İkidəbir
pıçıldamaq...
Mən səni tənhalıqdan daldalanmaq
üçün,
mən səni hamıdan gizlənmək
üçün sevmişdim...
Get yıxıl
yat, qoy öpüm
mən də adından sənin
Gecə mistikası
Bir az hava soyuqdu,
bir az adamlar çətin
Bir az
yarıyuxulu, bir az halsız, ərköyün...
Qaranquş təkliyidi, gizlənən
ev damında
Allah bilir, bir də sən, sən
də heç daha bilmə.
Görürsən hərdən məni
sevənlər də incidir
Hərdən kimsəsiz itlər
düşür mənim yadıma.
Nə edəsən olur da, həyatda
belə şeylər
Sənin başın
qarışır, əsas odu yaxşısan.
Biz də pis deyilik ki,
yaşayırıq, min şükür...
pis-yaxşı yaşayırıq, sən
də heç daha bilmə.
Payız da belə getdi, indi baxdım
qar düşüb
Məni kimsə buraxıb
qışın ortalığında.
Payız yarpaqlarından hələ
çiçək hörürəm,
mənə heç kim yaraşmır
bu cür tənhalığımda...
Sən də heç daha bilmə,
günəşdən gözləntimi,
Sən də heç daha bilmə
qollarımın boş yerin,
Sən də heç daha bilmə,
yağışın islatdığı,
Köynəyimi qurudub, sənə dua
edirəm:
Qurban olum, İlahi, ən
yaxşı bəndələrin
Ən yaxşı çiçəklərin,
ən yaxşı yarpaqların
Xətrinə sən
bağışla, əlindədi, bilirəm...
Nə zülmlər var imiş, nə
görəcəkli günlər
Allah xətrinə qayıt!
Qayıt, heç nəyə görə
bircə canını sıxma
canını sıxma, gülüm, sənin
canın nədi ki...
Bircə hərdən yaz bilim,
özümü danlamayım,
boğazımda qalmasın sənsizkən
yediklərim.
Hər şey yaxşıdı indi, and içirəm canına
yağışlarda islanan küləklərə
daranan
göyərçin barmaqların yuxuma girir
indi...
Bir gün yağış yağarsa,
sildiyin şüşələrdən
təmizlikdən bir əsər qoymasa bu pis
yağış
Allah öldürsün buludu,
öldürsün bu yağışı
get yıxıl yat, qoy öpüm mən
də yuxundan sənin...
onsuz keçən hər ömür, belə
olur, darıxma
onsuz təklik zülmdü, belə olur,
darıxma
get yıxıl yat, qoy öpüm mən
də adından sənin...
Məktublar
Məktub 1
Gecə qaranlıqda harasa gedən
qatarda
bir göyərtisatan qadın
mürgü vururdu.
Gözləri nigaran idi,
saçları ağ idi, əlləri isə
qocalmışdı.
O gün mən o qadın
üçün ağladım və dəfələrlə
öldüm.
ədalətsizliyə ölməklə cavab
verdim.
Məktub 2
Heç bilirsən
dünyada ədalətsizlik nədi?
Yan-yana gedən adamların birinin
axsaması...
Məktub 3
Günəşi sevirsən,
axşamı sevirsən, adamları sevirsən.
Sevdiyin hər şey yoxa
çıxır:
günəş batır, gecə
açılır, adamlar çıxıb gedir.
Məktub 4
Bir böyük bədənin
ağrısı bəzən iki gözə düşür:
ağlayırsan.
Göz yaşı deməli ən
müqəddəs dərmandı.
Göz yaşını qoruya bildikcə
qoru...
Məktub 5
Bəzən də adamın hər
yerdən əlləri üzülür
və bir daş parçası
kimi fikir ürəyini ağrıdır.
Əlini sinənə vurub,
öləcəyin anı gözləyirsən.
ölüm də ən gec gəlir.
Adama lazım olan hər
şey gec gəlir.
Məktub 6
Əslində, ətir qoxusu pis qoxunu
gizlətmək üçün olduğu kimi,
kişi də qadını
seçməklə təklikdən gizlənir....
Məktub 7
Hər gün
özümü "sabah yaxşı olacaq" - deyə
aldadıram.
Çünki adamın özündən
böyük qatili ola bilməz.
mən elə sabahlar
görmüşəm ki - it əzabı, it günü, it
qorxusu...
Məktub 8
Əgər dünyadan köçəndə
arxanda səni xatırlayacaq
bir küçə qoymamısansa, orada
da nigaran yaşayacaqsan:
Tolstoy küçəsi,
Hüseyn Cavid prospekti.
Nəsimi kimi laməkanlar da
özünə ən azı bazar,
metro qoyub gediblər.
heçə nəhlət...
Məktub 9
dünyada qutsal dönüşlər
var.
və ən əzablı
dönüş
"bir də heç vaxt səni
heç yerdə görmək istəmirəm"
dediyin adam üçün bir də
hər gün hər yerdə
görmək istəmək eşqi ilə
oraya getməyindi.
Məktub 10
Susa bildikcə susuram, danışsam
heç belə anlaşılmıram
qorxduğum qədər gizlənirəm
gizləndiyim qədər də
tapılıram, mənasızlaşıram
demək, adam öz qismətinə
qaçıb çatır.
Ruzbeh
MƏMMƏD
Ədəbiyyat
qəzeti.- 2020.- 11 yanvar. S. 27.