“Əlişir
Nəvainin əsri və nəsri” monoqrafiyası çap
olunub
Almaz Ülvinin
“Əlişir Nəvainin əsri və nəsri”
monoqrafiyası çap olunub
Edebiyyatqazeti.az
xəbər verir ki, AMEA Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun “Sənətkarın elmi pasportu”
seriyasından 11-ci kitabı işıq üzü
görüb. İnstitutun Azərbaycan - Türkmənistan -
Özbəkistan ədəbi əlaqələri şöbəsinin
müdiri, filologiya elmləri doktoru Almaz Ülvi Binnətovanın
“Əlişir Nəvainin əsri və nəsri” adlı
kitabı çap olunub. “Əlişir Nəvainin
əsri və nəsri” adlı kitabda dahi sənətkarın
elmi-filoloji və dini-təsəvvüfi əsərlərinin
məzmun şərhi, bəzən mətn tərcümələri
təqdim edilib. Kitab Ədəbiyyat İnstitutunun Elmi
Şurasının 3 iyul 2020-ci il tarixli 3
saylı qərarı ilə yayımlanıb.
Kitabın
elmi redaktorları AMEA-nın birinci vitse-prezidenti, Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli
və Özbəkistanın nəvaişünas alimi, filologiya
elmləri doktoru, professor Şöhrət Siracəddinovdur. Monoqrafiya akademik İsa Həbibbəylinin “Azərbaycan
nəvaişünaslığının yeni səhifəsi”
adlı əhatəli ön sözü ilə nəşr
edilib. Kitabın rəyçiləri
filologiya elmləri doktorları Ataəmi Mirzəyev, Yaşar
Qasımbəyli və filologiya üzrə fəlsəfə
doktoru Akif Azalpdır. Məsul redaktoru isə
filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla
Məcidovadır.
570 səhifədən
ibarət kitabın ilk fəsli “Əlişir Nəvai:
dövrü, həyatı və
yaradıcılığından səhifələr” adlanır.
Həmçinin “Əmir Əlişir Nəvainin
bu tədqiqatda bəhs edilən elmi-filoloji və dini-təsəvvüfi
əsərlərinin xronologiyası” da yer almışdır.
Kitabda tədqiqatın qısa mahiyyətini ifadə
edən ingilis dilində geniş xülasə, ədəbiyyat
siyahısı və müəllifin Əlişir Nəvai,
özbək ədəbiyyatı və ədəbiyyatşünaslığı
ilə bağlı yazdığı kitabları və məqalələri
də təqdim edilib. Kitab “Elm və təhsil”
nəşriyyatında çap olunub.
Ədəbiyyat qəzeti.-
2020.- 19 sentyabr. S. 20.