Qarabağda Səlcuq şikəstəsi
Dünya boyu səslənən
musiqilər arasında iki havanın mənim könlümdə
xüsusi yeri var - biri "Qarabağ şikəstəsi"dir,
biri də "Koroğlu cəngisi". Bu
havalar bizim mahiyyətimizdi. Onlar azərbaycanlı
adlanan etnosun formalaşmasında rol oynayan ən mühüm
amillərdən biridir. Bunlar
könlümüzün qəhrəmanlıq və
böyüklük duyğusudur. Üzeyir Hacıbəyov
"Koroğlu" operasının uvertürasında "Cəngi"
və "Şikəstə"ni birləşdirib
dünya azərbaycanlılığının himnini
yaratdı. Bu hava bizim uzun illər içimizdə
yatıb qalmış əsir ruhumuzu Qarabağ və Azərbaycan
uğrunda ulu savaşa qaldırdı. Qarabağ Azərbaycandır
- dedik, Azərbaycanı Qarabağsız görmədik. Bizim müstəqilliyə doğru gedən yolumuz da
Topqapı meşəsinin qırıldığı anlardan
başladı. Müstəqillik, millət
barədə düşüncələrimiz hələ dumanlı
olsa da, genetik yaddaşımızda uyuyan Vətən
sevdası bizi ulu savaşa səslədi. Qarabağ
böyük bir qayənin, böyük bir yolun istinad nöqtəsi
oldu. Müstəqilliyi Qarabağ
savaşı fonunda qazandıq. Savaşda
yenilsək də, itirilmiş torpaqları, Qarabağı
qaytarmaq əzmi bizi, azərbaycanlıları daim ayaqda tutdu.
Və İsa Məsihin mövludunun 2020-ci ilində Azərbaycan
xalqı kimsənin gözləmədiyi halda öz
varlığını çox əzəmətli şəkildə
ortaya qoydu:
Bu qələm,
bu süngü...
Biz
varıq!
Kiflənmiş düyünü açarıq.
Qafaları
qaynatmaq zorundayıq,
Türk qanını oynatmaq zorundayıq.
Artıq uzun illər
idi ki, mən Rusiya və erməni mətbuatında belə bir
tendensiyanı izləyirdim - müxtəlif müəlliflər
mətbuat səhifələrində Azərbaycan
torpaqlarını bölüşdürməyə
başlamışdılar. Arqumentləri də bu idi ki,
2021-də Rusiya və Türkiyə arasında
bağlanmış Moskva və Qars müqaviləsinin müddəti
bitir, buna görə də Ermənistan Rusiyanın dəstəyi
ilə Naxçıvanı, Azərbaycanın və Türkiyənin
bir sıra bölgələrini özünə birləşdirəcək.
Bu sərsəm güruh ömrü boyu belə
xülyalarla yaşasa da, hansı qüvvəsə onları
buna tam inandırmışdı. Hətta
dövlət adamları da ağızları köpüklənə-köpüklənə
istədikləri vaxt Azərbaycanı fəth edəcəklərini,
qələbələrini Bakıda qeyd edəcəklərini
söyləyirdilər. Lap yüz il
öncə olduğu kimi. Erməni qan görməsə
rahat olmaz - deyirlər. Onda Osmanlı tokatı yedilər
və bir az rahat oldular. Bir az
da Sovet hökuməti qanlarına girdi. Bundan sonra 70 il yazıqlıq oyunu oynadılar. SSRİ dağılana yaxın təzədən hərəkətə
keçdilər. Ermənistan ərazisində
silahsız müsəlmanları öldürməyə
başladılar. Hələ Sovet dönəmində
Livandan və Suriyadan göndərilən quldur dəstələri
İrəvanda, Göyçədə, Zəngəzurda, Ermənistan
SSR-in digər bölgələrində silahsız insanlara qənim
kəsildilər. Biz türklərin
yaddaşı çox gödəkdir, 1988-89-cu illərdə
Ermənistan SSR-də öldürülən müsəlmanların
sayı barədə heç zaman dəqiq-düzgün
statistika aparılmadı. Azərbaycan
yazıçısı "Daş yuxular" adlı
cızmaqarasında Sumqayıtda ölən hayların
halına ağladı, hər şeyin baiskarı
"yerazlardır" yazdı. Daşnak
puluna satılmış vicdanından bir dəfə sormadı
ki, uşağı tonqalda yandırılmış, əqrəbası
və yaxınları dəmir borulara salınaraq
qaynaqlanmış bu insanları intiqama sövq edən
hansı duyğudur? Ermənistandakı
soyqırım Xocalı soyqırımı qədər dəhşətli
hadisə olsa da, nədənsə, üstündən
sükutla keçildi.
