Mifik hekayə
Poema
I
Üç
il sərasər
Xəbərçini
gözlədik
Gözlərimizi
dikərək
Şam ağaclarına, sahilə və ulduzlara.
Gah
kotanı qarşıladıq, gah gəminin gövdəsini,
Səylə
ilk toxumu axtardıq
Qədimi dramanı təzədən başlamaq
üçün.
Evə
qayıdanda
Bədənimiz
başdan-ayağa yara içindəydi,
Ağzımız duzla, palçıqla dolu.
Oyanan kimi
şimala üz tutduq,
Bizi
yaralayan durnaların
Qanadlarıyla
dumana saldığı
Yad adamlar idik.
Qış gecələri şərqdən əsən
külək dəli elədi bizi.
Yaydasa
öləziməyən günəşin
ümidsizliyində
öldük.
Qayıdanda
özümüzlə bu relyefləri gətirdik -
Hörmət edilən sənətin hədiyyəsini.
II
Mağara içində başqa bir quyu.
Əvvəllər
asan idi
Dərinlikdən
bütlər, bəzəklər çıxartıb
Bizə sadiq qalan dostları sevindirmək.
İplər
qopub artıq; bircə quyunun ağzındakı izləri
Xatırladır bizə keçmiş xoşbəxtliklərimizi.
Daşın
soyuqluğunu hiss edir əllər,
Əllərin
istiliyi daşa keçir
Və mağara ruhunu qumarda uduzur elə bil.
Qulaqbatıran səssizlik.
Damcı səsi də gəlmir.
III
"İçində xəncərləndiyiniz
hamamı unutmayın".
Əllərimdə
mərmər başla oyandım;
O
bütün gücümü alıb, yorulmuşam
Və bilmirəm başı hara qoyum.
Mən
yuxudan oyanan kimi o yuxuya gedir,
Beləcə
birləşdi ömrümüz və
ayırmaq
mümkün deyil artıq.
Nə
açıq, nə də bağlı olan gözlərə
baxıram,
Nəsə
deməyə çalışan ağızla
danışıram,
Dərisini
hiss eləmədiyim
yanaqlara
toxunuram.
Başqa heç nəyə gücüm çatmır.
Əllərim
yoxa çıxır, sonra təzədən peyda olur
Sınıq şəkildə.
IV
Arqonavtlar
Və əgər
ruhu
Tanımaq
lazımdırsa
Sən
diqqətlə
Baxmalısan ona.
Düşmən
və yad adamları
Göstərirdi bizə güzgü.
Yoldaşlarım
yaxşı uşaqlardı, ağlamırdılar
Nə yorğunluqdan, nə soyuqdan, nə istidən.
Özlərini
dalğalar və ağaclar kimi aparırdılar
Yağışda
və soyuqda
Gecə və
gündüz
Heç vaxt dəyişmirdilər.
Yaxşı
uşaqlardı: günlər uzunu
Başlarını
salıb ritmlə nəfəs alaraq
Kürək çəkdilər.
Qanları qızardırdı dərilərini.
Hərdən
də nəğmə oxuyurdular
Axşam
alatoranında
Əncirlə dolu adanın yanından keçəndə.
Əgər
onu tanımaq lazımdırsa, deyirdilər,
Ruhuna
baxmaq lazımdır, deyirdilər -
Və
kürəklər yarırdı dənizin sularını
Axşamüstü alatoranında.
Körfəzlərin,
adaların yanından keçdik
Dənizdən
dənizə üzdük
Qağayıların və suitilərin müşayiətilə.
Hərdən
bədbəxt analar ağlayırdı
İtkin
oğullarının dalınca
Ya da
çaşqınlıq içində
Böyük İskəndəri
axtarırdılar
Bir də Asiyada itirilmiş şöhrəti.
Müxtəlif
ətirlər və quş cəhcəhləriylə dolu
Sahilə çıxdıq.
Su ovuclarda xoşbəxtlik xatirəsi saxlayırdı.
Amma yolçuluq qurtarmırdı.
Onların
ruhu bir bütöv olmuşdu
Çəkdikləri
kürəklərlə
Gəminin
burnundakı vacib adamla
Və üzlərini əks edən dəniz suyuyla.
Bir-birinin
dalınca öldülər
Başlarını aşağı salıb.
Qəbirlərinə
sancılmış kürəklər
Talelərini bildirdi.
