AZƏRBAYCAN İLƏ QUCAQLAŞMAQ

 

Şüurlu həyatım boyunca dəmir çarıq geyib dünyanın beş qitəsində bir çox ölkələrdə olmuşam. Lakin içimdə bir nisgil qalmışdı. Azərbaycanda olmaq istəyi...

Bakıda keçirdiyim bir neçə gün illərcə nələri qeyb etdiyimi mənə açıqca göstərdi. Bakıda, sadəcə, Azərbaycanı deyil, Kərkükü yaşadım. Azərbaycana ayaq basdığımda qarşılaşdığım aşina üzlərin, aşina sözlərin həyəcanından "Yaxşı yol", - deyə məni yolçu edənə qədər yaşadıqlarım, sanki bir röya, bir yuxu idi. "Keşkə heç oyanmayaydım", - deyə bitişinə heyifsiləndiyimiz röyalar olur, iştə bir kərküklü üçün Azərbaycana səyahət elə bir hissdir.

Azərbaycana gedib Qəzənfər Paşayevlə görüşməmək Azərbaycanı görməmiş olmaq deməkdir. İşdə bu bağlamda Qəzənfər müəllimin gülər üzü, dadlı sözü Azərbaycanı yaşadığınızı Sizə anladır. Kərküklü olub da Qəzənfər bəyi şəxsən olsun, qiyabən olsun tanımamış birisini düşünmürəm. Rəhmətlik Yaşar Qarayevin təbirincə "Bizim üçün İraq, Kərbəla Füzulidən başladığı kimi, Kərkük Qəzənfər Paşayevdən başlayır" deyiləcək qədər Kərküklə iç-içədir.

Məni Qəzənfər Paşayevə bağlayan bir xüsusiyyəti Bakıda özünə anladanda çox gülmüşdük. Kərkükdə Ədəbiyyatçılar Birliyi qurulmuşdu. Mən uzun ayrılıqdan sonra İstanbuldan Kərkükə gəlmişdim (bu ayrılıq Səddam rejimi səbəbindən 26 il çəkmişdi - Q.P.). Ədəbiyyatçılar Birliyinə getmişdim. Gənc bir dəliqanlı mənə yaxınlaşdı utana-utana "Ağabəy, siz Qəzənfər Paşayevmisiniz?", - deyə sordu. "Xeyr" - dedim. - Mən Ərşad Hürmüzlüyəm, ancaq umaram ki, Qəzənfər Paşayevi yaxında Kərkükdə görəcəksiniz".

İstanbula döndüyümün ikinci günü Kərkük Vəqfinə baş vurdum. Süphi Saatçı dodaqlarında xoş bir təbəssümlə mənə "Türkmanlar İraq" kitabımın bir İstanbul qəzetində tanıdıldığını söylədi qəzetin bir nüsxəsini mənə verdi. Qəzetə göz gəzdirəndə Süphi bəyin təbəssümünün səbəbini anladım. Hardasa yarım səhifəlik yazı ilə bərabər böyük bir foto da vermişdilər. Fotonun altında yazılmışdı: "Foto Ərşad Hürmüzlü Qəzənfər Paşayevə aiddir". Qəzet arxivdən foto seçərkən məni Paşayevi birləşdirmişdi...

Azərbaycandan ayrılacağımın əvvəlki günü Uşaq Nevroloji Xəstəxanasının baş həkimi Dr. Məhərrəm Sənanoğlu Sadıqovla tanış olmuşdum. Mənim kərküklü olduğumu bilincə Kərkükü Qəzənfər müəllimin kitablarından tanıdığını söylədi dedi: "Əslində, siz Qəzənfər müəllimlə çox bənzəyirsiniz!".

Bakıda, sadəcə, dostlarla deyil, şəhərin tarixi kültürüylə yaxından tanış oldum. Burada iç-içə haşir-nəşir (qiyamət gününü yada salan) məzarlıqlar var (müəllif Çənbərəkənd, Qurd qapısı, Şəhidlər xiyabanını Fəxri xiyabanları nəzərdə tutur - Q.P.). Şəhidlər xiyabanını ziyarət edərkən Bakı qətliamı müharibəsində   Qafqaz cəbhəsində şəhid olan İraq türkmanlarının azərbaycanlı soydaşlarla yan-yana uyumalarını (11 nəfər - Q.P.) ibrətlə izlədik. Dövlət böyüklərinə ayrılan Fəxri xiyabanda həyatımda görmək mənə nəsib olmayan, Azərbaycanın ilk Cümhurbaşqanı Xalq Cəbhəsi lideri rəhmətlik Əbülfəz Elçibəyin məzarının başdaşındakı yazı fəxr güc mənbəyinə çevrilir: "Burada şərəfli bir türk əsgəri yatır".

