Niyə?
Məndən
soruşursan: - niyə
xəyalımda gizlənən
nə
vardısa unutdum,
boyumu
boylardan
aşağı tutdum,
qorxumun
arxasında
gizləndim çox asanca,
mən
qaranı basdım
qara məni
basınca,
ömrüm boyu kölgəmin
arxasınca süründüm,
yıxılanda göründüm?
Məndən
soruşursan: - niyə
hündür oldum hamıdan
özümü kiçik görəndə də?
Deyim səbəbi
nədi -
qorxum
arxada idi.
Opal İnqram (Amerika
Birləşmiş Ştatları)
Poetik tərcümənin
müəllifi: Adil Cəmil
Ədəbiyyat qəzeti.- 2020.- 18 yanvar. S. 26.