İndi
heç kim onları xatırlamır.
Qara tale.
V
Tanış
deyildik,
Bircə
ümidimiz vardı
Uşaqlıqdan bir-birimizi tanıyırıq deyə.
Bəlkə
də onları iki dəfə görmüşdük, sonra
Hamı gəmilərə dağılışdı.
Kömür,
buğda yükləyib
Həmişəlik yoxa çıxdılar okean
sularında.
Dan bizi
öləziyən lampanın yanında haqlayır;
Dəniz
vəhşiləri, balıqqulağı və
gəmi
şəkli çəkdiyimiz yerdə.
Axşamlar
çay qırağına gedirik -
Bu yol dənizə aparır axı.
Və gecələri
keçirdirik
Qətran iyi verən zirzəmilərdə.
Dostlarımız
bizi tərk edib
Bir də heç vaxt görüşməmək
üçün.
Bəlkə
yuxu bizi dalğalarda
Yelləyəndə
görüşmüşdük,
Bəlkə
də heykəlin o tərəfində
Təzə
həyat axtardığımız üçün
Axtarırıq onları.
VI
M.R.
Yağış
yağan bağa
Bulanıq pəncərədən baxacaqsan.
Təkcə
ocağın şöləsi aydınladacaq evini
Və hərdən
ildırım çaxanda
Görəcəyəm
üzümüm qırışlarını
Əziz
dost.
Bağın
səsləridi qalan əllərində -
Sınıq
mərmərsiz
Və
tragik kolonnadasız
Gizli həyatın ritmi.
Çiçəklər arasında rəqs.
Saatlar keçdikcə sınacaq şüşə.
Nəfəs almayacaqsan.
Torpaq və
ağacların suyu
Yaddaşından
süzüləcək
Böyük
dünyanın yağışının
Döyəclədiyi pəncərənə
çırpılmaq üçün.
VII
Cənub
küləyi
Dəniz qarşılayır dağ silsiləsini günəş
batanda.
Quru cənub
küləyi bizi dəli edir,
Sümükdən dərini ayıran külək.
Evimiz
şam ağaclarıyla
paxlalı
bitkilərin arasındadır.
Böyük
pəncərələr və
üstündə
məktub yazdığımız
Böyük stollar.
Neçə
həftədir sənə məktub yazırıq
Və
tamamlamamış atırıq bir tərəfə
Ayrılığı dolduraraq.
Dan ulduzu,
sən gözlərini
bizim
taleyimizə dikəndə
Həyat
yaraya çəkilən məlhəmdən
daha
ləzzətli olurdu,
Çatlaq
dodaqlarımıza dəyən
sərin
sudan daha dadlı,
Durna qanadlarından daha səssiz.
Həyatımız sənin əlindəydi.
Sonralar,
qürbətin acı çörəyindən sonra
Ağ
divarın qabağında dayanmışıq
Və səsin
gəlib çatır bizə işıq müjdəsiylə
Və təzədən
külək əsir
Ülgüc kimi kəsir damarlarımızı.
Hər
birimiz sənə öz fikrimizi yazırıq,
Amma
susuruq başqalarının yanında,
Öz
dünyamızı işıqsız, kölgəli, dərə-təpəli
Və sənsiz gördüyümüz
üçün.
Kim qovacaq bu kədəri ürəyimizdən?
Dünən
gecə yağış yağmışdı, bu gün yenə
Qaralıb göyüzü. Düşüncələrimiz
Dünən
gecəki yağışda tökülüb
Kandarımıza
yığılan lazımsız
Şam ağacının iynələri kimidir.
Bu lənətlənmiş
yerlərdə
Küləklərə
açıq məkanda
Səninlə
aramıza sədd çəkən
dağların
arxasında
Kim bizə təlqin edəcək unutmağı?
Kim qəbul edəcək qurbanımızı bu payız
axırı?
VIII
Nə
axtarır ruhlarımız
Batmış
gəmilərin göyərtələrində,
Nə
balıqlarla, nə də göydə yanan ulduzlarla
fikrini
yayındıra bilməyən
Qadınların və uşaqların əhatəsində.
Ruhlarımız
cızılıb
Bilmədiyimiz
dillərdə nələrsə mızıldayan
Qrammafon valları kimi.
