Allahdan
daha şox sevdim mələklərini...
Köç yeri
Duman və
sis qalxan türkün
köç
yerindən başladı dünyada həyat:
bunu sərsəri,
sərgərdan
gecələrin
üzünə ağaclar deyir,
bunu səfilanə
gəzənə qızıl-qırmızı
şərabla
salxımlar deyir,
bunu
yurddan-yurda qoşur ulduzlar belə
bu gur
axan çayların geridə qalan səsidi!
Və mənim
tək bir istəyim
yatıb
qalmaq sənin köksündə...
14 yanvar
1917
Hüznlü anlar
İsti
soba yanında
gecələr keçirirəm,
yelləyirəm elə hey
körpəciyəz oğlumu.
Nil
çayında zənbildə
axmaq
daha yaxşıdı!
Atan yaddan
çıxarıb
bu
öz gözəl oğlunu.
Gecə
ötdü... və başqa gecə
gəldi
onun növbəsinə.
Şah
yuxu alsın deyə,
Bir incəbel ayaqda.
Anası
pıçıldayır,
səhrada İsmayıla:
-
"Atan səni unutdu,
sevimli
oğlum mənim!".
Ey
zavallı şahzadəm,
sən
də böyüyəcəksən.
Bir vaxt
anlayacaqsan
əbədi deyil heç nə!
Hüznlü
bir saatda,
isti soba
yanında
və
ayrısı deyəcək:
-
"Atan səni unutdu,
Sevimli
oğlum mənim!".
2 fevral
1917
Avqust
Avqust -
çiçəkləri bir özgə,
Avqust -
ulduzları bir ayrı,
Avqust -
qızılı salxımlar ayı,
üzüm tənəkləri və quşarmudu ağacları
qırmızı-qonur - avqust!
Dolğun,
bəyənilən dadı,
şahənşah
almalar ayı
uşaq
kimisən, rəqs edirsən, avqust.
Ürəyimə
ovcumun içi kimi naxış çəkirsən
imperator
adınla, şöhrətinlə,
Avqust! - Tək
qəlb, tək ürək!
Gecikmiş
busələr ayı,
ura
qızılgüllər və öləziyən
ildırımlar!
Ulduzların
yağışı -
Avqust! - ulduzların paradı keçən ay!
07 fevral
1917
Qaraçı toyu
Nalların
altından -
çamır sıçrayır!
Baş şalı üzlərdə - bir sipər kimi.
Ərgənləri
şəhərdə
daha
elçi düşən yox!
Heç
olmasa sən apar
Uzun
yallı at bizi!
Bizə
izin vermədilər
bu
atalar, bu analar -
zəmi,
bıçənək yeri -
soyuq və
şehli yataq!
Şərabsız
və çörəksiz
tox
görünər keflilər -
alatoranda
bunu
qaraçı toyu deyər!
Qədəhlərin
dolusu
var, boşu var
gitaranın harayı,
Aylı
gecə və çamır
sağa,
sola yıxılan
və
qaməti əyilən
bir
knyazdı qaraçı,
qaraçıdı - o knyaz.
Cənab,
özünü qoru -
Səni də
yandırarlar!
bu
qaraçı toyunda
İçib sərxoş olanlar.
Ordakı
o komada
kürk
və bir də baş şalı
zəng
səsi və xışıltı
pıçıldayan dodaqlar.
Mahmızların
zil səsi,
sikkədən boyunbağı
və
kiminsə əlindən
bir
gözəlin əynindən
ipək
köynək sürüşür.
Kimi də
bu gecədə
öküz kimi böyürür.
Sübhə
yaxın yatışan
bu,
qaraçı toyudu...
25 iyun
1917
İki qanadın sənin
və həvari Yəhya
Mən səni
geri alaram bütün Yer üzündən,
və
lacivərd göy üzündən,
geri
alaram səni,
çünki orman mənim
beşiyim
və məzarım orman,
çünki bu torpaqda varam, yalnız bir ayaqda,
çünki haqqında nəğmə oxuyuram -
istəsə də özgə heç kim bacarmaz...
Bütün
zamanlardan, siyah gecələrdən
geri
alaram səni
qızıl şanlılardan,
qılıncla
döyüşə girənlərdən,
açarları tullayıb bir yana
qovaram
artırmalardakı köpəkləri,
çünki qış gecələrində belə
köpəklərdən daha sədaqətliyəm...
Səni
geri alaram
bütün yadlardan, ondan və birindən
sən
olmayacaqsan kiməsə adaxlı,
mən
- kiməsə qadın!
və
son bəhsdə alaram səni - sus! -
həvari
Yəhya onun yanında
gecələr keşikdə sərvaxt duran kimi...
Hələlik
səninçün dua etmirəm
Tale, qismət
köksümdə və bərabərimdə,
oh, lənətlənmişlər!
- özündə qalırsan sən
fəzaya
kilidlənib iki qanadın sənin, -
çünki dünya beşiyin sənin və
məzarın
da bu dünya!
15 avqust
1916
Şöhrət
taxtındakı kimi əyləşən biri
Yaşayır,
ölməyib heç də iblis içimdədir!
vücudumda - həbsdəki kimidir,
həbsdəki kimidir - özündə...
Dünya
- dörd divar,
çıxış yerində - balta.
("dünya
- bir səhnə", -
kəkələyir oyunçu.)
və kələk
gəlmir topal, axsaq təlxək.
Vücudumda
-
şöhrət taxtındakı kimi əyləşən biri,
vücudumda - bürüncəkdə, sanki ehramda...
Uzun və
çox illər yaşa, üstündə əs!
(təkcə şairlər sümüyünə
qədər -
yalanın içindəki kimi!)
yox, kef
çəkmək bizlik deyil
nəğməkar qardaşlar vücudunda
pambıq
sırıqlıda, bənzərsiz xalatda...
Vərəmləyərik
yayın istisində
biz də
yaxşılığa dəyərik.
Vücudda
bordağa bağlanmış kimiyik,
içimizdə qazanın dibindəyik...
Faniləri
yığmarıq, aşiq deyilik,
bu, bir
heykəl yapmaq kimidir.
Vücudda
- hər kəsə bəlli kimi,
vücudda - sərdabdakı kimiyik,
vücudda - çarəsiz kimiyik,
sürgündə saralıb-solan kimiyik...
Ah, dəmir
rübənd!..
Vücudda
- gizlindəki kimiyik,
ingilis
arağında qaracöhrə yazı və
naxışıq...
5 yanvar
1925
Allahdan daha çox
sevdim mələklərini
Qayğılardan
qaməti
əyildi Allahın və sakitləşdi.
Bax, odur
gülümsədi
və
bax, gör mələkləri...
Onları
bəmbəyaz,
şəfəq saçan kimi yaratdı,
böyük qanadları var, qanadsızı da olur...
Və o
üzdən daha çox ağlayıram,
ona
görə, Allahdan daha çox sevdim
onun əziz
mələklərini...
15 avqust
1916
Marina SVETAYEVA (1892-1941)
Çevirəni:
Şükür ŞƏNOL
Ədəbiyyat qəzeti.-
2020.- 18 yanvar. S. 29.