Fərqli birlik
Gizli
qalmayan xəyal
İsti
bir yuva qurub
Ürəyimin içində.
Biz
oğul-qızlarıyıq bəşəriyyətin,
Amma fərqli biçimdə.
Nədir bizim fərqimiz?
Başqadır
rəngimiz,
inancımız, irqimiz.
Fərqli
yerlərdə yaşayırıq,
fərqli
adlar daşıyırıq,
Amma insanıq, hamımız insan.
Təklikdə
heç nəyik,
gücümüz heç nədir.
Birləşib
bir olsaq
bilərik güc nədir.
Yolumuza hər
zaman
məhəbbət salsın işıq.
Amalımız - sevgi, barışıq.
Dərilərin
rənginə
Uyub düşmən olmayaq.
Kimisə
öldürəndən
sonra
peşman olmayaq.
Bu birliyə
inansaq
Sən mənsən,
mən də sənəm -
Səninlə birəm, səninlə tənəm.
Sevginin,
insanlığın
Elçiləri olaq biz.
Bir döyünsün qəlbimiz.
Bir ürək,
bir can olaq,
Hər
pislikdən aralı,
Xəbislikdən
aralı
Bir yeni dünya quraq.
Bölsə
də bizi qitə, ölkə
Bu
bölgü bu birliyə
Gərək
salmasın kölgə...
Nassira Nezzar (Əlcəzair)
Poetik tərcümənin
müəllifi: Adil Cəmil
Ədəbiyyat qəzeti.- 2020.- 18 yanvar. S. 26.