Elşad Baratın poetik
hekayələri
haqqında bir neçə
söz
İnsan özünü daha yaxşı tanıyır. Nəyin yaxşı, nəyin pis olduğunu hamıdan yaxşı bilir.
Elşad Barat fikrini, yazmaq istədiklərini nəsrdə daha yaxşı ifadə edir. Nəsrdə daha geniş imkanların olduğunu söyləyir. Bu, ancaq onun şeirlərinə kölgə salmaq demək deyil.
Elşad Baratın hekayələrinin
dili rəvandır. Düzxətlidir. Oxunaqlıdır. Hadisələr reallıqdan götürüldüyündən
özünün əlavələri
ilə canlı alınır. İnsanın psixoloji durumunu, yaşantılarını, hisslərini
göstərə bilir.
Hekayə oxucunu yormur.
Hadisələrin sonunu səbirsizliklə
gözləyirsən. Bənövşənin daxili
çırpıntılarını da, Şamonun özünü döyən
sarsıntılarını da...
Elşad dünyanın ən sürətli nəqliyyat növü saydığı
fikri çox gözəl, yaddaqalan formada ifadə edə bilir.
Hekayələri poetikdir. Bu onun şairliyindən
irəli gəlir.
Bədii təsvirləri gözəldi. Gözəl ifadə
seçimi var.
"Göz yaşıyla qüsl verdilər",
"Çənəsini elə
möhkəm sıxdılar,
sanki heç kim istəmirdi ki, Sahib kişi bir də ağzını
açıb kəlmə
kəssin", "Elə
ağlayırdılar ki,
Sahib kişi bu vəziyyəti görsəydi,
ölümünə peşman
olardı", "Ölüm
pəncəsi", "Evinə
işıq göndərdiyi
adamları təvəllüdünə
qədər tanıyırdı.
Ancaq gələcək
həyat yoldaşının
kim olacağını
bilmirdi". ("Səccad"). "Bəlkə də ərik ağacı Fəxrini sevindirmək üçün böyüyürdü".
("Fəxrim").
"Bəlkə anası
da unutmuşdu onun əsl adını". ("Ceki").
"Qaynadılmış həməkocu elə buğlanırdı ki, elə bil nimçələr
siqaret çəkirdi". ("Həməkocu
(Həməköməci)").
Elşad Baratın hekayələrində
özündən gələn
təbiilik var. Ona görə də hekayələr maraqlıdır. Cəlbedicidir.
Bəzi ifadələrdə sözlər
deyildiyi kimi yazılsa da, anlaşılandır.
Kitabı oxuyub qurtardıqdan sonra Elşadın özünə deyiləsi
sözlər də
var.
Yazarı yazıları ilə tanıyırsan. Düşüncəsinə, yanaşmasına görə qiymət verirsən. Onun haqqında müəyyən
qənaətə gəlirsən.
Səmimi olan yazıçı,
şair yazısında
özü olur. Səmimi yazılar oxucu tərəfindən daha yaxşı qəbul olunur.
Yazı manerası fərqli, özünəməxsus olan
Elşad Barat, yazılarında
olduğu kimidi. Çılğın, emosional, "söz gəldi" deyən, sonraya saxlamayan. Və səmimi. Təbii. Necə varsa,
elə...
Dünyaya, yaradıcılığa özünəməxsus baxışı
olan istedadlı və orijinal qələm sahibinə, Elşad Barata bizi sevindirəcək gözəl əsərlər
ümidiylə...
26.08.2020
Rəfail Tağızadə
Ədəbiyyat qəzeti.- 2020.-
5 sentyabr.- S.13.