Sevginin gözü ilə
Doğulan
körpələrin ehtiyacı sevgidir,
Məhəbbətdən gül açır
dünyanın hər bucağı.
Doğulan
hər insanın umacağı - nəvaziş,
Körpənin güvənc yeri - isti ana qucağı.
Sevginin
milləti yox, məhəbbətin məkanı,
Bu ali duyğuların olmayır ənənəsi.
Yaradanın
gücüylə hakim olar ruhuna,
Qəlbə girsə göyərər - sevgi buğda dənəsi.
Biz bəşər
övladıyıq, sevgidən doğulmuşuq
Yaşamağa gəlmişik yer üzünə
hamımız.
Neçə-neçə
ürəyin sevgiyə ehtiyacı,
Xəyallar dünyasında neçə
arzu-kamımız.
Biz həyata
baxanda sevginin gözü ilə
Gözəlləşir yer üzü, göy üzü
başdan-başa.
Rəngi
fərqli olsa da, məkanları müxtəlif
İnsan sevsə insanı ürəklər gələr
cuşa.
Kimsə
qoya bilərmi məhəbbətə qadağa,
Sevginin dadındadır bu həyatın ləzzəti.
Bir belə
ülfətdədir varlığın ortaq gücü,
Gəlin sevək, sevilək - ötürməyək
fürsəti.
Zararia Yul (Cənubi
Afrika)
Poetik tərcümənin
müəllifi: Adil Cəmil
Ədəbiyyat qəzeti.- 2020.- 18 yanvar. S. 26.