Üsyanı
edam etdilər Seyyid Əli Nəsimidə!
Edam etdilər...
Ruhu
göylərdə mələkdi Nəsimi deyilən dərdin,
Zəmanəyə əyilməyən, Allaha əyilən
dərdin.
Dərisi
"Quran" sətriydi Nəsimi boyda bir mərdin,
Üsyanı
edam etdilər Seyyid Əli Nəsimidə!
Gəzirdi
haqqın hərfini, tapdı alnında Hələbi,
Gördü
ki, bu dövran döyür Tanrı yanında Hələbi,
Gizlətmişdi
zəmanədən sözün canında Hələbi,
Vicdanı
edam etdilər Seyyid Əli Nəsimidə!
İki
cahan sığan canda on səkkiz min aləm vardı,
Əvvəlin-axırın
şəkli, Adəm vardı, Xatəm vardı...
İdrakının
meydanında Yer-Göy adlı rəqəm vardı,
Meydanı
edam etdilər Seyyid Əli Nəsimidə!
Gəzdirdilər
səhra-səhra, heyrətdən saldılar zənni,
Qanlı
dövran qərarında daşlara çaldılar zənni,
Fələklər
atdığı oxla hədəfə aldılar zənni,
Gümanı
edam etdilər Seyyid Əli Nəsimidə!
Allahla
insanın cəmi onda "Ənəlhəqq" fəhmiydi,
Həqiqət
dərgah məqamı, cəhalət şeytan zəhmiydi,
Kamal insan
mərtəbəsi, uca rəhmanın rəhmiydi,
İnsanı
edam etdilər Seyyid Əli Nəsimidə!
Könlüydü
eşqin məhvəri, nurlandırdı ləl-gövhəri,
Aləmə göstərdi şəri, haqqa
çağırdı bəşəri.
Ondakı
sözün hünəri, tapdı "Allahu-Əkbər"i,
Zamanı
edam etdilər Seyyid Əli Nəsimidə!
O, Həllacdan
Nəimiyə bir yolu bəyan eylədi,
Küfr
ilə iman fərqini nəfsə imtahan eylədi...
Xilqətin
Adəm sirrini Nəsimi əyan eylədi,
Əyanı
edam etdilər Seyyid Əli Nəsimidə!
Aydına
qəhqəhə çəkir Nəsimi yaşda rəzalət
Altı
yüz il vaxt adlayıb, xəcalətdidi xəcalət...
Nəsimi
soyulan günü elə bildi ki, cəhalət,
İrfanı
edam etdilər Seyyid Əli Nəsimidə!
Durum gedim ölməyə
Çox
dəydi güllə sözüm,
Qırılmadı
daş dözüm...
Məni
görmədi gözlüm,
Korum,
gedim ölməyə!
Durum gedim
ölməyə!
Nəfəs
dərdim bir hovur,
Gedim
ruhumu qovum...
Yaşasın
od-alovum,
Qorum,
gedim ölməyə!
Durum gedim
ölməyə!
Xeyir-açar,
şər-qıfıl,
Açılmadı
sirr-qıfıl...
Ürəyimə
bir qıfıl -
Vurum,
gedim ölməyə!
Durum gedim
ölməyə!
Güzgülənmə,
ay nadan,
Nə qandın sən aynadan?!
Ağlım hanı?! Dünyadan -
Sorum,
gedim ölməyə!
Durum gedim
ölməyə!
Bütün
sevincin cəmi,
Əvəz etməz bir qəmi.
Fikir
üstə qələmi -
Yorum,
gedim ölməyə!
Durum gedim
ölməyə!
Kəpəz
olsun başdaşım,
Şəkil
yeri boş daşım...
Gözlərimdə
göz yaşım,
Nurum,
gedim ölməyə!
Durum gedim
ölməyə!
Süleymanın
taxtının,
İlan
qazıb altını...
Əcəlin
saatını,
Qurum,
gedim ölməyə!
Durum gedim
ölməyə!
Bir salxım
üzümdü mənim ürəyim
Meynə
ağacıdı vaxt, zaman indi,
Üzüm çardağıdı, asiman ki, var.
Ahımdan
uzadam nərdivan indi,
Üzüm salxımıdı göydə buludlar.
Üzüm
tənəyində salxım sayanda,
Qoynumda alışıb-sönür əllərim.
Sinəmdə
qəzəbim salxımlayanda,
Üzüm
yarpağına dönür əllərim!
Nədən
gətirmədi arzular üzüm,
Bəs niyə həyatım şirələnmədi?!
Meynə
ümidimə su tökdü gözüm,
Biri
böyümədi, irilənmədi...
Bu acı
dünyada şirin axtaran,
Səni də
mənimtək huş aparıbdı.
