Bir yazının izi ilə

 

Son dönəmlərdə qonşu dövlətlərdən bizə düşmənçilik edən , özünü dost kimi göstərən , hətta içimizdəki bir sıra toplumlar da Alban (Alpan) dövlətinə, mədəniyyətinə, dövranın keşməkeşlərindən çıxıb, indiyədək qalmış abidələrinə şərik çıxır, elmi-tarixi gerçəklikləri saxtalaşdıraraq, onları özününküləşdirməyə cəhd edirlər. Bu proses 150 ildir davam edir "beynəlmiləlçi Sovet hakimiyyəti" dönəmlərində səngiməmişdir. ...Əslində bu xalq, bu millət heç vaxt susmamışdır. Ötən əsrin 20-ci illərindən başlayaraq qədər işıqlı adamlarımız pantürkçü, millətçi damğası ilə güllələnmiş, Sibir Qazaxıstanın çöllərinə sürgün edilmişlər. Lakin bütün bunlar millətsevərləri, xalqın işıqlı oğullarını susdura bilməmişdir. Bu baxımdan dəyişilmiş adlarla çıxmış "Ədəbiyyat qəzeti" aydınlarımızın tribunası olmuşdur. Çoxtirajlı zavod qəzetlərindən tutmuş bütün Azərbaycan mətbuatı Sovet senzurası tərəfindən çox ciddi yoxlandığı dönəmlərdə "Ədəbiyyat qəzeti" milli dəyərlərimizin qorunmasından danışan yazıları dərc etməyi bacarmışdır.

Ötən ilin dekabrında "Orxan Nəşriyyat Poliqrafiya" nın mətbəəsində nəşr olunmuş "Hər daşın altında bir tarix... batır (nostalji yazılar)" kitabı, gerçəkdən, mənim nostalji duyğularımı oyatdı. Kitaba adı verilmiş felyeton 1981-ci il iyulun 10-da tarixində mənim çalışdığım "Ədəbiyyat qəzeti"nin 25-ci (1955) sayında bir sıra maneələrə baxmayaraq dərc edilmişdi. Dağılan dağıdılan tarixi abidələrimizin qorunmasının vacibliyini haraylayan felyeton əslində müəllifin çalışdığı "Kirpi" jurnalı üçün yazılmışdı. Lakin sağdan-soldan, yuxarıdan edilən təzyiqlərə görə jurnalda dərc olunmamışdı. Yazının müəllifi, qəzetimizlə davamlı əməkdaşlıq edən Fazil Güney (Abbasov) onu redaksiyamıza təqdim etmişdi. Şöbə müdiri mərhum Sirus Təbrizlinin, baş redaktor Nəriman Həsənzadənin səyləri nəticəsində felyeton işıq üzü görmüşdü. Ona görə "səy" deyirik ki, o dönəmlərdə qəzetimiz AYB ilə bərabər Mədəniyyət Nazirliyinin orqanı idi. Yazının dərci üçün müəyyən kompramisə gedildi, Nazirliyin sözügedən idarə rəisinin adı felyetondan çıxarılmışdı. Əslində, əsas məsələ bəhs olunan abidələrin adının saxlanması idi. Adı bizim, özü ermənilərdə olan Yuxarı Əskipara kəndinə təhlükəsizlik baxımından, ermənilərin təxribatından ehtiyatlanaraq jurnalistin aparılmaması faktını da senzor pozdu.

Onu da qeyd edim ki, kitabda yer alan felyeton pamfletlərin bir qismi vaxtilə "Ədəbiyyat qəzeti"ndə işıq üzü görmüşdü...

 

Atababa İsmayıloğlu

Ədəbiyyat qəzeti.- 2020.- 12 sentyabr. S. 24.