Evangelie
- xeyir xəbər...
Lap dəryanın
içiylə uzaqlaşıb gedəsən Daha təmiz
dünyaya Nuhun gəmisi ilə...
Bir əsa
ola, bir də dəniz,
Su
yarıla, keçəsən.
Dəryanın
ortasında
bədənin
pul-pul ola,
Sən
balığa dönəsən.
Görəsən
ki,
həyat
dəryada da eynidir.
Bezəsən
eynilikdən.
Suyun
süzülə-süzülə
yenidən
qayıdasan
adamların
içinə...
Lapdan
bir alma düşə başına gündüz
çağı.
Uçan
arzularını cəzb edib yerə sala.
Yığasan
bir torbaya xatirə yığınını
Atasan
lap uzağa...
Gümüş
ayna önündə
"Kim
gözəldir dünyada?"
Sözünü
dilə alan adamlar arasında
Yaşamaq
bacarasan.
Milyon
dəfə enəsən,
milyon
dəfə qalxasan
həyat
keçidlərində.
Pisliklərə
baxmadan böyük süfrə açasan
Öz
əlinlə böləsən çörəyi dilim-dilim
Dost
bildiyin adamın əliylə satılasan
Beş
quruşluq dünyada.
Yuxu
alıb apara səni gerçək aləmdən
Tütək
sədası ilə
Eyni
torba içindən qıvrılmış ilan kimi
Yavaş-yavaş
çıxasan.
Oturasan
daş üstə
Baxıb-baxıb
uzağa,
Doyunca
darıxasan.
Sonra
bir vərəq gələ
üz-üzə
dayanasan
o an
özün-özünlə.
Ağ
vərəqə yazasan
Taleyini
əlinlə.
Dəvənin
beli kimi
əyri-əyri
yazasan.
Dili
kəsilmiş kimi,
Susa-susa
yazasan.
Özünü
kəndirindən
asa-asa
yazasan.
Dəli
bir külək qopa,
Buludlar
qaça-qaça göy üzünü tərk edə.
Özünə
düşmən olmuş,
Özünə
qatil olmuş
İnsanların
önündə
Əl
atıb başındakı örpəyini açasan
Sərəsən
yer üzünə.
Barışmaq
asan deyil,
küsmək
də asan deyil.
Dağıtmaq
asan deyil,
Qurmaq
da asan deyil.
Doğulmaq
da həmçinin,
Ölmək
də asan deyil.
Bəs
yaşamaq?
Yaşamaq,
asandırmı dünyada?
Kimsə
kiçik oyuncaq,
Kimsə
oyun qurbanı.
İpdən
əllər asılıb,
İpdən
qollar asılıb.
Gülməli
oyunların
Gülməli
adamları.
Ərköyün
uşaq kimi
Oyunu
dağıdasan.
Bir
küncə çəkiləsən
Küsüb
oynamayasan.
Bir
çəlik düzəldəsən
Öz
əlinlə, çox hamar,
Vicdanı
olanları
Ardınca
aparasan.
Lap dəryanın
içiylə
Uzaqlaşıb
gedəsən
Daha
təmiz dünyaya
Nuhun
gəmisi ilə.
Günel EYVAZLI
Ədəbiyyat.-
2020.- 11 yanvar. S. 19.