Can Azərbaycan  

 

Can Azərbaycan dedik!

Sənə "can" - deyirik,

Cənnət məkan Qarabağ!

Hər odlar övladının

Canında can Qarabağ.

Candan ayrı yaşadıq

Bu vaxtacan, Qarabağ.

Keçib getdikcə illər

Səbr eləyin deyirlər.

Bu uzun illər boyu,

Səbrimizi çeynəyir,

Haqqımızı yeyirlər.

Daha bəsdir! - deyirik,

Bu boş-boş danışıqlar,

Səbri kəsdi - deyirik.

Şuşaya sancılacaq,

Bayrağımda al qanım.

Bütöv olacaq mənim

Anam Azərbaycanım.

 

Fikrət Qoca

 

Ədəbiyyat qəzeti.- 2020.- 5 sentyabr.- S.2.