Nostalji
Utancaq bir
gecədir -
budaqlar
arasında
ulduzların salxımı,
isti
külək gətirir
xatirələr axımı.
Alma,
armudun ətri
xatırladır atamın
bağındakı payızı,
pəncərəmdən görünür
gülümsəyən Ay üzü.
Diqqətlə
dinləyirəm
gecənin nəfəsini,
yarpaq
fitə döndərir
küləklərin səsini.
Atılsam
da gecənin
yuxulu
qucağına
sanki
marafondayam
qaçıram sübhçağına.
Marjeta Rrapaj (Albaniya)
Poetik tərcümənin
müəllifi: Adil Cəmil
Ədəbiyyat qəzeti.- 2020.- 18 yanvar. S. 26.