Göyçənin
ahı dağ imiş,
Gözünün yaşı ortada.
Dan uyudan
buludların
Qanlı qumaşı ortada.
Səbrimiz
dar, həsrət uzun,
Yolu bağlanıb Murğuzun.
Qıraqdan
baxır oğuzum,
Erməni başı ortada.
Ey Zal
oğlu, varmı odun,
Öc istəyir
qara budun,
Xilasçımız
tanrıqutun
Qisas savaşı ortada.
***
Bu günlərdə
məşhur rus jurnalisti Nevzorovun bir
çıxışını dinlədim. O, 1990-cı
illərin əvvəllərində Qarabağa səfərindən
danışır, Sovet ordusunun Pskov diviziyasından olan
desantçıların Qarabağı azərbaycanlılardan
necə təmizləməsini təsvir edir. Pskov
diviziyası SSRİ-nin ən döyüş qabiliyyətli hərbi
hissəsiydi, Azərbaycanda onlarla savaşa biləcək əsgərlərimiz
hələ yox idi. Hətta
desantçılarla Goranboy batalyonunun döyüşü barədə
danışan Nevzorov həyatında gördüyü ən
qorxmaz adamın Goranboy batalyonundan olan Vəzir adlı bir şəxsin
olduğunu bildirir. Nizami orduya yalnız
hünərlə qələbə çala bilməzsən.
Artıq ermənilərin savaşda azərbaycanlıları
məğlub etməsi mifinin dağılma vaxtıdır.
Erməninin ancaq silahsız adama, məzluma
gücü yetib. Güc görən kimi isə
ağalarının ətəyindən yapışıb, -
qoymayın ay aman, türklər bizi qırdı - deyirlər.
Bu, bunların genetik kodudur, bu, bunların xislətidir.
İndi qabaqlarına nizami ordu
çıxıb, harayları bütün dünyanı
başına götürüb.
Azərbaycan
ordusu
Bayrağında
Ay gəlir... Çök!
Ölümə
qənşər duran
Basılmaz
alay gəlir... Çök!
***
Mən hələ "Daş
bitik"lərdə yazmışdım: "Yüz illər
keçəcək və siz təzədən diriləcəksiniz...
Türk olmanın dadını bulacaq, törənizə
dönəcəksiniz. Onda türklərin
atası gələcək və sizi qazanmadan-qazanmaya
aparacaq". Gəldi və apardı.
İndi erməninin başına dünya
dardı. Dünya boyu arxasında gizlənməyə
sahib axtarırlar. Çünki
başlarına Səlcuq qapazı dəydi. Səlcuqların ikibaşlı qartalı yüz illərdən
sonra Azərbaycan torpaqları üzərində havalandı,
onun ölüm saçan oxları əsgər libası
geymiş çoluq-çocuq qatillərini siçan deşiklərinə
doldurdu. Qarabağın mübarək
havası yağıların gətirdiyi üfunətdən təmizlənməyə
başladı. Səlcuq Bayraqdarın ərsəyə
gətirdiyi "Bayraqdar 2" adlı dəmir qartallar Səlcuq
babalarımızın qüdrətli oxlarının
çağdaş təzahürü oldu. Rusiya
kimi qüdrətli ölkənin ürətdiyi ən gəlişmiş
silah sistemləri onların qarşısında aciz qaldı.
İndi Qarabağda yeni savaş tarixi yazılır, lap min il əvvəl olduğu kimi. Tarix
təkrar olunur, ikibaşlı qartal yenə də Azərbaycan
və Anadolu torpaqları üzərində öz möhtəşəm
uçuşunu davam etdirir.
Min
türkmən atlısı yayı çəkəndə,
Min düşmən torpağa sərili qalır.
Türkün
dörd gözü var, beş duyğusu
var,
Kimsə türk oxundan yan qaça bilməz.
İkibaşlı Səlcuq qartalı - Azərbaycan və
Türkiyə.
Şəcərələri Göy Türklərdən
və Xəzərlərdən gələn Səlcuqoğulları
səltənətinin yadigarları. Yüz
illərdən sonra onlar yenə də bir bədəndə
birləşdilər, ikibaşlı qartala çevrildilər.
