"A"
HƏRFİ
Bütün birincilərə...
Hər bir uşağın cəmiyyətlə
şüurlu təması
birinci sinifdən başlayır. Məktəb bütün insanların
ilk koqnitiv fəaliyyəti
sayılır. Uşaqlar yazmağı,
oxumağı, müşahidə
edərək, bilik, bacarıq və vərdişlərin mübadiləsini
məktəbdə öyrənirlər.
Ərzaq,
geyim, oyuncaq kimi maddi maraqları
ilə yalnız dərslərini hazırladıqdan
sonra məşğul
olurlar.
Fəray birinci sinifdə oxuyurdu. İlk məktəb kitablarını
sevinclə evə gətirdi. Birinci gün bu kitablar haqqında təsəvvürü olmadığı
üçün oyuncaq
kimi rəftar elədi. Kiçik bacısı Minə
ilə dəfələrlə
məktəb çantasını
töküb yığdılar.
Gah kitablardan ev düzəltdilər,
gah da pilləkən.
Fəray
bu kitabların sehrini bilmirdi. Hələ anlamırdı
ki, uşaqlar bu kitabların vasitəsi ilə sinifdən sinfə keçərək gələcəkdə
daha böyük mərhələlərə daxil
ola biləcəklər.
Ertəsi gün, məktəbdə
hamı kimi Fəray da əlifba
kitabının ilk səhifəsini
açaraq, dərsə
başladı. Bütün dillərdə olduğu kimi, Azərbaycan dilində də ilk hərf "A" hərfi idi. Uşaqlar bu hərflə başlayan xeyli söz dedilər. Əvvəlcə hamı sevdiyi meyvələrin adını çəkdi:
alma, armud, alça, ananas, albalı. Bütün meyvələri insanlara bəxş edən "Ağac", gecələri
dünyanı işıqlandıran
"Ay", təmizlik, paklıq
rəmzi olan "Ağ" rəng və gerbimizdə qədim azərbaycanlıların
atəşpərəstliyini simvolizə edən "Alov" sözləri ən yadda qalan
və maraq doğuran sözlər oldu. Əlifbamızda uşaqlar üçün
maraqlı şeirlər
yazan şairlərimizin
- Abdulla Şaiqin, Abbas
Səhhətin adlarının
"A" hərfi ilə başlaması da bəlkə də bir təsadüf
idi.
"Aprel döyüşləri"
isə uşaqlıq xatirələrimin qəhrəmanlıq
abidəsi kimi qalmışdır.
Sonra
"A" hərfi ilə bizi böyüdərək
məktəbin qapısına
ötürən ana -ata və ailə
sözü başlayır.
"A" hərfi ilə
başlayan yanıltmacı
isə evdə balaca Minəyə də öyrədəcəyini
düşünürdü: "Aşpaz Abbas aş asmış, asmışsa da az asmış".
Ağıllı, alicənab,
ali təhsil
və azadlıq
"A" hərfi ilə
başlayan insana aid xüsusiyyətlərdir.
Yaşasın Azərbaycan! Bizim
Ana yurdumuz Azərbaycan
da "A" hərfi ilə başlayır. Amma nədənsə Əlifbada
"A" hərfi ilə başlayan sözlərin arasında Azərbaycanımızın adı
yazılmayıb.
Dərs bitmişdi. Fəray artıq evdə
idi. O, bütün
günü bacısı
Minə ilə "A" hərfi ilə bağlı sözlər düşünürdü.
Bu yaşlarına qədər
rastlaşdıqları "A" hərfi ilə başlayan bütün sözləri
təkrarladılar. Minənin artıq
yuxusu gəlirdi, bacısının əlindən
canını qurtarmağa
çalışırdı. Gözlərini ovuşduraraq,
Allah görür ki, mən "A" hərfi ilə başlayan başqa sözlər bilmirəm dedi. Fəray Allah sözünü eşidəndə,
"A" hərfinin müqəddəsliyini düşündü.
Ana, ata, ailə, ana dili, azadlıq
və Azərbaycan Yaradanın ən müqəddəs varlıqları
olduğu üçün
bəlkə də
Allah ilk insan oğlu Adəmdən başlayaraq,
öz adının
ilk hərfinə uyğunlaşdırmışdır.
Fidan Nizaməddinqızı
Ədəbiyyat qəzeti.-
2020.- 19 sentyabr. S. 32.