Gündüz
ağ üzümdü, gecə də qara,
Gözümü açdım ki, quş aparıbdı.
Yarpaqdı,
salxımdı,əlim,ürəyim -
Vardır bu dünyanın məntək
ağrısı.
Bir
salxım üzümdü mənim ürəyim,
Yeyib
qurtaracaq ürək ağrısı!..
Ürək
ağrısından yıxılıb ölsəm
Ən uca
zirvənin qar ağlığından,
Ən dərin dənizin dibini gördüm.
Baxdım
ucalığın qaranlığından,
Varlıqda yoxluğun qəlbini gördüm.
Qanlı
dişindədi sükut uçrumun,
Hissimi qorxuda yeritmişəm mən.
Zirvədə
itirib səsim huşumu,
Ağlımı uçruma yedirtmişəm mən.
Zirvədən
yuxarı bir zirvə də var,
Mənim ürəyimin başıdı, gedək.
İnad,
qanadım ol, məni tez apar,
Ürək
ağrısıyla bir söhbət edək...
Min ildir səbrindən
daş qopan dağın,
Ürək ağrısından bulaqlar axır.
Mənim
ürəyimə ağrıdan yaxın,
Dünyada
kim var ki, nə var ki, axı.
Ömür
bir udumluq macal kimidi,
Axırda bir məzar daşına dönür.
Mənim
ürək ağrım qartal kimidi,
Zirvə ürəyimin başına dönür.
Dünyada
bir dəfə ürəkdən gülsəm,
Deyərlər:
"Bəs qəmin şairi kimdi?!"
Ürək
ağrısından yıxılıb ölsəm,
Bilin ki,
qatilim şairliyimdi...
Göz yaşı
sahilində
Ürək şah sarayıdı, dərddi
şahı ömrümün,
Dərdin
fərmanındadı hər günahı ömrümün,
Əməlli
açılmayıb çox sabahı ömrümün,
Yeni sabahlar doğan axşam şəkli çəkirəm.
Rəng gəzirəm,
bəxtimin rəngini ağartmağa,
Başladım
qazan göyə ahımdan yağ
atmağa,
Bu
qaranlıq dünyanı işığa
çıxartmağa,
Eşqin
qara gözündə bir şam şəkli çəkirəm!
Qundaq sinəmə
büküb, ağrıları yatırıb,
Özümü
tənhalığın çadırına
çatırıb,
Fırça
kirpiklərimi göz yaşıma batırıb,
Nəsimi
fəryadında edam şəkli çəkirəm!
Göyə
uzanan əllər dən tutan sünbül olub,
Elə
ağırlaşmışam, dağ məndən
yüngül olub...
İnsanlığa
sancılan oxlar qızılgül olub,
Haqqın
ovcu içində adam şəkli çəkirəm!
Gah dəymişindən
endim, gah kalından dünyanın,
Dövran
barıt düzəldir əhvalından dünyanın,
Hamı
doyub qurtarıb halalından dünyanın,
Çəkdiyim
halal olmur, haram şəkli çəkirəm!
İndiki
Koroğluya əsl Qırat gərəkdir,
Min
yarağın olsa da sənə inad gərəkdir...
Saray
şəkli çəkməyə bir ömür vaxt gərəkdir,
Göz
yaşı sahilində bir dam şəkli çəkirəm!
Bəxtin bəxt
kitabına...
Yarpaqlar
köç şəklidir, bu payızın yelində,
Bəlkə səndən danışır durnalar
quş dilində.
"Gəmi"
çəkən dayanar ömrünün sahilində,
Əzrayılın
əlində avar şəkli çəkər, qız!..
Yanağının
közündən sönməz ocaq çatıb qəm,
Sonra da
saçlarının qarğışında yatıb qəm...
Qaranlıqla
işığı bir-birinə qatıb qəm,
Surətini
asmağa divar şəkli çəkər, qız!..
Eşqin
qanad da əkdi səbrin soyuq daşına,
O daş
səni fırladı gecə-gündüz başına,
Fırça
kirpiklərini batırıb göz yaşına,
Birdən
tale üzünə məzar şəkli çəkər,
qız!..
Ağırlaşan
buludlar ağrı çəkib qurtarıb,
Yağışlar
ürəyinə cığır çəkib qurtarıb,
Tərəzi
sırğaların ağıl çəkib qurtarıb,
Şöhrət
güllü yaxana bazar şəkli çəkər, qız!..
Dünya
bayquş gözündə fırlanan xarabadı,
Günlə
Ay təkəridi, asiman arabadı...
Demə
ki, xəyalının səfəri əzabadı,
Bəxtin
bəxt kitabına qərar şəkli çəkər,
qız!..