Nə
axtarır ruhlarımız
Çürük
şalbanların üstündə
Bir limandan o birinə üzə-üzə?
Böyük
qayaları tərpədə-tərpədə
Günü-gündən
nəfəs almağı çətinləşdirən
şam
ağaclarının arasında
Gah bu
Gah da o
biri dənizdə üzə-üzə
Təmassız
Adamsız
Nə
bizim
Nə də sizin olmayan kiminsə vətənində.
Bilirik necə
gözəl idi bu adalar
Hardasa
buralarda, axtardığımız yerdə
Bir az aşağıda
Ya da bir az yuxarıda.
IX
Bura köhnə limandır. Daha gözlərə bilmərəm
Nə
şam ağacları olan adaya gedən dostumu
Nə dəfnə
ağacları olan adaya gedəni
Nə də dənizə açılanı.
Pas
atmış topları, köhnə kürəkləri
sığallayıram
Bədənim özünə gəlsin, canlansın deyə.
Yelkənlərdən fırtına duzlarının iyi gəlir.
Tək
qalmaq istəsəydim,
Təklik
axtarardım,
Daha
arxalanmazdım
Ruhumun horizontda süqut edəcəyi ümidinə.
Ulduzlar məni
Şirəli
otların arasında dayanıb
Ölüləri gözləyən Odisseyə
çevirir.
Elə
bil şirəli otların arasında lövbər atıb
Tapmağa
çalışırıq
Adonisin öldüyü vadini.
X
Dünyadan təcrid olunmuşuq. Hər tərəfimizi
Gecə-gündüz
alçaq göyüzünün qapladığı
Dağlar tutub.
Nə
çay var, nə arx,
Bir-iki
quyumuz var, onlar da quruyub
Dərinliyini,
dayazlığını ölçə bilərsən
İçinə baxsan.
Sıxıntımızla,
məhəbbətimizlə
Və bədənimizlə
süzülən
Boş və sabit səs.
İndi
bizə qəribə gəlir, haçansa evlərimizi,
Tövlələrimizi
necə tikməyimiz,
necə
yurd salmağımız.
Və
toylarımız, üzüklərimiz də
Müəmmadır ruhumuz üçün.
Uşaqlarımız necə doğulub böyüdü?
Dünyadan təcrid olunmuşuq.
Bazar
günləri limana dincəlməyə gələndə
Gün
batımında parıldadığını
görürük
Səfərini
başa çatdıra bilməyən
Və bədənləri
sevgini yadırğamış
Sınıq gəmiləri.
XI
Hərdən
qanın donur sənin Ay kimi
Qanın
sonsuz gecədə
Bəyaz
qanadlarını sərir
Qara
qayaların və ağacların,
Və pəncərəsində
uzaq uşaqlığın
zəif
işıltısı görünən
Yoxsul evin üstünə.
XII
Dənizdəki
şüşə
Üç
qaya, yanmış şam ağacları və
tərk edilmiş kilsə
Və
yuxarıda
Bu mənzərənin
eynisi:
Qapıya
oxşayan üç paslı qaya,
Bir
neçə qara və sarı şam ağacı
Və balaca koma.
Sonra bir az da yuxarıda
Bu mənzərənin eynisi.
Qat-qat yuxarı
çıxdıqca,
Getdikcə qaralan göyüzünə dirənir.
Burda
lövbər saldıq,
sınıq
kürəkləri təmir etmək,
Yatmaq və su içmək üçün.
Bədənimizi
duzlaşdıran böyük dəniz
Bizə böyük rahatlıq vəd edir.
Burda qənbərlərin
arasında
Qızıl pul tapdıq və zər atdıq.
Ən cavanımız uddu qızılı və
öldü.
Yolumuza davam etdik sınıq kürəklərlə.
XIII
İdra
adası
Delfinlər, bayraqlar, toplar.
Bir vaxtlar
ürəyə dərd salan dəniz
Bəyaz
yelkənli, rəngli gəmiləri
dalğadan
dalğaya atıb
Çalxalayırdı qoynunda.
Bir vaxtlar
ürəyə dərd salan dəniz
Rəngbərəng görünür bu gün gün
işığında.
İşıq
və bəyaz yelkən
Və eyni ritmlə suya çırpılan yaş
kürəklər.
