Yuxarıdan
Tanrı baxır Asimana
Yuxarıdan Tanrı baxır Asimana
Yuxarıdan Tanrı baxır
Asimana...
Kainatda ulduz axır
yana-yana.
Hər Günəşin ətrafında
səyyarələr...
Dolanırlar, yaşayırlar,
qızınırlar.
Səyyarədə yaşayanlar
İtirirlər, qazanırlar.
Əlbət ki, biz kainatda tək
deyilik.
Gələn yoxdu, gedən yoxdu,
Öyrənən, öyrədən
yoxdu.
Adamıq - mələk deyilik.
Heyif ki, düşünən yoxdu
Yer üzündə tək deyilik.
Ağlımızı sərf
etmişik silahlara
Dənizlərdə, torpaqlarda,
Canlılarda, cansızlarda
sınaqlara...
Hər silahla, hər sınaqla,
Yol açırıq günahlara.
Canlıları öyrətmişik
Bizim üçün
çalışmağa...
Bəzi quşlar, itlər belə
Öz dilini unudubdu,
Başlayıbdı bizim dildə
danışmağa.
Xəstəliyi qurda-quşa
yeridirik...
İnsanlara yaymaq üçün,
İnsanların güzəranın
Yaman günə qoymaq
üçün,
İşlər görürük
çətin, asan
Belə çıxır
insanın bir düşməni var
Bu dünyada o da - insan!
İnsan Allahın kəşfidi,
Əməyidi, övladıdı.
Bəli, "İnsan" ilk
İnsanın ilk adıdı.
Biz yaradan silahlarla,
Biz törədən günahlarla
Cəhənnəmin qazanını
qaynadırıq.
Yer kürəsin məhvərindən
oynadarıq.
Ulduz olub axar gedər yana-yana
Unutmayın,
Yuxarıdan Tanrı baxır
Asimana.
06.01.2020
Xəbərsiz
vaxtı
Zarafatyana
Oğurluq etmədim qonşu
bağından,
Şamama! Yetişdin, qopdun
tağından
Bir öpücük aldım al
yanağından
Gözünün üzündən
xəbərsiz vaxtı.
Hüseyn Arif demiş: "Hə,
olub, olub..."
Səni yad etmişəm, gözlərim
dolub,
Qoynuna yuxutək girdiyim olub,
Özünün, özündən
xəbərsiz vaxtı.
Sən sildin gözümdən
dumanı-çəni...
Bir sözün saçımın
oldu ağ dəni.
Çox sonra dedin ki, "sevirəm
səni"
Dilinin sözündən xəbərsiz
vaxtı.
Özüm öz canıma qəniməm,
qənim.
Səmavi eşqidir imanım, dinim.
Bir sözlə, atamı
yandırdın mənim.
Dodağın közündən xəbərsiz
vaxtı.
Başında ağ örpək -
bu ağ bayrağın...
Baxtını sınamaq istədin,
yəqin...
Ayağın gətirib səni,
ayağın!
Ayağın izindən xəbərsiz
vaxtı.
Mən də əkdiyimi bir vaxt
biçəcəm
Ayrılıq şərbətin mən
də içəcəm.
Bir gecə dünyadan mən də
köçəcəm
Özümün özümdən
xəbərsiz vaxtı,
Uzun bir gecənin səhərsiz
vaxtı.
07.01.2020
Sevgilim
Rayanın 70 yaşına
Gəldin Günəş kimi yox
oldu axşam.
Özüm də bilmədim nə
vaxt yanmışam.
Bu necə qaydasız oyundu canım
Sən "mat" deməmisən,
mən mat qalmışam!
Eşqimə gülməyin, siz
yanarsınız!
Heç kimə gülməyin,
dayanarsınız...
Səksən beş yaşımda
hələ sevirəm,
Başınıza gəlsin
inanarsınız!
08.01.2020
Raya
- Banu xanıma
Yetişdin yetmiş yaşına
Nəvələr
yığılıb başına,
Çıxıb
baxça-bağda gəzmə!
Tək canına, tək
başına.
Baxmaram ha göz yaşına...
Əlli il əvvəlki kimi
Mən yenə də
qısqanıram.
Səni sənə də
qısqanıram,
Ayaqlarına sərilmiş
Kölgənə də
qısqanıram,
Yarım mən səni, mən səni.
Ağbirçəkli, qara
gözlü,
Qarım mən səni, mən səni!!!
10.01.2020
Fikrət
Qoca
Ədəbiyyat
qəzeti.- 2020.- 11 yanvar. S. 6.