Görkündə
ölən şairəm
İlahi,
Həsənoğluyam, Əbül-Üla Gəncəviyəm,
Şahavatam,
Urmaviyəm, Xəttat Nəzzamın qəlbiyəm,
Nənəm
Məhsəti fəhmiyəm, babam Nizami təbiyəm,
Xaqanitək
didərginəm, hər gündə ölən şairəm!
İbn
Sina, Biruniyəm, Əl-Fərabiyəm, Tusiyəm,
Qətran
Təbrizi dərdliyəm, Cəlaləddin Rumiyəm,
Əmir
Xosrov Dəhləviyəm, Əlişir Nəvai kimiyəm,
Mücirəddin
Beyləqani mülkündə ölən şairəm!
Laməkanam,
Nəsimiyəm, Nəsimi himnimdi mənim,
Məhəmməd
Füzuli qəmi şair görkəmimdi mənim,
Seyyid
Əzim Şirvaniyəm, Sabir söz mərmimdi mənim,
Mən
dağların, dənizlərin yükündə ölən
şairəm!
Arif
Ərdəbili dərdli, Həbibi adlı bikəsəm,
Tək
Allaha ibadətəm, içimdə hərbə məhbəsəm,
Qılıncla
qələm qədləyən Xətai əsilli səsəm,
Pirsultan
Abdal yanında mürgümdə ölən şairəm!
Molla Pənah
Vaqif kimi qara bəxtli bəxtəvərəm,
Mən
Qasım bəy Zakir kimi ahdan yapışan hünərəm,
Molla Vəli
Vidadiyəm, ürəyim bağlayıb vərəm,
Mirzə
Şəfi Vazeh kimi kökündə ölən şairəm!
Vurğunam,
saxta ovçuluq hər yerdə səbrimi yorur,
Dünən
üzümə duranlar bu gün də üzümə durur,
Müşfiqəm, "Oxuma tar!" "Oxu tar"a tələ
qurur,
Öldüm
Hələbdə, sonra da Nargində ölən şairəm!
İblisə
uyduğu üçün güldü haqqa bəşəriyyət,
Gündə
bir kürsüyə çıxdı yaltaqsifət,
satqınniyyət,
Baxıb
qanlı oyunlara Allah da çəkdi xəcalət,
Uladı
bayquş böhtanlar sürgündə ölən şairəm!
Bəli!
Cavid əfəndiyəm! Dövran cani, şər rəzalət,
Yun
basmış qoyun idrakın qəhqəsi bir cəhalət...
Yaxşı
ki, sakinəm sənə, sən ey ulu əbədiyyət,
Aydınam!
Aydınam! Allah! Görkündə ölən şairəm!
Sənin göz
yaşında üzən gəmilər
Gözlərin
dünyanın utancağıdır,
Həyan göz yaşında edama gedir.
Nəmli
kirpiklərin körpü tağıdır,
Altından
adlayıb axşama gedir -
Sənin
göz yaşında üzən gəmilər!
Uçur
baxışların qağayı kimi,
Enir qağayılar dənlənən yerə.
Sənin
sükutunun harayı kimi,
Eh, haray
daşıyır mavi Xəzərə -
Sənin
göz yaşında üzən gəmilər!
Axır
ürəyindən gözünə çaylar,
Sənin göz yaşınla əkizdi yağış.
Daşıb-tökülürlər
üzünə çaylar,
Bir sənə
tanışdı, bir mənə tanış
-
Sənin
göz yaşında üzən gəmilər!
Dəniz
limanıyam eşq adasında,
Gözümün nuru da bənizindədir.
Yelkən
var bu şeirin hər nidasında,
Mənim
göz yaşımın dənizindədir -
Sənin
göz yaşında üzən gəmilər!..
Bıçaq
Canın
ki, soyuq dəmirdi,
Kəsdiyin
baş müqəssirdi...
Qibləmiz
qanla əlbirdi,
Deyilsən ki, naşı, bıçaq?!
Nahaqqın
ərki, itilən,
Kəsərsən
nəki, itilən,
Dərdimə
çəkil, itilən,
Dərddi bülövdaşın, bıçaq.
Gecəyə
sürtül, təmizlən,
Açıl, örtül, hey əzizlən.
Başların
altında gizlən,
Yat keflə yanaşı, bıçaq.
Canlar
yıxıldı nazına,
Əl çalaqmı güdazına?!
Necə
sığışdı ağzına,
Bir sürünün başı, bıçaq?!
Mələyənə
qoşul, mələ,
Bu
dünya qurulub belə...
Sən
olubsan bilə-bilə,
Baltanın qardaşı, bıçaq.
Göz
yetir kökə, bordağa,
Başla "Yallı" oynamağa.
Gəlir
qanını yumağa,
Dünyanın göz yaşı,
bıçaq!..
Aydın Murovdağlı
Ədəbiyyat.-
2020.- 11 yanvar. S. 2-3.