Türk əsrinin ilk çeyrəyində, 2020-ci ili türk ilinə döndərdilər. Çox köpüklü xülyaları gedər-gəlməzə
göndərdilər. Öncə Türkiyə
Suriya və Liviyada, indi də Azərbaycan Qarabağda
çağdaş hərb sənətinin dastanını
yazdı. Dəmir Səlcuq qartalları Qarabağ səmasında
"Qarabağ şikəstəsi"ni
yağıların anladığı dildə səsləndirdilər.
Müzəffər ordumuzsa, rəşadət və
hünəriylə cəngi havası çaldı.
Bizim ərənlərin
hərəsi bir bars,
Türk boyun əydirər, türk kölə olmaz.
Bizə
diş qıcıtsa ya firəng, ya fars,
Erməni halına salmağımız var.
Rəcəb Tayyib
Ərdoğan və İlham Əliyev - iki böyük öndər.
Tanrının inayəti ilə onlar hər ikisi
demək olar ki, eyni zamanda, Türk əsrinin lap əvvəlində
dövlət başına gəldilər. Əsrin
Türk əsrinə dönməsinin təməlini qoymaq
üçün gəldilər. Aram-aram,
türk hökmdarlarına layiq bir hövsələ ilə məmləkətlərini
gəlişdirdilər, camaatlarını hazırladılar və
böyük zəfərlərin təməlini qoydular.
Bu zəfər böyük bir yolun
başlanğıcıdır, Turan yolunun!
Çöldə
hünər qovlayanda
At yüyürək, ər qızaq.
İşıldayan
dan yerini
Burunlayır yalquzaq.
Ox havada
yatmaz olur,
Deşik sinə hayqırtı.
Ərənliyin
uyquları
haraylayır göy Qurdu.
Yer
üstündə ölməz elim,
Göyə dayaq duranım.
Sənə
yellər yerikləyir
Turanım,
hey Turanım!
***
"Ey düşmən, burası Turan qapısı"
- deyib ulu xocamız Əli bəy Hüseynzadə. Bu ünü,
təzədən Azər Turan yada saldı, yazdı ki,
"indi də Qarabağdır Turan qapısı". Yəni Qızıl Almaya doğru gedən yolun
eşiyidir.
Qarabağ Azərbaycandır -
dedi Prezident İlham Əliyev. Qarabağsız Azərbaycan, Azərbaycansız
Turan olmaz.
Tanıdığım
ən vicdanlı rus ziyalılarından olan Maksim
Şevçenko Rusiyanın gələcək yüksəlişi
Qarabağdan, Azərbaycanın ərazi
bütövlüyündən keçir - dedi. Çünki
Turan sevdasında Rusiyanın da yeri var. Sadəcə, beynini
parazitlər zəbt eləyib Rusiyanın, beyni kütləşib,
ona təlqin olunmuş özgə xatirələrlə
yaşayır. Kremldə oturub Kremli tikənlərin
qanına yerikləyiblər əsrlər boyu. Eynən ermənilər kimi. Bunların
hər ikisini təxminən eyni vaxtlarda, XVIII əsrdə
proqramlaşdırdılar, onlara tarix kitabları yazdılar,
onları monastrlarda çoxaltdılar, kilsələrdə
beyinlərə yeritdilər. Zaman-zaman
Çingizin səltənəti varyaqlaşdı, Avropadan gələn
katolik elitası pravoslav imperiyası qurdu. Yerli
əhali isə kölələrə, təhkimlilərə
çevrildi. Məqsəd islamın və
pravoslavlığın hamisi Osmanlı səltənətini
çökdürməkdi. Bunun
üçün qızlığında Bavariya şahzadəsi
imperatriça II Yekaterina böyük vəsaitlər xərcləyərək
Avropanın avantüraya meyilli ən istedadlı
adamlarını Rossiya imperiyasının mərkəzinə
topladı. Rusiya dövlətinin, Rusiya
xalqının tarixi yazıldı, rus dilinin izahlı
lüğəti yaradıldı. Bu dilin ilk
daşıyıcıları Rossiyanın
pravoslavlığı qəbul etmiş Avropa-türk
aristokratiyası oldu və onlar bu gün böyük rus mədəniyyəti
adlanan bir kültür formalaşdırdılar...
