İraq-türkman
ədəbiyyatı Azərbaycanda
İraq
Türkmanelinin qiymətli alimi və böyük
araşdırmaçısı Avqat Əta Tərzibaşı
(Kərkük, 14 noyabr 1924 - 31 Mart 2016), bilindiyi kimi, ən dəyərli
əsəri olan "Kərkük şairləri" adlı
külliyyatını 13 cilddə tamamlamışdı.
Kərkük
və Türkman sevdalısı olan prof. dr. Qəzənfər
Paşayev, Əta Tərzibaşının 13 cildlik "Kərkük
Şairləri" ilə 3 cilddən ibarət "Ərbil
Şairləri" əsərlərindən dərləmə
yaparaq "İraq-türkman poeziya antologiyası"
başlığı ilə Azərbaycanda nəşr
etmişdir.
Paşayev klassik dövrdə yetişən Kərkük
şairlərini kitaba almamışdır. Daha çox
müasir dönəmdə yetişən şairləri
seçmişdir. Bu seçimi Paşayev
Hicri Dədədən (1880-1952) başlamışdır.
Böyləcə kitabda Kərkük ve
dolaylarından 51 şair yer almışdır. Bunlar doğum tarixlərinə görə
sıralanmışlardır.
Antologiya kitabına Paşayev Ərbildə yetişən
klassik şairləri almamışdır. Müasir
dönəmdə yetişən və populyar olan 15 şairə
yer vermişdir.
Əta Tərzibaşının 13 cild olaraq
hazırladığı "Kərkük Şairləri"
kitabına, daha öncə də söylədiyimiz kimi, həyatda
olmayan şairləri almışdır. Yaşayan
şairləri kəndindən sonra gələnlərin təqdir
və insafına tərk etmişdir. Ancaq
Ərbil şairlərinin həyatda olanlarına da yer
vermişdir. Tərzibaşı kitabına
aldığı Kərkük və Ərbil şairlərinin
şeirlərinin yanı sıra nəsr əsərlərinə
də yer vermişdir. "İraq-türkman
poeziya antologiyası" əsərini hazırlayan Paşayev
isə şairlərin sadəcə şeirlərinə yer
vermişdir.
Tərzibaşı qələmə aldığı
şairlərin həyatlarını ayrıntılı olaraq
vermiş, bəzilərinin anı və lətifələrini
də dilə gətirmişdir. Paşayev isə
şairlərin bioqrafilərini qısaca vermiş və ən
önəmli şeirlərinə üstünlük
vermişdir.
Kərkük və Ərbil şairlərindən
seçmə yapan Paşayev, Tərzibaşının
yazdığı bioqrafiləri olduqca yığcam vermiş,
verilən şeirlərdən bir neçə örnək
seçmişdir. Bu xüsusda daha təsərrüflü
davranan Paşayev, daha çox şairi Azərbaycan
dünyasına tanıtmağı hədəfləmişdir.
Əta Tərzibaşı 13 cildlik "Kərkük
şairləri" kitabında 177 şairi
tanıtmışdır. Paşayev
bunlardan 51 şair seçmişdir. Tərzibaşının
49 şairi tanıtdığı 3 cildlik Ərbil şairlərindən
Paşayev 15 şair ələ almışdır. Sonuc olaraq Tərzibaşının 226 Kərkük
və Ərbil şairindən Paşayev toplam 66 Kərkük
və Ərbil şairi seçmişdir.
Böyləcə
"İraq-türkman poeziya antologiyası"
başlığı ilə Azərbaycanda basılan əsər
sayəsində Qəzənfər Paşayevin dəyərli
çalışması və hümmətiylə Əta Tərzibaşı
dost və qardaş Azərbaycan soydaşlarımıza
tanıdılmışdır.
İraq türkmanlarının dostu, candaşı,
qandaşı və qardaşı olan Paşayev, zatən
ömrünün bütövünü (tamamını)
türkmanları Azərbaycan dünyasına tanıtmağa həsr
etmişdir. Bu dostluq keçici və gözəl günlərin
dostluğu da deyildir. Paşayev İraq
türkmanlarına qara gündə də gerçək
dostluğunu, vəfakar və içdən gələn sevgi və
məhəbbətini hər zaman göstərmişdir.
Bir Kərkük
bayatısında keçdiyi kimi:
Yaramı
sən;
Oyubsan yaramı sən.
Var
gündə yanım aldıv (aldın)
Yox gündə aramısan - degil.
Var gündə də, yox gündə də Paşayev,
türkmanların yanında durmuşdur. Türkmanların
acılar çəktigi, böyük zülm və
haqsızlıqlara məruz qaldığı, yoxluq və
sıxıntılı çəkdikləri qara günlərdə,
yardıma qoşduğunu bilən birisi olaraq söyləyirəm.
Əvət Paşayev gerçək və sadiq bir
dostdur. Möhnət günlərində yardıma qoşan
alicənab və ədalətli bir abidədir. Türkmanları bütün tərəfləri və
yanları ilə anladan rəflər dolusu külliyyat sahibi bir
elm adamıdır. Türkmanlara
qarşı duyduğu "bu sevda ölüncədi" demək
yerindədir.
Türkmanların
ədəbiyyat dünyasını ələ alan
Əta Tərzibaşının "İraq-türkman poeziya
antologiyası"nı tanıdan bu çalışması
da hər halda ən son xidməti olmayacaqdır. Bilirəm ki, yerində rahat durmaz və daha neçə
yeni-yeni çalışmalar arar və bular. Çünki o, hər zaman yeni bir şey bulan və
çalışan bir gənc-ixtiyardır.
Paşayev
ilə tanış olduğumuz uzun illərdən
bəri hər zaman qəlbimizdə yer etmiş əziz və
candan bir böyük qardaşımızdır. Özü və sözü hər zaman candan olan
Paşayev, türkmanların könlündə taxt qurmuş
bir sultan kimidir. Kəndisinə burada təşəkkür
edərkən, ümumiyyətlə, Paşayevə və ailəsinə
asudə, sağlıqlı və səadətli bir
ömür və həyat diləyirəm. Türkmanlar adına təşəkkür edərkən,
Allahdan kəndisinə səhhət və afiyət arzu edirəm.
Prof.Dr. Süphi
Saatçı
Ədəbiyyat qəzeti.-
2020.- 18 yanvar. S. 10.