"Zəncir"dən qırılan halqaların cingiltisi

 

Mübariz Cəfərlinin yeni romanı üzərində notlar...

 

Mübariz Cəfərlinin bu günə qədər beş romanını oxumuşam. "Bərpaçı", "Bənna", "Bağban", "İkinci Adəm" "Zəncir". Bunlardan üçü - "Bərpaçı" (Tehranda "Yuxu" adı ilə çap olunub), "Bənna" "Bağban" da Tehranda nəşr edilib. "İkinci Adəm" "Zəncir" romanları isə çapa hazırlanır.

Müəllifin əsərləri haqqında yazmaq mənim üçün olduqca çətindir. Çünki ustad yazıçının heyranlıq doğuran üslubu yazı texnikası haqqında isə yazmaq özü dərin araşdırma bilik tələb edir. Ola bilsin ki, onun romanlarından aldığım təəssüratı yetərincə əhatələyə, əsərlərinin həqiqi gücünü, verdiyi sonsuz enerjini tam ifadə edə bilməyəcəyəm. Bəlkə kiçicik bir yazıda bu mümkün deyil. Belə mükəmməl əsərlərə hərtərəfli baxmaq, dolğun qiymət vermək üçün bəzən aylar, illər gərək olur. Bu romanlar hər dəfə oxuduqca adama təzə görünən, ona yeni isə tapdığını aşılayan heç vaxt köhnəlib təravətini itirməyən əsərlər silsiləsindəndir.

Sonuncu oxuduğum roman "Zəncir" adlanır. Bu roman da müəllifin başqa romanları kimi, mistika ruhludur, yazıçı bu dəfə düşüncələrini mistika əhval-ruhiyyəsi ilə oxcuya ötürür. bununla da yenidən böyük uğur əldə edə bilir. Başqa sözlə desəm, yazıçının gücü elə buradadır. Romanın qatlarını mistika əlçatmaz olaylarda gizlədir, oxucunun altşüurunu ələ almaqla onu təlaşa salır, intizarda saxlayır.

Roman pişiyin ölümü ilə başlanır. Əlbəttə, pişik, insanların tənhalıqdan pənah apardıqları ev heyvanı simvolikadır əsərdə, indi hər birimizin çevrəsində belə bir tanışımız var ki, heyvanlarla ünsiyyət qurur hisslərini onlarla bölüşur. Bu tənhalıq ola bilsin ki, insanlarn psixi durumuna təsir göstərir, bəzən onları intihara da sürükləyir. Məncə, romanın da qayəsi elə insan tənhalıqdan yaranan, daha doğrusu, milyon adam arasında da tək-tənhalıqdan qurtula bilməyənlərin yaşadığı faciəvi sonuclardır...

Roman gah rəvayət, gah da qəhrəmanın dili ilə nəql olunur. Əsər boyu insan ölüm fəlsəfəsi əsasında maraqlı əhvalatlarla üzləşirik. Xəyali səhnələr o qədər canlı yaradılır ki, oxucu onun izini itirmir, nəhayətdə anlayır ki, bütün olaylar əhvalatlar özü bir xəyali haləyə bürünmüşdür.

Yazıçı rəvayətin gedişatında xəyali-həqiqi olaylarla qəhrəmanın dünyasını onun psixi durumunu oxucuya çatdıraraq, günümüzün - insan tənhalığından törəyən - fəsadlarının üstünü incə detallarla açır oxucuda dərin maraq oyadır.

Romanda qəhrəman nəsil axtarışına başlayır. bu nəsli bir zəncir halqaları kimi ard-arda salaraq qırılan rabitələri bərpa etməyə çalışır. Halqaların səsi cingiltisi (gedişatın olayları) oxucunu qarşısıalınmaz fikir axınına yönləndirərək, onda yeni bir qayğı özünəqayıdışa səbəb olaraq, keçmişi haqda düşünməyə vadar edir.

Bu romanda "səs" "boya" xüsusi önəm daşıyır. Müəllif bəzən demək istədiklərini ün rənglə oxucuya çatdırır. Hava günəş şüasının qeyri-adi rəngdə görünməsi, qəhrəmanın çöhrəsinin avazımasını, ağappaq ağarmasını, bəzən səslərin eşidilməz olması oxucunun şüuraltısını silkələyir. Məncə, hər bir oxucu öz imkanı daxilində, götürə biləcəyi qədər Cəfərli "bulağ"ından qidalanır.

Onu da vurğulamaq istərdim ki, Mübariz Cəfərlinin bu romanları İranda oxucuların rəğbətini qazansa da, o taylı, bu taylı Azərbaycan ədəbiyyatının incisi sayılsa da, mən bildiyimə görə, nədənsə, hələ ki yazıçının öz vətənində kitab halında nəşr edilməyib...

Sonda görkəmli yazıçıya uğurlar diləyib daha bir mükəmməl roman yazdığına görə ürəkdən təbrik edirəm. İnanıram ki, "Zəncir"in şaqraq ədəbi cingiltisi əsrlər boyu eşidiləcək...

 

Təbriz

03.01.2020

 

Elyar POLAD

Ədəbiyyat qəzeti.- 2020.- 11 yanvar. S. 30.