ŞƏHİDLƏRƏ
Tanrı
ilə dağların
birləşdiyi yerdə...
Oyanır
duman baxışlı
bir müdrik...
- Nə yaman qırmızı
imiş röyalar?..
Günəş, qucaqla məni
Mən masmavi özgürlüklər
görmək istəyirəm
aydınlığın kövrək
zümzüməsində...
Bir səs ki, ovuclarımda
gülümsəyir...
Bir nəfəs ki, dağ çiçəklərinə
layla deyir...
Və Tanrı ilə dağların birləşdiyi
yerdə...
...hər səhər bir duman baxışlı
müdrik oyanır
qollarında istilik...
Qulaqlarında aydınlığın kövrək zümzüməsi…
Ülvi Bahadır
Ədəbiyyat qəzeti.- 2020.-
31 oktyabr.- S.5.