Ana vətən...
Sovet ordusunun 20
Yanvar 1990-cı ildə Bakıda törətdiyi qanlı faciənin
qurbanlarına ithaf edirəm
Matəm
içindəsən, ey Ana Vətən,
Qərənfil dənizi - qəm əsarəti.
Bu
dağı sinənə kim çəkdi
sənin,
Kim tapdı özündə bu "cəsarət"i?
Sənə
bu qurğunu kim qurdu belə,
Kim cavab verəcək bu nahaq qana?!
Sənə
məhəbbəti güllələdilər,
Gömdülər Şəhidlər xiyabanına.
Yas tutur
müqəddəs vətən torpağı,
Yolunda baş qoyan oğullarına.
Şerim
nə təskinlik verəcək axı,
Ana ürəyində oğul dağına?!
Yerləri,
göyləri çulğayıb kədər,
Qarğıyır
zamanı sönən od, ocaq.
Bəs bu
qırğın salan nankor kəslərin,
Tarix yaxasından nə vaxt tutacaq?
Bunu
dünya bilir əsrlər boyu
Sevgi, ülfət olub tanıdıqların.
Yeyib
çörəyindən, içib suyundan,
Taptadı haqqını inandıqların.
Bir ovuc
tilsimli torpağınla mən,
Yenə hüzuruna gəlib çıxmışam.
Müqəddəs
"QURAN"dan kömək diləyib,
Dua eləyirəm sənə hər axşam.
Rus dilindən
tərcümə edən: İbrahim İlyaslı
Nadejda PAİNA
Ədəbiyyat qəzeti.-
2020.- 18 yanvar. S. 7.