Əgər ruslar nəhəng
Osmanlı Çinarını çökdürmək
üçün qurulan bu çoxəsrlik əməliyyatda
qasırğa rolunu oynayacaqdısa, ermənilərə
ağac qurdu rolu yazıldı. Özlərini hay
adlandıran və müsəlman ərazilərində
yaşayan bu xristian icması ruslar kimi, eksperiment
üçün ideal xammal idi. Qriqoryan kilsəsi
ətrafında toplanan, müxtəlif xalqlardan formalaşan bu
icma dövlət düşüncəsindən uzaqdı və
dini həyatla yaşayırdılar. Pravoslavlığa
və Vizantiyaya müxalif olan Qriqoryan kilsəsi Vizantiya ilə
mübarizə aparan müsəlman hökmdarların diqqətini
cəlb elədi. Onlara dini və ticari sahədə
böyük güzəştlər edildi. Vizantiyanın
və onların müttəfiqləri Albaniya və
Gürcüstanın bir çox məbədləri Qriqoryan
kilsəsinə verildi. Ruslar Azərbaycanı
zəbt etdikdən sonra isə yalnız Alban məbədləri
deyil, onların yazılı irsi də erməniləşdirildi.
Guya orijinalları məhv olmuş qədim erməni
mətnləri ortaya çıxarıldı. Ən acınacaqlısı odur ki, bizim Azərbaycan
tarixi də həmin "qədim" erməni mətnləri
əsasında yazılıb və bu tendensiya bu gün də
davam edir.
***
Tezliklə Qarabağ torpağı düşmən
tapdağından tamamilə azad ediləcək. Amma
düşünürəm ki, əsl savaş ondan sonra
başlayacaq. Qələm savaşı.
Bu dəfə Qarabağı yalnız qılıncla
deyil, həm də qələmlə almalıyıq. Çünki
burası müqəddəs bir məkandır, onun uğrunda gedən
qələm savaşı hələ uzun çəkəcək.
Qarabağ Turan qapısıdır.
Könlümün
aynası, anamın laylası,
Bu
dağlar, bu bağlar, nəğməli bulaqlar,
Nə
doğma, nə şirin,
elimin,
yurdumun musiqi naşiri,
bu
günü dünənə bağlayan qara bağ,
Qarabağ,
Qarabağ!
Sən odlu
baxışdan, qayadan, naxışdan,
Ovsunlu söz üzən Vaqifin sözüsən.
Sən dərdi
qaralmış, bəxtini qar almış
Bir şair ananın ağlayan gözüsən.
Sən Dədəm
Qorqudun qırx dilli qobuzu,
Sən dədəm
dağların başında qor buzu,
Müqəddəs suların dilində nəğməsən.
Sən
ağır günümdə ağrımı bölməsən,
Ovutmaz sinəmi
nə bəndə, nə Allah,
Qarabağ,
Qarabağ!
Mənim
ilk nənnimi oxudu Daşaltı,
Çəmənin
döşəyim, çiçəyin başaltım,
Səsini
dinlədim, ürəyim boşaldı,
Beşiyim
Qarabağ, məzarım Qarabağ,
Talemə yamanan soyuğa, qara bax.
Qarabağ,
Qarabağ!
Günahsız
bir qızın bəxtini çaldılar,
Bir nakam
aşiqi çöllərə saldılar,
Bəlalı
sevdadan bir nəğmə çaldı tar,
Bir nəğmə çaldı tar, dağlar mat
qaldılar.
Dağları
mat qoyan səsləri yaşatdı
Nəğməli
ellərin musiqi muzeyi,
Bir
gün də onları döşürüb
Notlara çevirdi Üzeyir.
Elimin
musiqi yükünü
dünəndən sabaha daşıyan araba,
Qarabağ,
Qarabağ.
Biz sənin
qoynunda yer verdik yadlara,
O gündən
bəxtinə həkk oldu zil qara.
Quşların
susdular, bulaqlar ağladı,
Yüz illik ağaclar qaralar bağladı.
İçinə
çəkildi Azığın kahası...
Gec, ya tez hər şeyin verilir bahası.
Çaldı
öz surunu İlhamın ordusu,
Rus qaçır dörd ayaq, erməni qan qusur.
Türk gəlir,
qaç qurtar, sonundur, ey yağı,
Ərənlər gətirir üçrəngli
bayrağı.
İşğalın
tifaqı qalacaq xaraba,
Küllüyün
altından boy verir Qarabağ!
Başlayır
yeni çağ,
Bu yerlər
yenə də gülüstan olacaq!
21.10.2020
Tovuz
Elxan Zal
Qaraxanlı
Ədəbiyyat qəzeti.- 2020.- 31
oktyabr.- S.14-15.