Sayın Heydər Əliyevin rəhmətlik həyat yoldaşı Zərifə xanımın məzarını ziyarət etdikdən sonra yol bizi gənclik illərinə apardı. Azəri dostumuz bizə Leyla Bədirbəylinin məzarını göstərincə nostalji bir şəkildə pıçıldadım: "Arşın mal alan!". Gənclik illərində Leyla Bədirbəyli vasitəsilə Azərbaycanla tanış olduğumuz film.

Gözlərimiz önündə bir ömrə sığmayan kültür, ədəbiyyat musiqi xəzinəsi canlanırdı: Rəşid Behbudov, Bülbül, Xəlil Rza Ulutürk, Yusif Səmədoğlu kimi zirvələr.

"Ədəbiyyat qəzeti"ndə qəzetin redaktoru Ayaz Vəfalının otağında baş qonu ədəbi əlaqələr, Kərkük Vəqfi, "Qardaşlıq" dərgisi idi. Vəqfin "Qardaşlıq" dərgisinin materiallarının Azərbaycanda geniş yayılması təbliği məni çox sevindirdi (Kərkük Vəqfi Azərbaycanla bağlı çox işlər görür. Vəqfin çap etdiyi ilk kitab mənim "İraq-Türkman folkloru" kitabımdır. Türkiyə türkcəsinə uyğunlaşdıran prof. Mahir Naqip, redaktoru prof. Süphi Saatçı).

Kərkük türkmanlar yaşayan digər bölgələrdə mədəniyyətin inkişafında Azərbaycanın əngin təcrübəsindən faydalanmaq qaçılmazdır. Ədəbiyyatçılar Birliyi, Qadınlar Birliyi s. ilə yaxından ilgilənməsi, Türkman qardaşlarının iyi bir şəkildə yetişməsinə qatqıda bulunması başlıca tələbdir.

Televiziyada canlı yayında çıxışımız zamanı televiziya əməkdaşının bizim mədəniyyətimizə qədər vaqif olduğu bizi çaşdırmadı.

Mənim böyük şansım Qəzənfər Paşayevin bu canlı yayında mətləbi gözəl axıcı üslubla anlatmasıydı.

İraq Türkmanlarının can damarı Bakının hər guşəsində olduğu kimi, bir İraq-Türkman ocağında düyümlənir. Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyinin möhtəşəm binasının mötəbər bir bucağında Qəzənfər Paşayevin yaratdığı "İraq-Türkman ədəbiyyatı mədəniyyəti ekspozisiyası" İraq türkmanları ilə Azərbaycan kültürü arasında ciddi bir körpüdür.

Kərkükdən ayrı qalanlar bəlkə bəzi nəşrləri izləyə bilməmişlər gənc nəsillərin Bağdad, Kərkük Ərbildə yayınlanan bəzi əsərləri əldə etmək fürsəti olmamışdır. Ancaq bu kitabların çoxunu o ekspozisiyada yan-yana görmək mümkündür. Gerçəkdən oraya girincə özünüzü, sanki qocaman bir aynaya (güzgü) baxırmışsınız kimi görürsünüz.

Azərbaycandan ayrılmaq zamanı idi. Millət vəkili, Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, hörmətli Rafael Hüseynov o gecə Bakıdan ayrılacağımı bilincə, nədən bu qədər qısa vaxtda qaldığımı sordu Azərbaycanın XVIII əsr şairlərindən Ağabəyim xanımın günümüzə gəlib çatan iki misrasını oxudu:

Əfsus ki, yarım gecə gəldi, gecə getdi.

Heç bilmədim ömrüm necə gəldi, necə getdi.

"Yaxşı yol!" - dedilər məni yolçu etdilər. "Yenə gəl" - dedilər. Mən "Allah izin versə, yenə gələcəyəm, amma Kərkükdə görüşəcəyik" - dedim.

 

Ərşad Hürmüzlü

 

Ədəbiyyat qəzeti.- 2020.- 5 sentyabr.- S.12.