AMEA-da “Nəsimi ili”nin
yekunlarına həsr olunan elmi sessiya
keçirilib
Yanvarın 13-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda
“Nəsimi ili”nin
yekunlarına həsr olunan elmi sessiya
keçirilib.
APA-nın
məlumatına görə,
sessiya AMEA-nın Humanitar Elmlər Bölməsinin təşkilatçılığı
təşkil olunub.
Tədbirdə çıxış edən AMEA-nın I vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
direktoru, akademik
İsa Həbibbəyli elmi
sessiyanın Azərbaycan
Respublikası Prezidentinin
“Nəsimi ili” və Nəsiminin 650 illiyinin keçirilməsi
ilə bağlı Sərəncamlarına uyğun
olaraq keçirildiyini
bildirib: "Bu istiqamətdə
ölkə miqyasında
ən müxtəlif istiqamətdə keçirilən
tədbirlərin əsas
mahiyyəti ölkə
prezidentinin sərəncamlarından
irəli gələn vəzifələr işığında
Nəsimini Azərbaycan
xalqına və dünyaya yaxından tanıtmaq və onun əsərlərini yenidən tədqiq edib öyrənməkdən
ibarətdir. Eyni zamanda qarşıda duran vəzifələrin timsalında ölkəmizdə
azərbaycançılıq məfkurəsinin inkişaf
etdirməkdir. Bu istiqamətdə
ölkəmizdə Heydər
Əliyev Fondunun keçirdiyi birinci və ikinci "Nəsimi-şeir, sənət
və mənəviyyat
Festivalı"nı xüsusi
qeyd etmək lazımdır. Festival çərçivəsində
Azərbaycana gələn
xarici qonaqlar Nəsiminin vətəninin
Aəzrbaycan olduğunu
və dövlətin ədəbiyyata, mədəniyyətə
qayğısını gördülər.
Hələ ulu öndər Heydər Əliyev zamanında da Nəsimi irsi tədqiq olunub, onun Bakıda heykəli qoyulub, rayonlardan birinə onun adı verilib.
Bütün bunlar Nəsiminin Vətəninin
Azərbaycan olduğunu
göstərdi".
İ.Həbibbəyli
sərəncamdan irəli
gələrək AMEA-da da Nəsimiyə
həsr olunmuş
"Eyni Nəsimi, cahanı tutdu sözün" adlı konfrans keçirildiyini qeyd edib: "Eyni zamanda ədəbiyyat
və fəlsəfə
institutları da konfranslar,
kitab təqdimatları,
simpoziumlar keçirilib.
Nəsimini əsərlərinin
dünya dillərinə
tərcüməsində də
Akademiya iştirak edib, TÜRKSOY təşkilatı
ilə birlikdə Nəsiminin əsərlərini
14 dilə çevrilib
nəşr edib. Nəsiminin 200-ə yaxın
şeiri yenidən çap olunub. Bunların içində sovet dövründə nəşr olunmayan dini şeirləri də yer alır".
Sessiya məruzələrlə
davam edib.
Ədəbiyyat
qəzeti.-2020.- 18 yanvar.- S.20.