlə
alınır, düşmənə qan uddurulur. Daha atəşkəs, daha təmas xətti, daha
status-kvo yoxdur. Düşmən
qarşımızda diz çökdürülür. Bütün işğal yerləri bir-bir düşmən
əlindən cəsurluqla alınır. Vətənimizin
nəfəsi, köksü genişlənir, Vətənimiz
böyüyür. Azərbaycan zəfərlər
çalır, Azərbaycan qalib gəlir! Qarabağ bizimdir!
Qarabağ Azərbaycandır!
Haray!
İşıqlarım min kəndə düşsün,
Kərkükə,
Təbrizə, Dərbəndə düşsün!
Biz nəfəs götürmürük, biz humanitar atəşkəsə,
beynəlxalq qaydalara əməl edirik. Mübarizəmiz yenidən davam edir,
yenidən qızışır:
Qalxsın
milyon-milyon göyərçin göyə,
Yenidən
qızışır mübarizəmiz!
Üçrəngli
bayrağım enməsin deyə,
Yurd boyda yumruğa dönməliyik biz.
Yenidən
qızışır mübarizəmiz!
Bu günlərin göyüş rəşadəti bizim
ruhumuz, əzmimizdir. Bu günlərin döyüş qəhrəmanlığı
Milli Ordumuzun qalibiyyət rəhnidir. Bu günlərin
döyüş şərəfi Ali Baş Komandanın, cənab
İlham Heydər oğlu Əliyevin Azərbaycan adından
çaöırışlarıdır!
Döyüş
gedir cahanda, şərəf naminə döyüş!
Silah
düşsə əlindən, dişlə, dırnaqla
döyüş!
Dırnaqların
üzülsə, kirpiklərinlə döyüş!
Kirpikin
külə dönsə, yan, ciyərinlə döyüş!
Sənin
ki od nəfəsin bir az dərindən gəlir!
Alov, atəş
yurdunun öz təndirindən gəlir!
Nəfəs
haqdan gələndə sal qayanı da gəlir!
Bu nida
işarələri sanki düşmənin başına
bombalar, raketlər kimi yağır! Çünki Qarabağ
bizimdir! Qarabağ Azərbaycandır! Nida işarəsi!
Həqiqəti
dəfn eləmək istəyənlər gəbərəcək,
Bağrı
yanmış Qarabağım
bir də
qalxıb göyərəcək,
Göyərəcək
çiçək-çiçək,
lalə-lalə,
ləçək-ləçək,
Gözlərimin
çeşməsilə suvarıram o növrağı,
Növrağımsan,
bayrağımsan,
Odər yurdu, Od torpağı!
Şeirdən
də görüdüyü kimi, bir həqiqət hər
gün belə tərk etməyib Ulutürkü!Tərk
etməyib heç vaxt bizi. Bu da
torpaqlarımızın azadlıq həqiqəti olub. Həmişə inanmışıq ki, mütləq
Azərbaycan yenidən doğulacaq, ardınca Türküstan,
Turan gələcək. Bu, milli idealımızın
yaxın məsafəsi Azərbaycanımızın
bütövlüyü, torpaqlarımızın müstəqilliyi,
bağımsızlığı, uzaq məqsədi isə
türk dünyasının, Turanımızın birliyi,
iqtisadi-mədəni bütövlüyüdür ki, bu
günlər bütün türk dünyası bu ideala
doğru yürüşdədir! Öndərlər
isə Azərbaycan-Türkiyə
qardaşlığıdır. Dədə Heydər -
Atatürk, İlham Heydər oğlu Əliyev - Rəcəb
Tayyib Ərdoğan dostluğu, birliyidir.
Ləngərlənən
meydana birdən yeni can gəlir.
Azərbaycan,
Türküstan, ardınca Turan gəlir.
Meydanın
sonu yoxdur, yüz-yüz nəğmə,
Min-min səs.
İudaçı, buddaçı, atəşpərəst,
xaçpərəst.
Həqiqətə
təşnədir bağrı bəşəriyyətin,
Bu
qüdrətdən, bu ruhdan qopmaq,
ayrılmaq çətin.
Cənab Ali Baş Komandan belə bəyan edib. Biz müharibə
istəmirik. Biz ermənilərin
torpaqlarımızdan çıxmasını istəyirik.
Erməni silahlı qüvvələrinin
torpaqlarımızda nə işi var?! Ermənilər
tamamilə torpaqlarımızdan çıxsın,
danışıqlara oturaq. Biz sülh tərəfdarıyıq.
Biz Yeni Azərbaycanın arzularıyla, istəkləriylə
nəfəs alırıq, onunla yaşayırıq.
Bu məsləkin
havasıyla
yaşa
dolur Azərbaycan!
Zirvələrdən
üzü bəri
gəlir
məğrur Azərbaycan!
Gəlir
cəsur Azərbaycan!
Nur və büllur Azərbaycan!
Dar
gözlərin görmədiyi
tamam yeni
Azərbaycan!
Varlığımda
od yerinə
gəzən
qanım, Azərbaycan!
Acgözlərə,
zalımlara yağı,
qənim
Azərbaycan!
Ey yol kəsən,
çəkil, rədd ol,
açır
yolu Azərbaycan!
Böyük,
ulu Azərbaycan
mənim
canım kibi dəli,
Dəli-dolu Azərbaycan.