Bunu
görsəydi necə gözəl görünərdi gözlərin
Əllərin
necə açılardı
Necə
titrəyərdi dodaqların
Çoxdan axtardığın möcüzəyə
rast gəlsəydin.
Nə
axtarırdın yağışda, qaranlıqda, küləkdə,
Ocaqların
söndüyü, şəhərin batdığı
Və
Nazoreyin daş plitələr üstündən
Sənə ürəyini göstərdiyi saatda? -
Nə axtarırdın?
Nə üçün axtarmırsan?
Nə axtarırdın?
XIV
Üç
qırmızı göyərçin alovun içində
Taleyimizi
yazır alovun içində
Hərəkətləriylə
və rəngləriylə
Sevdiyimiz adamları əks etdirərək.
XV
Yuxu
ağac kimi sarmışdı
səni
yaşıl yarpaqlarıyla
Səssiz
işıqda nəfəs alan ağac kimi
fısıldayırdın
yuxuda.
Şəffaf
su mənbəyində gördüm səni:
Gözlərin
bağlıydı və
kipriklərin
toxunurdu suya;
Barmaqlarım
otların arasında əlini tapdı
Nəbzinin
necə atdığını duydum bir anlıq
Və
ürəyinin necə ağrıdığını hiss
etdim.
Çinar
və dəfnə ağaclarının altındakı suda
Yuxu
çoxaldırdı səni
Ya ətrafımda
oynadırdı,
ya
da üzbəüz gətirirdi.
Amma
heç cür toxuna bilmirdim
Sükutla əhatə olunmuş sənə.
Görürdüm
kölgənin
necə
böyüyüb-balacalaşaraq
Başqa
dünyanın kölgələri içində
qeyd olduğunu.
O kölgələrin
səni gah tutduğunu
Gah da buraxdığını.
Bizə təyin edilmiş ömürü
yaşadıq.
Çinar
və dəfnə ağaclarının altında
özünü
itirib gözləyənlərin,
Quyularla
söhbət edib səsinin
əksindən
nəfəsi tutulanların
Bəxtinə ağla.
Dərdimizi,
sıxıntımızı bizimlə bölüşən,
Yolun
sonundakı mükafata ümid etməyib
Quzğun
kimi mərmər daşlarının dalından
Özünü
günəşə atan
Yoldaşımızın halına ağla.
Yuxuda yox, ayıq vaxtı canımıza rahatlıq ver.
XVI
Orest
Geriyə,
geriyə, yenə geriyə;
Nə qədər
dairə, nə qədər qanlı çənbər,
nə
qədər qara zolaq;
Adamlar mənə
baxır,
Qabaqlar, cəng
arabasında əlimi qaldıranda
Baxdıqları kimi.
Atların
köpüyü üstümə sıçrayır -
Atlar haçan yorulur?
Çarxların
oxu cırıldayır, əyilir -
Oxlar haçan sıradan çıxır?
Qayış haçan qopur?
Haçan dəyər
atların nalları torpağa,
Yaz vaxtı çobanyastığı dərdiyin yerə?
Gözlərin
gözəl idi, amma bilmirdin
hara
baxmaq lazım olduğunu
Mən də
bilmirdim, evdən-eşikdən uzaqda
Vuruşa-vuruşa hara baxacağımı.
Hələ
neçə dairə qalıb?
Dizlərim
boşalır, çarxların üstünə
çökürəm,
Bədən
asanlıqla əyilər, əgər tanrılar istəsə
Və
heç kim qaça bilməz bundan.
Gücün
çatmaz
Atların
hirsli xırıltısı arasında arzuladığın
Beşiyin olan dənizə qaçmağa.
Tapa bilməzsən
o dənizi, nə qədər qaçsan da,
Ey günahkar.
XVIII
Astianaks
İndi
ki, yola çıxırsan,
Boruların
çalındığı, yaraqların cingildədiyi
Və tərli
atların suya tərəf əyildiyi gün
Çinar
yarpaqlarının arasından işığı görən
Uşağı da özünlə apar.
Atalarımızın
qırışları kimi qırışlı zeytunlar,
Atalarımızın
müdrikliyi hopmuş qayalar,
Və
qardaşımızın torpağa hopmuş isti qanı
Onları
xatırlayanların
Sevinci və rahatlığı idi.
