Varisin
“Qızıl cib saatı”
Postmodern estetikada Umerto Ekonun ortaya qoyduğu
belə bir sual var: Aristotel
və ya Herodot niyə şair deyil, amma Homer, Vergili şairdir. Halbuki hər biri öz yazdıqlarını
bir ədəbi, əbədi mətn kimi yaradıblar. Bəzi müasir ədəbi mətnlərdə biz bir zamanlar bir-birindən ayrılmış tarix və ədəbiyyatın
sintezini müşahidə
edirik. Hətta burada sərhədlərin
hiss edilməyəcək dərəcədə
itməsi halları da olur. Demək ki,
önəmli olan əlahəzrət mətndir,
yerdə qalan təfərrüatdır.
Varisin oxuduğum
"Qızıl cib saatı" romanı yuxarıda dediyim məsələlər baxımından
olduqca maraqlıdır. Roman bir-birinə paralel addımlayan iki süjetdən ibarətdir.
Birinci süjet əri Qarabağ döyüşlərində şəhid
olan, atasının qisasını almaq üçün 17 yaşında
müharibəyə gedən
və əsir düşən oğlunun
intizarında əriyən
və bu intizarın bitməsi naminə evində gənc ermənini əsir saxlayan, ona öz balası
kimi qayğı göstərən ananın
hisslərinin dramını
detallı şəkildə
bizə anladır. İkinci süjet isə daha çox gündəlik xarakterli olub, İstanbul ermənisinin 1918-ci ilin
mart ayında ermənilərin
Azərbaycanda törətdiyi
soyqırımı öz
gözüylə görüb
qələmə almasından,
erməni vəhşiliyinin
erməninin öz dili ilə tarixi
faktlarla, tarixi şəxslərin adları
ilə ifşasından
bəhs edir.
Romanda müəllifin çox yaxşı nağılçı
olması aydın şəkildə hiss edilir.
Roman insan taleyinin
məhrumiyyətlərindən detallı şəkildə
bəhs etdiyindən birnəfəsə oxunur.
Oxucu, sanki baş verən prosesin hansı nəticə ilə bitəcəyi üçün darıxır.
Həm də Əsli ananın əzablarının
tez bitməsini istədiyindən romanı
da tez oxuyub
bitirmək istəyir.
Roman ermənilərin yüz il öncə
Bakıda törətdikləri
azərbaycanlı qırğınlarına
tutulan güzgü, həmçinin hazırda
da davam edən Qarabağ münaqişəsinin ədalətli
həlli üçün
aparılan informasiya savaşında çox yaxşı silahdır. Romanda təsvir edilən ana obrazı bütün Azərbaycan analarının ümumiləşmiş
insanpərvər obrazıdır.
Bu obraz əksər
hallarda heç bir ədəbi-bədii bənzətmələrlə deyil,
sadəcə, onun əməllərinin təsviri
ilə ədəbi qəhrəmana çevrilir.
Roman Azərbaycanın haqq səsinin dünyaya çatdırılması
işinə yardımçı
olacaq deyə, onun müxtəlif dillərə tərcümə
edilərək xarici ölkələrdə yayılması
çox yaxşı olardı. Bu işdə
ədəbiyyatın gücü
digər güclərdən
daha təsirlidir.
Mən belə
bir romanın ərsəyə gəlməsi
münasibətilə Varisi
təbrik edirəm,
"Qızıl cib saatı" romanına gözəl ədəbi
tale arzulayıram.
Xalq yazıçısı Kamal Abdulla
Ədəbiyyat qəzeti.- 2020.-
12 sentyabr. S. 18.