Sən bir bulud gözlü...
"Arzularım didərgin - qaçqınları bir yerə yığa bilmirəm" təəssüfünün,
ağrı-acısının şairidi Güləmail..."
"Ağlamağın gələndə dolum gözlərinə, özüm
tökülüm" səmimiyyətinin
yazarıdı. "Dərd ağacından asılmışam - Qəbrim
tapılmasın deyə"
şairanəliyilə yadda
qalır. "Bilmirəm
necə həkimsən
- mənə baxalı
özün xəstə"
və yaxud,
Kainat qızıyam,
günəşlə doğuluram
-
təptəzə
- deyimlərilə təzədi, yaddaqalandı.
Güləmailin ədəbi
qəhrəmanının
Bu necə eşq,
əzizim?!
sən de,
mən sərxoş ola bilmirəm...
- etirafı qarşı
tərəfə olan,
ancaq etiraf etməyə söz tapmadığımız ümidsiz
günlərimizin gözlənilməz
və heyrətamiz ifadəsidi. Bu ümidsizliyin:
Mənim
sevgimdi
için-için ağlayan
başqa qapıda
- nisgili, təəssüfü
var. "Məhəbbətimin ünvanıdır əlimdə
- gül əvəzinə"
ağrısı bir ömür boyunca qan verir. "Gecə dənizi gözümə daşıyıram
- sənə yağmağa"
inadkarlığı dimdikdi.
"Dərdi mən özüm qucaq-qucaq dərdim ki, sənə çatmaya" fədakarlığına
hesablanıb Güləmail
poeziyası. Onun səmimi,
həssas duyğularından
süzülüb gələn
hekayətlərdə "böyük
həyat eşqi var". Onun ədəbi obrazları
"əbədi olaraq
özünü ümid
ağacından asmağın"
yolunu bilir. Bu yazılanlarda "Güləmail
dünyaya, insanlara öz könlünü açır... Gülamailin
haykuları qoşma şeirinin ulu babalarıdır...
Onun haykuları ilk baxışdan
kiçik bir film kimi görünür.
Bu film bir-iki dəqiqəlik
olsa da, mənası bir ömür qədərdir"
(Nəriman Həsənzadə).
Ən yaxşı olanı odur ki, "Güləmail Muradın haykuları və vakaları milli şeirlərimizin
"Ərazisində" qərib
görünmürlər", onun təqdimatında yapon şeiri özünün "millətləşmə
dövrünü yaşayır.
Çünki bu şeirlərdə Azərbaycan
şairinin hiss və duyğuları öz poetik ifadəsini tapır, forma yapondan gəlir, məzmun isə milli bədii düşüncəni
əks etdirir" (Vaqif Yusifli).
Bu səmimi şairin illər öncəsi oxuduğum və heç unutmadığım
bir beyti var: "Ağlın özünə getməsin,
Güləmail gül
kimidir..." Özünəarxayınlıqla yazılmış misradı. G.Muradla şəxsi tanışlığın
elə ilk anındaca bu arxayınlığın
hardan qaynaqlandığının
fərqində olursan.
Yəni bilirsən ki, məhz bu cür,
belə yaşam tərzinin daşıyıcısı
olan kəs öz kimliyini, diqqətə çatdırılan
misraların təqdimatı
ilə, əmin-arxayın
şəkildə ortaya
qoya bilər. Bütövlükdə, sözə könül
verənlərin gül
kimi olması mənəvi və həyati bir zərurətdi. Dililə zəbanı
bir olanların yeridi bu məkan.
Nə yazıqlar ki, çox vaxt bunun əksini görürük, bu məkanda gül kimi qala bilməməyin
utancını yaşayırıq.
Və G.Muradın
"Güləmail gül
kimidir" arxayınlığını
Vaqif Səmədoğlunun
"Yenə, yenə şükür" təskinliyilə
tamamlamalı oluruq... Güləmailin istinad etdiyimiz
misrası gözəl
(həm də unudulmaz) bir təqdimatdı. Bu təqdimatın aparıcılığıyla
onun səmimi, duyğulu poetik dünyasına daxil olursan. Onun "O gün Günəş
məndə gecələdi"
şükranlığının ortağına dönürsən.
"Günəşlə doğuluram hər gün təptəzə"
sevincində yaşayırsan.
Səni əhatələynə
nə varsa, o səmtə üz tutub sidq-ürəklə demək istəyirsən:
Üzünü bizə çevir
-
bəlkə işıqlı
bir günəş
düşə...
"Sən də ağla mənim kimi, yoxsa qurumaz
göz yaşın"
dünyagörmüşlüyünün
son dərəcə poetik
bir ovqatla sərgiləndiyi bir ailəmin şairidi Güləmail... Onun ədəbi qəhrəmanı
ümid ağacından
asılmağıyla ümidsizlik
aləminin fövqündə
dayanmağın yolunu
gözəl bilir.
