Azərbaycan Yazıçılar Birliyi
Lənkəran bölməsinin yeni sədri
Bu gün Azərbaycan
Yazıçılar Birliyinin
Lənkəran bölməsində
bölmənin yeni sədri Qafar Cəfərli əməkdaşlara
təqdim edilib.
Pandemiya
qaydalarına uyğun
keçirilən tədbirdə
AYB katibi Rəşad Məcid, yazıçı-dramaturq
Hüseynbala Mirələmov,
Lənkəran şəhər
icra hakimiyyəti başçısının birinci
müavini Möhübbət
Babayev iştirak ediblər.
Bölməyə təyin olunan yeni sədr Qafar Cəfərli bildirmişdir ki, bölmədə təmsil
olunan qələm adamlarının ədəbiyyatımızın
inkişafına yeni töhfələr verməsində
əlindən gələni
əsirgəməyəcək.
Xatırladaq ki, yazıçı Qafar Cəfərli AYB sədrinin müvafiq əmri ilə 17 avqust 2020-ci il tarixindən bu vəzifəyə təyin olunmuşdu. Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsinin bundan əvvəlki sədri şair İltifat Saleh idi. O, bir il öncə 84 yaşında vəfat etmişdi.
Ədəbiyyat qəzeti.- 2020.- 5
sentyabr.- S.14.