Köhlənimə
çata bilər kimin atı!
Gözlərimdə
ulduzlanır Azərbaycan kainatı!
Xəlil Rza Ulutürk
21 oktyabr Xəlil Rza Ulutürkün ad günüdür. Bu günlər ölməz
şairin ruhu şaddır! Çünki müzəffər
ordumuz qalib gəlir. Xəlil Rza zəmanəsinin
üç istiqlal şairindən biridir. Məhəmməd
Hadi, Əhməd Cavad, Məhəmməd Biriyanın biridir -
dördüncüsüdür! Şairin həyat
yoldaşı Firəngiz xanım isə zəmanəsinin
şair qadını, Xəlil Rza ömrünün əzabkeşi,
qəhrəman övladının anası,
azadlığın gəlini, xalqın ağbirçəyidir!
Firəngiz xanım Ulutürk ikinci Xəlildir!
Dinlə
qoca dünya, ey mənim anam
Min yol
öldürülən, yenə ölməyən
Əzəli,
əbədi Azərbaycanam!
Azərbaycan şəhidlərinin Allah verən
ömürləri Vətən boyda böyüyüb. Onlar vətənə
dönüb. Vətən torpağında
onların arzuları, cəsədləri ağaclara, güllərə,
çiçəklərə, havaya, suya qida olub, bərəkət
olub. Onlar toxum kimi torpağa səpiliblər, torpağa əkiliblər,
- cücəriblər. Havamızı, suyumuzu,
çörəyimizi saflaşdırıb bizimlə
halallaşıblar. Yerləri-yurdları behiştlik
olsun!
Amma bu
gün qürur saçır,
yol
açır öz zirvəsinə,
Savalantək,
Qaf dağıtək
ülviyyətdi
Xəlil Rza!
Haray
çəkdi, meydanlarda
ləngərləndi
yüz milyonlar,
Şölə
saçan bayraq kibi
öndə
getdi Xəlil Rza.
Sən
harayla milyard yarım
Müsəlman-Türk
aləmini
Yanan məgər
bircə Bakı,
ya
Daşkənddi, Xəlil Rza?!
Səma
vahid, günəş vahid,
bahar
vahid, bəşər valid,
Yer
kürəsi özü boyda
bir
vəhdətdi, Xəlil Rza!
Calaq vuraq
planetə Xəlil Rza ürəyini,
Xəstə
ərzi sağaldacaq qan-qeyrətdi Xəlil Rza!
Bu günlər Qəhrəman Təbrizin, Təbrizlərin
qanları yerdə qalmır, düşmənlərdən
öc alınır. Xəlil Rza da, Firəngiz xanım Ulutürk də,
onların qəhrəman oğulları Təbriz Xəlilbəyli
də bu müqəddəs Vətən üçün,
azadlıq təşnəsi Azərbaycanımız
üçün can və zəka yandırıblar.
Təbriz Xəlilbəyli 28 yaşında (1992) Xramord
uğrunda döyüşlərdə qəhrəmanlıqla həlak
olub. İndi ömrü vətən boyda
böyüyüb. Torpaq olub çiçəkləyib.
Ruhu şad olsun! Xəlil Rza Ulutürkün qaynar gözləri
aydın olsun! Azərbaycan xalqının, Ali Baş
Komandanın gözləri aydın olsun! Mən ilk dəfə
iş yerimə, iş otağıma daha çox tələsdim.
Direktoruma, əməkdaşlarıma,
qarabağlı dostlarıma gözaydınlığı vermək
üçün tələsdim.
Mən 1990-cı illərin azadlıq hərəkatının
iştirakçısı olmuşam. Cəbhə
zonalarına getmişəm, əsgərlərimizi ziyarət
etmişəm. Onlara kitablar, yazılar
göndərmişəm, "Demokrat", "Yurd"
adlı qəzetlər dərc eləmişəm. Hər uğurlu gündə
gözaydınlığı vermişəm onlara. Dövlətimin idealogiyasının təbliğatçısı
olmuşam. Xəlil Rza Ulutürkün
vüsətli poeziyasının tədqiqatçısı
olmuşam.
Bu mətn yalnız istiqlal şairimiz Xəlil Rza
Ulutürkün alovlu şeirləri əsasında
hazırlanıb. Onun isti, hərarətli sözlərinə
sığınmışam. Ondan
güc-qüvvət almışam. Haqqında
kitablar yazmışam. Borcumu Ana Vətənə, Can Azərbaycana
vermək istəmişəm. Mən
qürurluyam ki, bu şərəfli tarixin
iştirakçısıyam. Cənab Ali
Baş Komandanın çağdaşıyam, onun fikir,
düşüncə və məfkurə əsgəriyəm.
Bu günlər ulu öndərin ruhu
şaddır. Eşq olsun cənab Ali Baş Komandan İlham
Heydər oğlu Əliyevə! Eşq olsun Azərbaycana, Ana vətənə!
Eşq olsun Qarabağa! Qarabağ vətəndir! Qarabağ Azərbaycandır!
Nida işarəsi.
Əlizadə Əsgərli
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
elmi işlər üzrə direktor müavini, filologiya elmləri
doktoru, professor
Ədəbiyyat qəzeti.- 2020.- 24
oktyabr.- S.2-4.