O, ən ağrılı,
müdhiş düşüncələrini
şeirin oynaq, diləyatımlı və
şux ovqatı ilə təqdim etməkdə ustadı. Məsələn, belə:
Eşqim
düyünə düşüb,
Gəl gör nə günə düşüb...
Güləmailin şeirlərində məzh onun öz pünhan dünyasına məxsus, onun olan, onunla
bir uyuyan, bir oyanan bir
Günəş obrazı
var. Bu sevdalı günəş
eynilə qarabağlı
Ağabəyim Ağanın
unudulmaz "yarım gecə gəldi, gecə getdi, heç bilmədim ömrüm necə gəldi, necə getdi" misralarında təqdim edilən könül dostunun bənzəri, ekiztayı kimidi. Eyni ovqatı, yaşamı sərgiləyir
bu misralar:
O gün Günəş
məndə gecələdi.
Dan söküləndə getdi...
Getdi... Ancaq imisti nəvazişini, xatirəsini özüylə
aparmadı. Sevən
bir könülü, yol gözləyən bir aşiqi ilin hər fəslində,
gecəbəgündüz gözləri
yol çəkən qəm pəncərəsinə,
bir şam işığına çevirib
getdi... Bu gedişin
ayrılıqlar ünvanına
döndərdiyi qəlbin
"üstündən karvan
yeriməz dağları"nı,
"diri olduqca libas, ölüncə kəfən" olan qiyafəsini bir yeni biçimdə göz önünə gətirir Güləmailin
poetik təsvirləri.
Bu poetik təqdimatlarda
olduqca vəfalı, fədakar, ümidli bir aşiq obrazı
sərgilənir. Bu aşiq çəkdiyi cəfalardan bezmir, usanmır, Məcnunanə,
Fərhad misallı bir tale yaşayır.
Dalana dirəndiyi hər bir məqamda vüsala yetməyin yeni yollarını arayır. Gözləri yeni yollar
"çəkir". Baxışları yeni ümidləri
qonaq eləyir. Eşqin ölməzliyini, dönəriliyini
gecə qaranlığından
doğulan səhər
şəkillənməsilə təqdim edir. Və bu təqdimatlar
Güləmailin təsvirində
son dərəcə cazibədar,
təbii, yaddaqalandı...
Ədəbi tənqidin dəyərləndirməsi
bu baxımdan özünü yüzdə-yüz
şəkildə doğruldur
ki, həqiqətən
də Güləmailin
hətta yapon şeir tərzində qələmə aldığı
haykularında belə
"Azərbaycan şeirinin
bədii təsvir və bədii ifadə üsulları obrazlı deyim tərzi ilə diqqəti çəkir".
Güləmail öz mövzularına sadiq, bu mövzularda
özünü tapa bilən, özünü bu məkanda rahat hiss edən söz adamıdı. Deyək ki,
vətənpərvərlik mövzusu, yurd uğrunda savaşmış
qəhrəman oğullarımızın
əziz xatirəsi onun ən başlıcası
öygü yeridi.
Bu mənada Güləmailin
"Döyüş yolları"
kitabında yer alan eyniadlı
poeması, "Canını
Vətənə sərhəd
elədi", "Günküt
zəfəri" və
s. kitablarına daxil etdiyi poetik nümunələr
xüsusi diqqət çəkir. Sözügedən
kitablarda yer alan poetik
nümunələrdə "Əlində avtomat, çiyin-çiyinə Vətən
sərhəddində duran
əsgərlər"imizin cəsur, şanlı həyat və zəfər yolu yüksək vətəndaşlıq
duyğuları, dərin
ehtiram hissilə qələmə alınır.
Güləmailin "Zəka çırağı"
kitabında isə görkəmli filosof-alim Nizami Cəfərovun Azərbaycan ziyalılığı
və ümumən, Vətən üçün
bir iftixar yeri olması həqiqətlərindən söz
açılır. Təqdir edilir
ki, bu görkəmli
alim çağdaş
həyatımızda dövlətçiliyimizin
möhkəmlənməsi, inkişafı yolunda həm ictimai, həm elmi, həm də siyasi istiqamətlərdə
yorulmadan, həvəslə
(eyni zamanda yüksək vətəndaşlıq
meyarları ilə) fəal iştirak edir. Nizami Cəfərovun özünəməxsus
elmi-poetik üslubu dərin zəkanın, müdriklik səlahiyyətinin
gerçək ifadəsi
ilə bir arada, onun mükəmməl
ziyalı obrazını
dolğun şəkildə
ifadə edir.
Güləmailin poetik aləmi, Xalq şairi Nəriman Həsənzadənin
də qeyd etdiyi kimi, hiss və duyğuların ağıl və təcrübənin məxrəcində
nəfəs aldığı
bir məkandı. Təbii ki, möhkəm özül üzərindədi və
bu özülü şərtləndirən amil
ilk növbədə istedaddır...
Sərvaz Hüseynoğlu
Ədəbiyyat qəzeti.- 2020.- 5
sentyabr.- S.22.