Yaddaş
qeydi
Mən səni
də hardansa tanıyıram, hardansa,
Xəyalların dənizdə batan yeri olmasın?
Mən səni
də hardasa unutmuşam, hardasa,
Yaddaşımın ağrıdan itən yeri olmasın.
Can
üstündə ümiddir yaşamağın bir adı,
Kölgələrin altına min bir arzu cəm olur.
Günəşə
gülümsəmək bəzən olur, bəzən yox,
Bəzən də ümidlərin gözü elə nəm
olur.
Günahkar
axtarmağın zamanı çoxdan keçib,
Barışmışıq necə var, elə
ömür sürürük.
İttiham
eləməkçün zamanımız
çatışmır,
Hələ bekar deyilik, hələ ömür
sürürük.
***
Yenə
yağış yağır bu boş şəhərə,
Yenə ağacların duası çindir.
Adamsız
şəhərdə bir ağac olmaq,
Susuz səhralardan daha çətindir.
Meyvəsi
kölgədir, kölgəsi meyvə,
Uduzur ömrünü gündə bir yoxa.
Bu
ağac bəxtindən haçan yarıya,
Öyrənib ümidi hey boşa çıxa.
Göylər...
ümid yeri... son güman yeri,
Göylər
əl uzadar yerdəkilərə...
Yarı
yolda qalmaz göydən gələnlər,
Gec də olsa çatar yerdəkilərə.
Üşüyən
heykəl
Üşüyən
heykələm yağışın altda,
Sinəmdə ürək yox isinə canım.
Kim ayaq
saxlayar, kim hal soruşar,
Adamsız
şəhərdə adam dörd yanım.
Gözümdən
min sual tuşlanıb göyə,
Sual yağışıyla cavab verirəm.
Yağış
altda qalmaq bilirəm nədir,
Tanrı, mən sənə çox əzab verirəm.
Mənim bağışlanmaq istəyim yoxdur.
Son nöqtə torpaqdı, daşdı uzağı.
Bir
gün biri çıxıb soruşacaq ki,
Niyə yağış altda qoydun uşağı?
***
Kimdən
söz düşsə də, səndən düşməsin,
Bir də qayıtmayım adın tərəfə.
Tövbəni
boynumdan dua asmışam,
Yön çevirmərəm o qadın tərəfə.
Qismət
bir oyundu zər yiyəsinə,
Bəxtini çağırmaq lal üçün dua.
İllərin
tikanı üstə sürünmək,
Ömür sürmək imiş mənimçün
guya.
Nəfəs
yorğunuyam ömür içində,
Ayağım buxovda, əlim qəfəsdə.
Gözümü
açalı belə görmüşəm -
Yaşam
qəfəsdədir, ölüm qəfəsdə...
İntiqam Yaşar
Ədəbiyyat qəzeti.-
2020.- 18 yanvar. S. 10.