İndi
ki, yola çıxırsan; indi ki,
haqq-hesab
günü başlayır,
Heç kim kimi öldürəcəyini və
Necə
öləcəyini bilmir,
Çinar
yarpaqları arasından işığı görən
Uşağı da özünlə apar.
Ona ağacları görməyi öyrət.
XVIII
Böyük
bir çayın barmaqlarım arasından
axıb keçdiyini
Və
ondan bircə qurtum içə bilmədiyimi
Təəssüf içində başa
düşdüm.
İndi
daşa dönürəm
Qırmızı
torpaqdakı balaca
şam
ağacının yanında -
Yanımda başqa dostum yoxdur.
Mənə
əziz olan hər şey itib getdi
Keçən
yay hələ təzə olan
Payızdasa
küləklərin söküb-dağıtdığı
evlərlə bir yerdə.
XIX
Və əsən
külək sərinlətmir bizi
Və sərv
ağaclarının kölgəsi də böyümür
Və ətrafımızda ramedilməz qayalar.
İncidir
çiynimizi
Necə öləcəyini bilməyən
dostlarımızın ağırlığı.
XX
Andromeda
Sinəmdəki
yara qanayır
Ulduzlar bədənimə
birləşmək üçün
yerə düşəndə,
Ayaq səslərindən sonra səssizlik çökəndə.
İllərlə
dənizə tərəf sürünən dağlar
Nə qədər daşıyacaq məni?
Dəniz, dəniz. Onu kim quruda bilər?
Hər səhər
görürəm kərkəs quşuna
işarə verən əlləri,
Qayaya zəncirlənmişəm
və
qayanı hiss eləmirəm.
Ölü
rahatlıq gətirən ağacları görürəm,
Və nəhayət,
görürəm
daş
heykəllərin təbəssümlərini.
XXI
Bu müqəddəs
yerlərə gələndə
Sınıq
heykəllərə baxdıq
Və dedik ki, həyat elə də asan başa gəlmir.
Ölümün
ayaq dəyməyən cığırları var
Və ədalətlidir onun gəlişi.
Biz burda,
ayaq üstdə öləndə,
Tərsliyin
və gücsüzlüyün birləşdirdiyi
Ölülər
dairədən çıxıb qabağımızda
dayanır
Və gülümsəyirlər bizə qəribə
sükut içində.
XXII
Gözümüzün
qabağından o qədər şey keçdi ki,
Gözümüz
görə bilmədi onları,
Amma
yaddaşımız narahat edir
bizi yenə və yenə,
Elə
bil gecə yarı bağda, ağ pərdələrə
oxşayan,
Sənin
və mənim gördüyümüz bütün
qəribə
kölgələrdən daha çox
Kölgə
sürünür
Və yoxa çıxır hündür ağaclarda.
Çünki
biz həddindən artıq
aydın
gördük taleyimizi
Üç
və ya altı min il dolaşaraq
sınıq
daşların arasında,
Xarabalarda eşələnərək.
Orda bizim
evimiz də ola bilərdi.
Keçmiş
qəhrəmanlıqlarımızı və
tarixləri
yadımıza salmağa çalışaraq.
Bacardıqmı?
Çünki
biz dağıdılıb səpələnmişdik
Və yel
dəyirmanıyla vuruşurduq
Yenə və
yenə kor döyüşçülərlə
dolu yola çıxa-çıxa
Marafon
vadisinin bataqlığında bata-bata;
Görəsən ləyaqətlə ölə biləcəyikmi?
XXIII
Bir az da keçsin - görəcəyik
badam çiçəklərini,
Günəş
şüasında parıldayan mərməri
Və dalğalanan dənizi.
Bir az da keçsin -
Bir az da yüksəyə qalxacağıq.
XXIV
Burda
ölür dənizin yaratdıqları,
sevginin
yaratdıqları.
Kimlər
ki burda, bizim
öldüyümüz
yerdə məskunlaşacaq,
İşdir,
təsadüfən yaddaşlarına qan qarışsa -
Onda bizi
xatırlasınlar - şirəli otların arasındakı zəif
ruhları,
Və qaranlıq tərəfə çevirsinlər
qurbanlarının başını.
Bizim
heç nəyimiz yoxdu,
Onlara əmin-amanlıq verəcəyik.
Yorqos Seferis
Tərcümə edəni: Həmid
PİRİYEV
Ədəbiyyat qəzeti.- 2020.- 5 sentyabr.- S.26-27.