Salam, Əsgər
Tanrıkut!
Tanrıkut Əsgər, salam!
Salam, Əsgər Tanrıkut!
Tanrıkut
Əsgər, salam!
Sən Tanrının zalıma
qırmancısan, vəssalam!
***
Kəsəndə işıq kimi,
əsəndə yel kimisən.
Çaxanda şimşək kimi,
axanda sel kimisən.
***
Damar-damar
birləşib
türkün qeyrəti
səndə.
Oğuz,
qıpçaq saflığı,
qarlıq heyrəti səndə.
***
Başqurd, çuvaş, telengit
diləyir uğur sənə.
Əl edir kumuk, tatar,
tuvinlə uyğur sənə.
II
Salam, Əsgər Tanrıkut!
Tanrıkut
Əsgər, salam!
Ədalətin bükülməz
biləyisən, vəssalam!
***
Alpər
Tonqa demiş ki,
olsan doğru ol, düz ol!
Yurd-yuva
əmanəti!
Oda-ocağa
göz ol!
***
Mətə xan söyləmişdir:
- Türk
yağıya yedilməz!
Can fəda edilsə də,
torpaq fəda edilməz!
***
Bilgə
xaqan ayıtmış:
- Özün-özünü
bölmə!
Bölüm-bölüm bölünüb
ayaqlar altda ölmə!
III
Salam, Əsgər
Tanrıkut!
Tanrıkut
Əsgər, salam!
Sən yıxılı evlərin
dirəyisən, vəssalam!
***
Türk
qanına boyanan
çaylar da gəlir dilə:
- Göy hələ basılmayıb,
dəlinməyib yer hələ!
***
Erməni
süngüsündə
çabalayır körpələr.
Sınıq körpülər sənə
söyləyəcəkdir nələr!
***
Əsir
daşlar tökərək
gözündən yaşlar
sənə
Hər addımda bir yeni
hekayət başlar sənə.
IV
Salam, Əsgər Tanrıkut!
Tanrıkut
Əsgər, salam!
Sən haqqın, insanlığın
gərəyisən, vəssalam!
***
Daşlar
altından çıxan
bir çağa əli gördüm.
Sən əl verdin o ələ,
mən onu, bəli, gördüm!
***
Hayes canı saxlanan
şüşə var,
əllərdədir.
Gör,
hansı ölkələrdə,
gör, hansı ellərdədir.
***
O şüşəni qır
belə!
Yeni dünya qur belə!
Düzlüyün, həqiqətin
keşiyində dur belə!
V
Salam, Əsgər Tanrıkut!
Tanrıkut
Əsgər, salam!
Haqq da var, divan da
var!
Söz sənindir, vəssalam!
***
Öldürür insanlığı
insan əti yeyənlər.
İmanı, əqidəni göy
əskiyə düyənlər.
***
Şeytan,
iblis, ifritə
Tanrını təkləyibdir.
Qiyamət deyilən gün
tamam gerçəkləyibdir.
***
Salam, Əsgər Tanrıkut!
Tanrıkut
Əsgər, salam!
Qabaqda Qılkörpü var,
keçməlisən, vəssalam!
21 oktyabr 2020
Şəki, Kiş kəndi
Vaqif Aslan
Ədəbiyyat qəzeti.- 2020.-
24 oktyabr.- S.7.