Ata
evinin divarı önündə
Qayıdıb səninlə
üz-üzə durmaq,
Bir də üz söykəmək
o daş sinəyə,
Dalıb keçmişlərə,
möcüzə olmaq,
Yumruqtək tökülmək
çaş-baş sinəyə.
"Niyə tanımadın, ay
divar, məni? -
Səni öz əlimlə bəzəmədimmi?"
-
Deyib, keçmişləri oyada
bilmək,
Deyib, o illərə qayıda bilmək...
İsti qucaq açmaq o yetim
qıza, -
Bir qədər sonrası... O həkim
qıza, -
Sonrası o rəssam, o şair
qıza,
O alim, müəllim... və sair
qıza...
Demək, anlatmaq ki, sənin arzunam,
Çox da ki, bir qədər
kövrək, məhzunam.
O vaxtlar çəkdiyin əzab
sonuyam,
Ehtiyac, iztirab, əsəb sonuyam.
Mənəm ki, gəlmişəm
aç qollarını,
Atıl ağuşuna, sarıl
boynuma,
Qovuş varlığıma,
qıvrıl qoynuma.
Səndən yox, özümdən
uzağam indi,
Dindirmə, ağlağan
uşağam indi.
Sənin əl izinin divar tozuyam,
Atamın, anamın yetim
qızıyam.
İndi tanıdınmı, ay
divar, məni?
Qoy gedim, ağlatdın o ki var məni.
2019
Tale
Məni Günəşdən
sıxdı,
Məni buluddan sıxdı.
İçimdə şölə
çəkən
Alovdan, oddan sıxdı.
Sıxıldım damla-damla,
Sıxıldım ətlə,
qanla.
Dünya dolu adamla
Adəmdim, addan sıxdı.
Vardı anam, atam da,
Vaxt məni aldadanda.
Balaydım, bal dadında...
Böyüdüm, daddan
sıxdı.
***
Hara deyirlər, desinlər, -
Siz üzü Günəşə
gedin.
Təpə aşın, çay
adlayın,
Tala keçin, meşə gedin.
Gedin bəxtinizə kimi,
Gedin vaxtınıza kimi.
Tapın taxtınıza kimi,
Hara getdiz, tuşa gedin.
Bədxahlardan üz çevirib,
Səbrinizə duz çevirib,
Ölçüb-biçib yüz
çevirib,
Qəlbinizlə qoşa gedin.
Sözü
Söz ardınca çapar oldum,
Gah qapı, gah hasar oldum.
Hərdən elə bezar oldum,
Sındırdım qanadım
sözü.
Saldı məni ayağına,
Yatdım hərdən
oyağına.
Düşdüm isti-soyuğuna,
Ömrümə qaladım
sözü.
İçərimdə
qar-qış idi,
Gün-güzəran
qarğış idi.
Qeybdənmi
çağırış idi, -
"Bal" deyib, yaladım
sözü.
***
Biz daha o günlərin
Uzaq görüşləriyik.
Acı ayrılıqların
Şirin görüş yeriyik.
İrimiz xırdalanıb,
Sirrimiz qurdalanıb.
Ömrümüz xırdalanıb,
Şükür yenə diriyik.
Sorduq vaxtın iliyin,
Yığdıq elmin, biliyin.
O ötən yüzilliyin
Övliyası, piriyik.
Tikinti
şirkətlərinə
On yeddinci mərtəbəni
tikməyin, ağalar.
Qaldırın binanızı
iyirminci,
otuzuncu mərtəbəyə,
ancaq
on yeddini tikməyin:
On yeddi yaşlıların
ömrü
atılır on yeddinci mərtəbədən
lazımsız kağız
qovluğu kimi, -
tikməyin on yeddinci mərtəbəni!
Ya da
tikirsiz,
on yeddincidən başlayın
binaları.
Ta ki, ən yuxarıda
birinci mərtəbə olsun:
Birincidə yaşamaq istəyən
olmadığı kimi,
oradan atılmaq istəyən də
olmaz,
güman ki...
Başlayın binaları
on yeddidən -
gələcəyin
intiharını
azdırmaq üçün.
Görüş
yeri
Məzunların "60 ildən
sonra" görüşünə
Hər il yığışıb
gəlirlər...
Gəlirlər
60 illik ayrılığı
yumaqlaya-yumaqlaya.
Guya ki, -
heç nə baş verməyib.
Guya ki, -
60 il keçməyib
o möhtəşəm
buraxılış ilindən.
...100 idilər o vaxt, -
60 il əvvəl.
Gələ-gələ
azaldılar.
Gəlməsəydilər,
azaldıqlarını bilməyəcəkdilər
bəlkə də!
Hər gələndə -
5 nəfər...
Sonra -
10 nəfər...
Sonra - 20-30 nəfər birdən...
Və nəhayətdə
yenə gəldilər:
Bir nəfər -
99 nəfərlik xatirə ilə.
Həmin o görüş yerinə
iki damla göz yaşı
düşdü
beli bükülmüş
ağsaçlı bir nəfərin
gözlərindən.
Düşdü və
99 yerə çilikləndi
iki damla
göz yaşı...
Yaşılımda
Yaşılımda
uşaq idim; -
qaça-qaça yeriyirdim
arxasında böyüklərin.
Yaşılımda
maraq idim; -
bu dünyanın
əməlinə
təməlinə,
əməllərin sirrinə-səmərinə.
Yaşılımda
budaq idim; -
çiçək-çiçək
açılırdım
gülüşlərə,
gedişlərə-gəlişlərə.
Yaşılımda çıraq
idim; -
işıq idim
tanışlara-bilişlərə,
qohumlara,
qonşulara.
Yaşılımda varaq idim; -
ağappaqdım
öyüdlərə,
öyüd verən
böyüklərə,
müdriklərə...
Qopub düşdüm
yaşılımdan; -
yarpaq-yarpaq,
budaq-budaq.
Sönüb getdim
yaşılımdan; -
işıq-işıq,
çıraq-çıraq...
Varaq-varaq
dünənləşdim,
ötənləşdim,
keçmişləşdim...
Baharı yox,
bəhəri yox səhra
düzümü,
yaşamaq dözümüyəm
daha.
Bağışlamaq
günahı
Nə qədər ki,
sizi
bağışlamamışam,
mənimləsiniz, -
hisslərimin,
duyğularımın,
əsəblərimin
ən zülmət guşələrində,
əlimdə
xatirələrinizdən od tutub
yanan amansız çıraq,
sizi gəzirəm,
sizi arayıram,
sizi anıram
zülüm-zülüm.
Bilirəm ki,
bağışladım,
çəkilib gedəcəksiniz,
heç iziniz-tozunuz
qalmayacaq.
Yenə tək,
yenə tənha qalacağam.
Bir nifrət
anı səslədiyim
olmayacaq sizi.
Firuzə
Məmmədli
Ədəbiyyat
qəzeti.- 2020.- 11 yanvar. S. 9.