Çağdaş Danimarka şeiri

 

Bu dünyada qardan sakit heç yoxdur

 

2015-ci ildə "LindhartRinghof" nəşriyyatı Peter Poulsenin sayca 25-ci şeir kitabını çap edərək şairin 75 illik yubileyini qeyd etdi.

Poulsenin, Kopenhagen kitabxanasına baş çəkən  redaktoru Lene Vissinq  şairin aktiv fonddakı kitablarının axtarışına çıxdı və şairin  21 kitabını tapa bildi. Maraqlıdır ki, kütləvi rəqəmsallaşma dövründə kitabxanalar öz fondlarını  heç də həmişə çap məhsullarının deyil,  məhz  istifadəçilərin  maraqlarına müvafiq komplektləşdirirlər.  Demək, Poulseni oxuyurlar.

Təmkinli ironiya, tənqidçilərin fikrincə, büsbütün qeyri-ənənəvi modernist olan Poulsenin yaradıcılığının və şəxsiyyətinin başlıca keyfiyyətidir. Poulsen modernist sayılmağına etiraz etmirsə də, "qeyri-ənənəvi" sözüylə razılaşmır.

80 yaşı bir ay əvvəl tamam olan Peter Poulsen 1940-cı ildə anadan olub. Müasir Danimarka ədəbiyyatının görkəmli nümayəndəsi, şair, ssenarist, dramaturq, tərcüməçidir. Otto Gelsted mükafatına (1996), Danimarka Tərcüməçilər Birliyinin Şərəf Ödülünə (2000) layiq görülüb. "Cırcıramalar oxuyur" (1996),  "Titrlər" (2010), "Sükutu gizlincə dinləyərkən" (2015) başqa kitabların müəllifidir.

 

Səlim Babullaoğlu

Ədəbiyyat qəzeti.- 2020.- 12 sentyabr. S. 5.